Anons

Bu gün, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

Bu gün, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

Bu gün, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Bu gün, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

Dünən, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Dünən, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Dünən, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Dünən, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Dünən, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Dünən, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Dünən, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Dünən, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Dünən, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Dünən, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Dünən, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Dünən, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Dünən, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Dünən, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Dünən, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Haqqımızda Əlaqə

Bakıda "Kekalove Adaptive" əlilliyi olan modellərin moda nümayişini keçirəcək

Tarix:2-12-2021, 14:44

Bakıda "Kekalove Adaptive" əlilliyi olan modellərin moda nümayişini keçirəcək
Beynəlxalq Əlillər Günü çərçivəsində "Kekalove Adaptive" startapı Almaniya və Fransa səfirliklərinin dəstəyi ilə əlil modelləri ilə moda nümayişi keçirəcək.

Moda nümayişi ilə bağlı keçirilən mətbuat konfransında bu tədbirin məqsədi barədə məlumat verilib.

"Kekalove Adaptive"nin yaradıcısı Məhəmməd Kekalov çıxış edərək bildirib ki, "Kekalove Adaptive" brendinin məqsədi əlilliyi olan şəxslər üçün münasib geyimlərin hazırlanmasıdır. "Bu geyimlərin konstruksiyasında dəyişikliklər olur ki, bu fiziki məhdudiyyətli şəxslər üçün daha rahat olur".

Daha sonra tədbirdə Fransanın Azərbaycandakı səfiri Zakari Qross çıxış edib.

O, səfirliyin bu tədbirdə sponsor olmaqdan məmnun olduğunu deyib.

"Fransa əlilliyi olan şəxslərin həyata uyğunlaşması üçün layihələr reallaşdırır. Bu bütün cəmiyyətlərin məsuliyyəti və borcudur. İnanıram ki, bu cür layihələr vasitəsilə əlilliyi olan insanların həyatının daha rahat və asan olması üçün əlimizdən gələni edəcəyik", - deyə Fransa səfiri bildirib.

Daha sonra Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq çıxış edib. Diplomat bildirib ki, əlliyi olan şəxslər gündəlik həyatda müxtəlif problemlərlə üzləşirlər.

"Əlil arabasında olan şəxslər üçün problemlər çox olur. Məsələn, Bakıda işıqforların səsgücləndirici sistemi yoxdur ki, görmə məhdudiyyətli insanlar problem yaşamasın.

Mağazalardakı geyimlər fiziki məhdudiyyətli şəxslər üçün rahat deyil. İstəyirik ki bu cür geyimlər yalnız təqdimat üçün olmasın hər yerdə əlçatan olsun."

Almaniya səfiri deyib ki, inkluziv cəmiyyət üçün cəmiyyətin azyaşlılarının olduğu təbəqədə, məktəblərdə, bağçalarda bu istiqamətdə işlər aparılmalıdır.

Daha sonra medianın sualını cavablandıran Fransa səfiri Qross əlilliyi olan şəxslərin müxtəlif sahələrdə - idmanda, işdə, mediada, hökumət işlərində və təmsil olunmasının vacibliyindən danışıb.

“İşəgötürənlərə təsir etməliyik ki, əlilliyi olan insanlar işə götürülsün, işin komandasında təmsil olunsun, onlar üçün uyğunlaşdırılmış iş yeri, mühit yaradılsın. Şəhər layihələrində, nəqliyyatda, binaların tikintisində uyğun mühit yaradılmalıdır. Əlillikdə utanılacaq heç bir şey yoxdur, üzə çıxmaq lazımdır. Sabahkı tədbirin də mesajı odur ki, əlliyi olan insanlar üzə çıxmalı özlərini göstərməkdən qorxmamlıdır", - deyə Zakari Qross vurğulayıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...