Anons

Dünən, 19:11- “Bunun sonu faciə olacaq” - Prezident

Dünən, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO

Dünən, 16:01- Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT

Dünən, 15:23- Kəlbəcərdə yük maşını aşıb - ölən var

Dünən, 14:45- “Titanik”in aktyoru vəfat etdi

Dünən, 12:44- Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır - BU NƏDİ BELƏ?!

Dünən, 12:06- Tələbə ağır qəzada öldü, dostları yaralandı - Foto

Dünən, 11:18- “Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... - TƏFƏRRÜAT

Dünən, 10:52- "Bütün sosial şəbəkələrdə sizi biabr edəcəm..." - ETİRAZ VAR...

Dünən, 10:48- Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib

Dünən, 10:12- Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir - FOTOFAKT

Dünən, 09:21- Parklarda fəaliyyət göstərən səyyar kababxanalar hansı məmurlarındır? - BU NƏDİ BELƏ?!

30-04-2024, 19:55- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat

30-04-2024, 19:32- `Pomidor oliqarxı`nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

30-04-2024, 18:52- FHN hava ilə bağlı əhaliyə müraciət etdi

30-04-2024, 18:18- Əhali milyonlarla manatını banklardan geri çəkib, yastıq altına "yatırır" - NƏ BAŞ VERİR?

30-04-2024, 15:40- “Access Bank” şəhid atasını məhkəməyə verdi: Kömək edin! - AXI NİYƏ?

30-04-2024, 15:11- Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində satınalma qanunlarının pozulmasına kimlər rəvac verir

30-04-2024, 14:20- Sel suları körpünü uçurdu, sakinlərin torpaq sahəsinə gedən yeganə yol bağlandı... - sakinlər NƏ ETSİN?

30-04-2024, 12:52- "Vüqar Qurbanov deyir ki, xəstələr Bakıya gəlməsin... BƏS HARA GEDƏK?" - NARAZILIQ VAR...

Haqqımızda Əlaqə

Azərbaycanda ilk dəfə Vokalçılar Festivalı keçiriləcək

Tarix:16-12-2019, 15:15

Azərbaycanda ilk dəfə Vokalçılar Festivalı keçiriləcək Xəbər verildiyi kimi, Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı Azərbaycan Vokalçıları Festivalı keçirəcək. “Mədəniyyət” kanalının direktoru, Festivalın ideya müəllifi və bədii rəhbəri Ramil Qasımov dekabrın 17-də start veriləcək festival barədə verilişlərin birində açıqlama verərək bildirib ki, bu, ümumrespublika miqyaslı bir layihədir. Onun sözlərinə görə, Azərbaycan Vokalçıları Festivalı Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq keçirilir.

Festivalın əsas məqsədi Azərbaycan klassik musiqisinin inkişafı və təbliğ etdirilməsi, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır.

“Azərbaycan musiqi mədəniyyəti dərin köklərə bağlıdır, zəngin xəzinəsi əsrlərlə cilalanıb, bu günümüzə gəlib çıxıb. Azərbaycan klassik vokal sənəti də mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Təməli böyük ifaçımız, adını tarixə yazan Bülbül tərəfindən qoyulan bu sənət bu gün də dünyanın müxtəlif yerlərində tanınmış vokalçılar tərəfindən təmsil və təbliğ olunur.

Görkəmli müğənnimiz Bülbül Şərq və Qərb mədəniyyətini – klassik oxuma və milli vokal üslubunu sintez edərək unikal bir sənət nümunəsi yaradıb. Daha sonra Azərbaycan vokal janrında səsləri heç zaman unudulmayan ifaçı dalğası əmələ gəldi. Əlbəttə ki, biz hamımız belə zəngin mədəniyyətlə yalnız fəxr edə bilərik. Çünki bu gün yetişməkdə olan gənc nəsil həmin klassikləri dinləyərək nələrisə öyrənir, mənimsəyir.

Azərbaycan Televiziyası Mədəniyyət Kanalının yeni layihəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Azərbaycan Vokalçıları Festivalının da bu janrın inkişafına mühüm töhfə verəcəyinə əminəm. Çünki bu festivalda həm müxtəlif yaş hədlərində olan vokalçılarımız, həmçinin artıq bu sənətdə öz sözünü demiş peşəkar klassik vokalçıların da ifalarını eşidəcəyik.

Əlbəttə, bütün bunlar, belə bir təşəbbüsün yaranması dövlətimizin mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, biz də böyük həvəslə bu işin məsuliyyətini öz üzərimizdə daşımaqdan qürur duyuruq. İdeyalarımızın realaşması üçün dövlətimizin dəstəyi olmasa, bu kimi layihələri həyata keçirmək mümkün olmazdı.

Bildiyiniz kimi, Heydər Əliyev Fondu və şəxsən ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva mədəni layihələrə xüsusi önəm verir və onları hər zaman diqqət mərkəzində saxlayır. Mədəniyyətlərarası dialoq forumları, irimiqyaslı festivalların və müxtəlif səpkili tədbirlərin mütəmadi şəkildə keçirilməsi bunun bariz göstəricisidir. Məhz bu diqqət və qayğı bizi ruhlandırıb, hazırkı Festivalın gerçəkləşdirilməsinə zəmin yaratdı. Ümidvaram ki, dövlətin bizə göstərdiyi etimadı doğruldacağıq”, - deyə R.Qasımov qeyd edib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...