Anons

Bu gün, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Bu gün, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Bu gün, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

Bu gün, 10:06- Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:14- AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər

Dünən, 19:11- “Bunun sonu faciə olacaq” - Prezident

Dünən, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO

Dünən, 16:01- Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT

Dünən, 15:23- Kəlbəcərdə yük maşını aşıb - ölən var

Dünən, 14:45- “Titanik”in aktyoru vəfat etdi

Dünən, 12:44- Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır - BU NƏDİ BELƏ?!

Dünən, 12:06- Tələbə ağır qəzada öldü, dostları yaralandı - Foto

Dünən, 11:18- “Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... - TƏFƏRRÜAT

Dünən, 10:52- "Bütün sosial şəbəkələrdə sizi biabr edəcəm..." - ETİRAZ VAR...

Dünən, 10:48- Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib

Dünən, 10:12- Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir - FOTOFAKT

Dünən, 09:21- Parklarda fəaliyyət göstərən səyyar kababxanalar hansı məmurlarındır? - BU NƏDİ BELƏ?!

30-04-2024, 19:55- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat

30-04-2024, 19:32- `Pomidor oliqarxı`nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

30-04-2024, 18:52- FHN hava ilə bağlı əhaliyə müraciət etdi

Haqqımızda Əlaqə

Moskvada “Azərbaycan xalq nağılları” kitabının təqdimatı keçirilib

Tarix:30-12-2021, 14:03

Moskvada “Azərbaycan xalq nağılları” kitabının təqdimatı keçirilib
Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzində “Azərbaycan nağılları” sərgisinin açılışı olub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, “Azərbaycan” pavilyonunun təşkilatçılığı ilə keçirilən sərgi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub.

Tədbirin balaca qonaqları və onların valideynləri Azərbaycan xalq nağıllarının “Cırtdan”, “Tıq-Tıq xanım”, “Göyçək Fatma”, “Div”, “Məlikməmməd” və digər personajları ilə tanış olublar.

Sərgi çərçivəsində Heydər Əliyev Fondunun rus dilində çap etdirdiyi “Azərbaycan xalq nağılları” kitabının təqdimat mərasimi keçirilib.

Layihənin müəllifi fondun vitse-prezidenti Leyla Əliyevadır.

“Azərbaycan” pavilyonunun direktoru Səadət Kadırova sərginin keçirilməsində məqsədin rusiyalıları Azərbaycan mədəniyyəti, qədim ənənələri olan şifahi xalq ədəbiyyatı ilə yaxından tanış etməkdir: “Azərbaycan nağılları Azərbaycan xalqının dünyagörüşünü, həyata münasibətini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir. Bugünkü tədbirdə biz Heydər Əliyev Fondunun nəşr etdirdiyi və Leyla xanım Əliyevanın müəllifi olduğu “Azərbaycan xalq nağılları” kitabını təqdim edirik. Bu kitabın rus dilində nəşr olunması çox vacibdir. Burada qeyd etmək yerinə düşər ki, Heydər Əliyev Fondu və Leyla Əliyeva rus dilinin inkişafı və bu dildə düşünən, danışan insanların Azərbaycan haqqında məlumatlı olmaları üçün çox işlər görürlər”.

Tədbir çərçivəsində uşaqlar üçün hədiyyəli müsabiqələr keçirilib, mahnılar ifa edilib, rəqslər nümayiş olunub. Yeni il bayramının qəhrəmanları olan Şaxta baba və Qar qızın ifasında balacalar üçün səhnəcik təşkil olunub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...