Anons

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Dünən, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Dünən, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Dünən, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

27-03-2024, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

27-03-2024, 20:40- Ramazanın 18-ci gününün DUASI

27-03-2024, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Haqqımızda Əlaqə

Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilir

Tarix:7-04-2022, 15:22

Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilir
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı, hər iki ölkənin mədəniyyət nazirliklərinin, Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin rəsmi açılışı olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycandan gələn qonaqlar Mədəniyyət Mərkəzinin qarşısında ulu öndər Heydər Əliyevin abidəsinin, habelə Şəhidlər abidə kompleksinin qarşısına əklil və gül dəstələri qoyublar.

Azərbaycan nümayəndə heyətinə Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin deputatı, parlamentdə “Azərbaycan-Özbəkistan” Dostluq qrupunun üzvü Müşfiq Cəfərov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, tanınmış alimlər, ictimaiyyət nümayəndələri daxildir.

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov onlara rəhbərlik etdiyi qurumun fəaliyyəti, Mərkəzdə fəaliyyət göstərən kurs və dərnəklər haqqında məlumat verib, habelə onları mərkəzdəki Heydər Əliyev Muzeyi, Özbəkistan-Azərbaycan Dostluq Muzeyi və Azərbaycan Dövlətçiliyi Tarixi Muzeyi ilə tanış edib.

Mədəniyyət günlərinin ilk tədbiri olaraq Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycan fondunun açılışı olub.

Milli Kitabxananın direktoru Umida Teşabayeva açılış mərasimində çıxış edərək Azərbaycanla əlaqələr, AMM ilə birgə layihələr və əməkdaşlıqdan danışıb. Direktor bildirib ki, AMM və Azərbaycan Milli Kitabxanasının dəstəyi ilə son zamanlar Azərbaycana dair Özbəkistan kitabxanalarına çoxsaylı nəşrlər hədiyyə olunub.

AMM-in direktoru Samir Abbasov Özbəkistanda təşkil edilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Daşkənd və Termez şəhərlərində çoxsaylı tədbirlərin planlaşdırıldığını, kitabxanalarda Azərbaycan fondlarının və ocaqlarının açılışı, kitab təqdimatları, sənətçilərimizin iştirakı ilə dostluq konsertləri, moda sərgiləri, habelə çoxsaylı ikitərəfli görüşlərin nəzərdə tutulduğunu bildirib.

Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələrdən danışan Samir Abbasov indiyədək 90-dan çox adda milli mədəniyyətimizə, tariximizə, klassiklərimizə dair nəşrlərin özbək dilində çap edildiyini bildirib. 2022-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şuşa İli” elan olunduğunu qeyd edən diplomat 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması nəticəsində dağıdılmış və viran qoyulmuş yurd yerlərimizin, abidələrimizin bərpası, məhv edilmiş kitabxanalarımızın yenidən qurulacağını söyləyib.

Özbəkistan Ali Məclisinin deputatı, şair və tərcüməçi Gülbahar Saidqaniyeva iki ölkə arasında mədəni əlaqələrin bu qədər dinamik inkişafından sevinc və fərəh hissi keçirdiyini, Azərbaycan Mədəniyyət Mərkəzinin apardığı sistemli iş nəticəsində mədəniyyətin bütün sahələrini əhatə edən əməkdaşlıq platformasının qurulduğunu söyləyib.

Qənirə Paşayeva böyük Nizami Gəncəvinin yurdundan böyük Əlişir Nəvainin Vətəninə salam gətirdiyini bildirib, xalqlarımızın dost, qardaş olduğunu vurğulayıb, şair və yazıçılarımızın dostluğundan söhbət açıb. Deputat Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək xalqına minnətdarlığını bildirib. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Ermənistanın işğal etdiyi şəhər və kəndlərimiz yerlə-yeksan edilib, məscidlərimiz dağıdılıb.

Deputat Müşfiq Cəfərov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, yaxın zamanlarda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Özbəkistana səfəri və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində aparılan danışıqlar haqqında məlumat verib.

Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı, 2023-ci ildə TÜRKSOY tərəfindən Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistanda keçirilən Azərbaycan mədəniyyət günləri haqqında danışıb. O, münasibətlərin bu səviyyədə olmasında AMM-in xüsusi rolunu qeyd edib.

Sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin layihəsi ilə işıq üzü görən “Azərbaycan və özbək atalar sözləri” ikidilli nəşrin təqdimatı keçirilib. Təqdimat mərasimində azərbaycanlı və özbək alimlər çıxış ediblər.

Qulu Kəngərliскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...