Anons

Bu gün, 09:55- ""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." - NARAZILIQ VAR...

Dünən, 19:36- Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ... - İLGİNC

4-05-2024, 16:49- Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

4-05-2024, 15:15- Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı -VİDEO

4-05-2024, 14:14- Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

4-05-2024, 13:38- Əli Əsədov Türkiyəyə səfər edəcək

4-05-2024, 11:55- "Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..." - Jurnalist həbsdən MÜRACİƏT YAYDI

4-05-2024, 10:57- Cahangir Əsgərovun kürəkəni ABŞ-da "Qazelli" adında villasını turistlərə kirayə verir

4-05-2024, 00:34- Bakıda "Dəmir yumuruq" birinciliyi keçirildi

3-05-2024, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

3-05-2024, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

3-05-2024, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

3-05-2024, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

3-05-2024, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

3-05-2024, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

3-05-2024, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

3-05-2024, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

3-05-2024, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

3-05-2024, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

3-05-2024, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Haqqımızda Əlaqə

Ölkəmiz Kazanda beynəlxalq opera festivalında təmsil olunur

Tarix:10-02-2022, 15:53

Ölkəmiz Kazanda beynəlxalq opera festivalında təmsil olunur
Tatarıstanın paytaxtı Kazan şəhərinin Dövlət Akademik Opera və Balet Teatrında dahi rus müğənnisi F.Şalyapinə həsr olunmuş 40-cı beynəlxalq opera festivalı keçirilir.

Yubiley festivalında ölkəmizi Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev və Almaniyanın Manxaym şəhərinin Opera Teatrının solisti, Azərbaycanın Xalq artisti Əvəz Abdullayev (bariton) təmsil edirlər.

Builki festivalın proqramına 11 müxtəlif opera əsəri daxil edilib. C. Puççininin "Toska" operasının premyerası (rejissor Yuri Aleksandrov, rəssam Vyaçeslav Okunev) ilə açılan festivalın sonrakı günlərində P.Çaykovskinin "Qaratoxmaq qadın", C.Verdinin "Traviata" və "Aida" təqdim edilib. Qarşıdakı günlərdə isə M.Musorqskinin "Boris Qodunov", C.Rossininin "Sevilya bərbəri", həmçinin, R.Leonkavallonun "Payatsı" operasının premyerası nəzərdə tutulub. R.Axiyarovun "Syumbike" operası isə milli səhnə əsəri olaraq festival repertuarında özünə xüsusi yer tapıb.

Festivalın mərkəzi əsərlərindən olan C.Verdinin möhtəşəm "Aida" operası azərbaycanlı dirijor Əyyub Quliyevin idarəsi ilə böyük uğurla gerçəkləşib. Tamaşada əsas rolları dünyanın müxtəlif qabaqcıl opera teatrlarında solist kimi fəaliyyət göstərən tanınmış müğənnilər təqdim ediblər. Oksana Kramareva (T.Şevçenko adına Ukrayna Milli Opera Teatrı), Larisa Andreyeva (K.Stanislavski adına Dövlət Opera Teatrı), Mixail Piroqov (Novosibirsk Dövlət Opera Teatrı), Əvəz Abdullayev (Manxaym Milli Opera Teatrı), Mixail Kazakov (Rusiya Bolşoy Teatrı), Sergey Kovnir (T.Şevçenko adına Ukrayna Milli Opera Teatrı) və Gülnara Qatinanın (M.Cəlil adına Tatarıstan Dövlət Opera Teatrı) ifası dinləyicilər tərəfindən ayaq üstə qarşılanıb.

Qeyd etmək lazımdır ki, tamaşaya biletlər artıq festivalın ilk günləri ərzində operasevərlər tərəfindən əldə olunub.

Şalyapin Beynəlxalq Opera Festivalı Tatarıstan Dövlət Opera Teatrı ilə dirijor Əyyub Quliyevin ikinci əməkdaşlığıdır. 2021-ci ilin may ayında həmin teatrda R.Nureyev Beynəlxalq Balet Festivalı çərçivəsində Mariinski teatrının balet truppası ilə bərabər dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun "1001 gecə" baleti böyük uğurla nümayiş olunub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...