Anons

Bu gün, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Bu gün, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Bu gün, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Bu gün, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Bu gün, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

Bu gün, 10:06- Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:14- AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər

Dünən, 19:11- “Bunun sonu faciə olacaq” - Prezident

Dünən, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO

Dünən, 16:01- Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT

Dünən, 15:23- Kəlbəcərdə yük maşını aşıb - ölən var

Dünən, 14:45- “Titanik”in aktyoru vəfat etdi

Dünən, 12:44- Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır - BU NƏDİ BELƏ?!

Dünən, 12:06- Tələbə ağır qəzada öldü, dostları yaralandı - Foto

Dünən, 11:18- “Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... - TƏFƏRRÜAT

Dünən, 10:52- "Bütün sosial şəbəkələrdə sizi biabr edəcəm..." - ETİRAZ VAR...

Dünən, 10:48- Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib

Dünən, 10:12- Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir - FOTOFAKT

Dünən, 09:21- Parklarda fəaliyyət göstərən səyyar kababxanalar hansı məmurlarındır? - BU NƏDİ BELƏ?!

30-04-2024, 19:55- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat

Haqqımızda Əlaqə

Qanlı ay tutulması bizə necə təsir edir? - QƏTLLƏR ONA GÖRƏ ARTIR?

Tarix:14-06-2022, 15:55

Qanlı ay tutulması bizə necə təsir edir? - QƏTLLƏR ONA GÖRƏ ARTIR?
Tarix boyu bir çox astronomik hadisə xurafata, qəribə inancların yaranmasına, güclənməsinə səbəb olub.

Qədim Çin, Misir, Mesopatamiya kimi sivilizasiya mərkəzlərində kosmik cismlərə xüsusi mənalar yüklənib, bunlar insan həyatı ilə əlaqələndirilib. Hətta tarixin bəzi siyasi, hərbi liderləri də qərar verərkən, münəccimlərə müraciət ediblər.

Günümüzdə də astronomik hadisələrlə bağlı inanclar güclüdür. Bu cür hadisələrdən biri də qanlı Ay tutulmasıdır.

Bəzi hallarda Yer Günəşlə Ayın arasından keçir. Bu zaman Yerin atmosferindən əks olunan günəş şüaları Ayın səthinə düşür və ona qırmızı rəng verir. Bununla da xalq arasında “qanlı ay tutulması” adı verilən astronomik hadisə baş verir.

Bəzi insanlar əcdadlarımızla eyni düşncədədirlər. Onlar inanırlar ki, qanlı ay tutulması zamanı insanın taleyinə təsir edən proseslər gedir. İnsanlar aqressivləşir, qeyri-adi nevrotik, psixoloji davranışlar ortaya çıxır, qətllərin və hətta müharibələrin sayı artır.

Mövzumuzla bağlı vətəndaşlarımızın da fikirlərini öyrənməyə çalışdıq. Görək onlar nə düşünürlər?

Astroloq Məryəm Teymur da düşünür ki, ay tutulması insan bədəninə təsir edir: “Hər bir Ay tutulması özünəməxsus şəkildə təsirlidir, çünki burda bizim bioritmikamızla əlaqə var. Bədən saatı var, bədən enerjisi var; emosional, intellektual və fiziki və birbaşa təsir edir. Bu da baxır, insanın bio-ritmləri hansı necə çalışır – yüksəlişdədir, enişdədir, yoxsa durğunluqdadır. Buna görə, potloji xəstəliklərimizə və emosional-gərgin durumumuza təsir edir. Öz bədənini, sağlamlığını izləyən, qoruyan, əsəblərini yoxladan insan gözəl keçirir, ay tutulmasının ona heç bir mənfi təsiri olmur. Gərgin olan, xəstəliklərə diqqət yetirməyən, qidasına fikir verməyən insan üçün proses daha ağrılı keçir”.

Həkim-nevroloq Qalib Əsədov isə bütün bunlarla razılaşmır: “Bu sadəcə astronomik bir hadisədir, insanın zehninə, psixikasına, davranışına heç bir təsiri yoxdur. Müxtəlif əfsanələr, nağıllar qoşulur. Tamamilə boş, cəfəng söhbətlərdir. Milyonarla insan var ki, heç bilmir nə zaman ay tutulur, günəş tutulur, normal da yaşayırlar. Psixoloji təsir olsa, inandığı bir adamdan, cəmiyyətdə müəyyən avtoritariya sahibi insanlardan belə şeylər eşitsə, bu onda həyacan yarada bilər. Beləcə aqressivləşər. Yəni bu, sadəcə psixoloji təsirdən asılı bir şeydir. Beyində gedən bio-kimyəvi prosesslərə heç bir təsiri yoxdur”.

Xatırladaq ki, sonuncu tam Ay tutulması bu ilin 16 may tarixində baş verib. Astroloqlar bu tutlmanın təsirlərinin 6 ay davam edəcəyini bildirirlər.

NASA isə hər il təxminən iki Ay tutulmasının baş verdiyini və növbəti tam Ay tutulmasının noyabrda olacağını açıqlayıb. Bildirilir ki, 2025-ci ilin martına qədər başqa tam Ay tutulması olmayacaq.

APA TV

скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...