Anons

Bu gün, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

Dünən, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

Dünən, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

Dünən, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

Dünən, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

Dünən, 18:24- Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

Dünən, 16:48- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

Dünən, 16:18- “Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

Dünən, 15:39- Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

Dünən, 15:00- "Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

Dünən, 14:20- BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

Dünən, 13:48- Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

Dünən, 12:19- Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

Dünən, 11:12- Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

Dünən, 10:34- Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

Dünən, 09:54- Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

Dünən, 09:28- "6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

Dünən, 08:47- Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

16-04-2024, 20:22- Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

16-04-2024, 19:50- İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

Haqqımızda Əlaqə

Azərbaycan və İran Milli Kitabxanaları arasında memorandum imzalanıb

Tarix:8-06-2021, 14:48

Azərbaycan və İran Milli Kitabxanaları arasında memorandum imzalanıb
İyunun 8-də İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Q.Əli Purmərcan Milli Kitabxanada olub.

Kitabxanadan verilən məlumata görə, Azərbaycan Milli Kitabxanası ilə İran İslam Respublikasının Milli Kitabxana və Arxivi ilə əməkdaşlıq müqaviləsi imzalanıb.

Qonaqları salamlayan direktor Kərim Tahirov əməkdaşlıq memorandumunun əlaqələrin daha da möhkəmlənməsinə, genişlənməsinə səbəb olacağını bildirib.

Səfir Seyid Abbas Musəvi isə hər iki ölkənin münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb: “Böyük iftixar hissi ilə bildirmək istəyirəm ki, hər iki ölkənin iqtisadi, siyasi sahədə inkişaf edən yaxınlığı mədəniyyət sahəsində də imzalanan bu memorandumdan sonra daha da möhkəmlənəcəkdir. Həmçinin, qeyd etmək istəyirəm ki, İran dünyanın ən zəngin kitab bazalarından birinə malikdir və hər il keçirilən beynəlxalq kitab sərgiləri buna əyani sübutdur. Bildirmək istəyirəm ki, bu il Azərbaycanda cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə “Nizami Gəncəvi ili” elan olunması hər iki ölkənin kitabxana sahəsində Nizami Gəncəvi əlyazmalarının mübadiləsi bu əməkdaşlığın ilkin göstəricisi olacaqdır”.

O, qeyd edib ki, Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Anar Kərimovla görüşərkən İran kitabxanalarında saxlanılan qədim əlyazma nüsxələrinin Azərbaycan Milli Kitabxanasına verilməsi barədə razılığa gəlinib. Həmçinin, o, qeyd edib ki, Nizami Gəncəvinin “Xosrov və Şirin”, “Sirlər xəzinəsi” əsərləri Azərbaycan dilinə tərcümə olunub, yaxın zamanlarda “Yeddi gözəl” poemasının da tərcüməsi nəzərdə tutulur.

Sonra İran İslam Respublikasının Milli Kitabxana və Arxivinin müdiri Əşrəf Boroujerdi çıxış edərək hər iki ölkənin nümayəndə heyətini salamlayaraq tədbirin təşkilinə görə Milli Kitabxanaya öz təşəkkürünü bildirib. Xanım Əşrəf Boroujerdi qeyd edib ki, İran Mərkəzi Kitabxanasında Nizami Gəncəvinin 192 əlyazması, 1 daş kitabəsi və UNESCO-da qeydə alınan “Xəmsə”nin ən qədim nüsxəsi saxlanılır: “Məhz Azərbaycanda “Nizami Gəncəvi ili” çərçivəsində bu sahədə də əməkdaşlığımızı genişləndirə bilərik”.

Daha sonra qonaqlar Azərbaycan Milli Kitabxanası ilə tanış olublar və “Heydər Əliyev guşəsi”, “Beynəlxalq Əməkdaşlıq zalı”, “Nadir kitablar və kitabxana muzeyi”, “Açıq kitabxana” bölmələrində xatirə şəkili çəkdirib və kitabxana fondu ilə tanış olublar.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...