Anons

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

18-04-2024, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

18-04-2024, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

18-04-2024, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

18-04-2024, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

18-04-2024, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Haqqımızda Əlaqə

Avropa Yayım Birliyi "Avroviziya"da Azərbaycanın səslərinin niyə sayılmadığını açıqlayıb

Tarix:20-05-2022, 14:32

Avropa Yayım Birliyi "Avroviziya"da Azərbaycanın səslərinin niyə sayılmadığını açıqlayıb
Avropa Yayım Birliyi (EBU) “Avroviziya 2022”nin səsvermənin nəticələri barədə bəyanat yayıb.

Bəyanatda deyilir ki, ikinci yarımfinalda iştirak edən altı ölkənin - Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San Marino - münsiflər heyətinin səsverməsində nizamsız səsvermə üsulları aşkar edib.

Qeyd olunub ki, həm hər bir ölkənin milli münsiflər heyətinin, həm də telefon və ya SMS vasitəsilə səs verən tamaşaçıların səsverməsinin düzgünlüyü müsabiqənin uğuru üçün vacibdir: “Canlı bağlantıların hər birinin sonunda etibarlı nəticə təqdim etməyimizi təmin etmək EBU-nun bütün maraqlı tərəflər, 40 ictimai xidmət yayımçısı qarşısında borcudur. Qaydalarda hər hansı pozuntu çox ciddi qəbul edilir.

İkinci yarımfinalda altı münsifdən dördünün digər iştirakçı ölkələrin beşini ilk beşliyə yerləşdirdiyi müşahidə edildi (özlərinə səs verə bilməyəcəklərini nəzərə alaraq). Bir münsiflər heyəti top 6-da eyni beş ölkəyə səs verdi və altı münsifdən sonuncusu digərlərindən dördünü ilk 4-lüyə, beşincisini isə ən yaxşı 7-liyə yerləşdirdi. Altı ölkədən dördü ən azı 12 xal aldı ki, bu da verilə biləcək maksimum xaldır.

Sözügedən model Ümumavropa Səsvermə Tərəfdaşı tərəfindən qeyri-düzgün hal olaraq qəbul edildi və Müstəqil Səsvermə Monitorinqi tərəfindən təsdiqləndi, çünki bu altı ölkədən beşi eyni yarımfinalda səs verən digər 15 ölkənin münsiflər heyəti tərəfindən top 7-dən kənarda yer aldı.

Bundan əlavə, altı ölkədən dördü bu yarımfinalda səs verən digər 15 ölkənin altılığında qərarlaşıb. Belə bir miqyasda münsiflər heyətinin səsvermə qaydasının pozulması indiyədək qeydə alınmamış haldır”.

Vurğulanıb ki, “Avroviziya” mahnı müsabiqəsinin qaydalarında və müsabiqənin rəsmi səsvermə təlimatlarında qeyd olunduğu kimi, Milli Münsiflər Heyətinin səsləri qeyri-qanuni hal aşkarlanarsa (Ümumavropa Səsvermə Tərəfdaşının aşkar etdiyi və Müstəqil Səsvermə Monitorinqi tərəfinin təsdiqlədiyi kimi), səslərin silinməsi və bu ölkələrin ikinci yarımfinalda yekun ölkə nəticəsini müəyyən etmək üçün avtomatik hesablanmış əvəzedici ümumiləşdirilmiş nəticə ilə əvəz olunması mümkündür: “İkinci yarımfinalda aşkar edilmiş halın xarakterini nəzərə alaraq, EBU Ümumavropa Səsvermə Tərəfdaşı və Müstəqil Səsvermə Monitorinqi ilə məsləhətləşərək, Müsabiqənin Səsvermə Təlimatlarına uyğun olaraq, səsləri ləğv etmək hüququndan istifadə etmək qərarına gəlib. Böyük finalda iştirak edən altı ölkənin münsiflər heyətinin yekun nəticələrini müəyyən etmək üçün avtomatik hesablanmış əvəzedici ümumi nəticədən istifadə edilib.

Bu qərarlar Müsabiqənin Səsvermə Təlimatının tələblərinə uyğun olaraq təsdiq edilib”.

EBU bu halı həmçinin müvafiq yayımçılarla müzakirə etdiyini bildirib: “EBU bu altı ölkə üzrə münsiflər heyətinin səslərini həm ikinci yarımfinalda, həm də böyük finalda əvəzedici ümumi nəticə ilə əvəz etmək qərarını bir daha təsdiqləyir. EBU həmçinin “Avroviziya 2022” mahnı müsabiqəsində 40 iştirakçının yekun reytinqini təsdiqləyir”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...