Anons

Dünən, 22:01- Slovakiyalı naziri güllələyən yazıçının oğlu danışdı

Dünən, 21:35- Bərdənin yolları BURMA-BURMADIR.... - BU NƏDİ BELƏ?!

Dünən, 20:01- Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən ŞOK AÇIQLAMALAR - VİDEO

Dünən, 19:35- TƏBİB Rza Zərrabın qohumlarının şirkətindən 85 min manata “Hyundai” alır - BAZAR OLSUN...

Dünən, 19:10- General Rza Talıbovun çirkli pullarını xaricə kimlər daşıyıb

Dünən, 16:56- Azərbaycanda yeni mərkəz yaradılır - Prezident fərman imzaladı

Dünən, 16:41- AĞCABƏDİNİN İLLƏRDİR QAZSIZ QALAN 3 KƏNDİ… - Dəfələrlə gətirib bu kəndlərə qaz boruları töküblər, sonra yığışdırıb aparıblar / Şikayət

Dünən, 16:22- “Bakı Zooparkı” internet üçün hər ay 1 230 manat xərcləyəcək

Dünən, 15:48- Qarabağdakı sülhməramlı qüvvələrin komandanı Rusiyanın "Şücaət" ordeni ilə təltif olunub

Dünən, 15:19- “Azəriqaz” “AAAF İnşaat”ı məhkəməyə verdi

Dünən, 14:35- Qaziyə vəkil ayrılmasından imtinanı hakimlər preyudisial akt sayır? - ETİRAZ VAR...

Dünən, 14:01- AYNA BNA-nın yolunu gedir – Eyni şirkətlə 986 minlik sövdələşmə

Dünən, 13:19- Elşad Həsənov bu inadı ilə UZAĞA GEDƏ BİLMƏZ... - ÖZBAŞINALIQ DAVAM EDİR...

Dünən, 12:48- Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ... - İLGİNC FAKTLAR

Dünən, 11:53- Fuad İbrahimbəyov küçəsi 27 ünvanında vətəndaş faciə ilə ÜZ-ÜZƏ... - AXI NİYƏ?

Dünən, 10:57- Məhərrəm Novruzovun DAŞ YARAN QÜDRƏTİ... - Pul və nüfuz qanunları yenəndə...

Dünən, 10:17- Xaçmazda iki qardaş Qarabağ Qaziləri ÇƏTİN DURUMDA... - Yerli qurumlar HARA BAXIR?

Dünən, 09:24- Agentlik İsgəndər Mahmudovun şirkəti ilə yarım milyonluq müqavilə imzaladı – Sanksiya siyahısındadır

Dünən, 08:57- Bu borc Saleh Məmmədovun ayağındadır - FAKT BUDUR...

Dünən, 06:50- Estetik kosmetoloq Səadət Ağayeva: "Təbiiliyi qorumaq əsas iş prinsipimdir"

Haqqımızda Əlaqə

"Avroviziya-2020"də Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlanıb

Tarix:28-02-2020, 14:42

"Avroviziya-2020"də Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlanıb İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) "Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adını açıqlayıb.

İTV-dən verilən məlumata görə, bu il Azərbaycanı Rotterdamda (Niderland) Samirə Əfəndi təmsil edəcək.

Ölkəmizi təmsil edəcək ifaçının seçilməsi üçün 5 namizədin iştirak etdiyi qapalı kastinq keçirilib. Onların arasında Samira Əfəndi, Ləman Dadaşova, Elvin Novruzov, Cəbrayıl Rəsulov və Riyad Abdulov iştirak ediblər.

Təmsilçi musiqi produserlərinin, müəllif və bəstəkarların, jurnalistlərin, televiziya nümayəndələrinin və s. daxil olduğu Beynəlxalq Musiqi ekspertləri qrupunun səsverməsi əsasında müəyyən edilib.

Daha öncədən də "Avroviziya" müsabiqəsinin seçim mərhələsində iştirak edən Samira Əfəndi "Yeni ulduz", “Böyük Səhnə” (3-cü yer) və "Səs Azərbaycan" (3-cü yer) kimi məşhur musiqi layihələrində iştirak edərək güclü vokal səsi ilə yaddaşlarda qalıb. Samira Əfəndi 2017-ci ildə Almatıda "Silk Way Star" (3-cü yer) Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə Qazaxıstan Respublikasında keçirilən "Voice of Nur-Sultan" Beynəlxalq festivalına qatılıb.

Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı “Open up!” ("Açıl!") olan “Avroviziya -2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 12 və 14-də, final mərhələsi isə mayın 16-da "Ahoy Arena"da reallaşacaq. Azərbaycan təmsilçisi "Avroviziya-2020" müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.

Xatırladaq ki, 16 sentyabr 2019-cu il tarixində Azərbaycanın "Avroviziya-2020" Mahnı Müsabiqəsində iştirakı rəsmən təsdiqlənib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...