Anons

Bu gün, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Bu gün, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Bu gün, 19:03- Papanın səhhəti yaxşılaşıb

Bu gün, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Bu gün, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Bu gün, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Bu gün, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Bu gün, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Bu gün, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Bu gün, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bu gün, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Bu gün, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Bu gün, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Bu gün, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Bu gün, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Dünən, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Dünən, 20:40- Ramazanın 18-ci gününün DUASI

Dünən, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Dünən, 18:43- Pedaqoji Universitetin Şəki filialına yeni direktor təyin olunub - ƏMR

Dünən, 16:04- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Haqqımızda Əlaqə

Azərbaycan “Abu Dabi Şeyx Zayed İrs Festivalı”nda təmsil olunur

Tarix:8-01-2020, 12:54

Azərbaycan “Abu Dabi Şeyx Zayed İrs Festivalı”nda təmsil olunur Birləşmiş Ərəb Əmirliklərində 31 dekabr 2019-cu il - 1 fevral 2020-ci il tarixlərində “Abu Dabi Şeyx Zayed İrs Festivalı” keçirilir.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, festivalda ölkəmizi təmsil etmək üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin əməkdaşı Elgün Əliyev “Cəngi” estrada və folklor rəqs ansamblı ilə birgə Əbu-Dabi şəhərinə səfər edib.

Festival beynəlxalq əlaqələrin qurulması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, ölkəmizin mədəni sənaye potensialının ixracı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə müxtəlif ölkələrin rəqs kollektivləri ilə danışıqlar aparılır, hər bir xalqın ənənəvi milli rəqs elementləri barədə müzakirələr edilir.

Əbu-Dabi şəhərinin ətrafında böyük bir sahədə tikilmiş xüsusi festival şəhərciyində müxtəlif ölkələrin, şirkətlərin, yerli dövlət orqanlarının yüzlərlə stendi, pavilyonu, həmçinin istirahət və əyləncə məkanları, rəqs və ifalar üçün səhnələr qurulub. BƏƏ-nin yerli incəsənət kollektivləri ilə yanaşı tədbirdə Azərbaycan, Rusiya, Çin, Hindistan, Rumıniya, Ukrayna, Bosniya və Herseqovina, Özbəkistan, Cənubi Afrika, Yəmən, Misir respublikalarının, Bəhreyn və Mərakeş krallıqlarının və digər ölkələrin rəqs kollektivləri, ifa və şou qrupları iştirak edib. Yaradıcı kollektivlər gündə üç dəfə (hər dəfə yarım saat olmaqla) şəhərcikdə yerləşən ayrı-ayrı səhnələrdə, həftədə iki dəfə isə Əbu-Dabi televiziyasının səhnəsində çıxışlar edirlər.

Azərbaycanın “Cəngi” estrada və folklor rəqs ansamblı “Bayram”, “Qaytağı”, “Dağlı”, “Naxçıvani”, “Tənzərə”, “Yallı”, “İgidlər”, “Tərəkəmə”, “Qıt-qılıda”, “Naz eləmə”, “Ağ çiçək”, “Dağlar gözəli”, “Sarı gəlin” kimi milli rəqslərimizi ifa edib.

Qeyd edək ki, festival fevral ayının 1-nə kimi davam edəcək və “Cəngi” estrada və folklor rəqs ansamblının ifa və çıxışları festivalın son gününədək təqdim ediləcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...