Anons

Bu gün, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

Bu gün, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

Bu gün, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

Bu gün, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

Bu gün, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Bu gün, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

Bu gün, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

Bu gün, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Bu gün, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Bu gün, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Bu gün, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Bu gün, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

Bu gün, 10:06- Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:14- AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər

Dünən, 19:11- “Bunun sonu faciə olacaq” - Prezident

Dünən, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO

Dünən, 16:01- Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT

Dünən, 15:23- Kəlbəcərdə yük maşını aşıb - ölən var

Dünən, 14:45- “Titanik”in aktyoru vəfat etdi

Dünən, 12:44- Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır - BU NƏDİ BELƏ?!

Haqqımızda Əlaqə

Yer kürəsinin qlobal temperaturunun artması Azərbaycana necə təsir edir?

Tarix:31-01-2022, 10:17

Yer kürəsinin qlobal temperaturunun artması Azərbaycana necə təsir edir?
Hazir ki dövrdə, qlobal istiləşmə bəşər övladının şüurlu hissəsini narahat edən ən aktual problemlərdən biridir. Bu problemin aradan qaldırılması yollarının araşdırlması və görüləcək təxirəsalınmaz tədbirlər planının hazırlanması çox vacibdir. Problemin aradan qaldırılması üçün bu gündən başlayaraq ciddi tədbirlər həyata keçirilməzsə, sonra gec ola bilər. Mövcud problemin həllində bu sahə ilə məşğul olan mütəxəssislərin və kütləvi informasiya vasitələrinin oynayacağı rol danılmazdır.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, dosent Nazim Qaraməmmədli Trend-ə açıqlaması zamanı bildirib ki qlobal istiləşmənin yaranmasının səbəbi istixana effekti yaradan təbəqə də su buxarının, karbon və metan qazlarının miqdarının artması ilə bağlıdır.

Digər səbəblərdən biri isə insanın gündəlik fəaliyyət nəticəsində Yer atmosferinə atılan karbon qazının və digər istixana effekti yaradan komponentlərin qaz, toz, aerozol və s. miqdarının artması.Yer atmosferində istixana effekti yaradan təbəqənin əsasını karbon qazı və su buxarı təşkil edir. İnsanların ehtiyacını ödəmək üçün su buxarı burada təbii komponentdir. Bundan bağqa Yer kürəsinin su hövzələrindən də buxarlanma baş verir. Ancaq Yer atmosferinə atılan digər qazların miqdarını azaltmaq mümkündür.

Son dövrlərdə baş verən elmi-texnoloji inkişaf səbəbindən insanların təbiətə müdaxiləsi də artmışdır. İqlim dəyişkənliyinin səbəblərini insanların gündəlik fəaliyyətin də axtarmaq lazımdır. Bu sahə ilə məşğul olan alimlərin böyük əksəriyyəti XX əsrdə hərarətin yüksəlməsini Yer atmosferinə atılan istixana effekti yaradan qazların miqdarının artması ilə əlaqələndirirlər.-deyə o vurğulayıb.

N.Qaraməmmədli qeyd edib ki qlobal istiləşmə iqlim şəraitinin kəskin dəyişəcəyini, təbii fəlakətlərin sayının artacağını, yayda çox isti və qışda çox soyuq olacağını, quraqlıq baş verəcəyini, quru hissələrini su basacağını, kənd təsərrüfatında məhsuldarlığın aşağı düşəcəyini, bəzi ərazilərdə yağıntının miqdarının artmasını, güclü qasırğaların olacağını, meşə yanğınlarını və s. vəd edir.

Qeyd etmək lazımdır ki, qeyd olunanların bəzilərini biz artıq hiss edirik. Məsələn, 2021-ci ilin yayının həddən artıq isti keçməsini, suvarma üçün su çatışmazlığını və dünyanın bir sıra ölkələrində baş verən meşə yanğınlarını göstərmək olar.

Bundan başqa, qlobal istiləşmə Yerin buz örtüyünün əriməsini və bu hesaba dəniz və okeanlarda suyun səviyyəsinin yüksələcəyini vəd edir. Əgər Yer kürəmizin buz örtüyü tamam ərisə, suyun səviyyəsi 64 metr qalxa bilər. Bu isə böyük quru hissələrinin su altında qalmasına səbəb ola bilər.

Bu gedişlə davam etsə, Yer atmosferində karbon qazının miqdarı 44%-ə qədər arta bilər. BMT-nin iqlim dəyişkənliyi bağlı qəbul etdiyi 3 qərardan fərqli olaraq son qərarda qlobal istiləşmənin əsas səbəbinin insanın fəaliyyəti ilə bağlı olması açıq şəkildə bəyan edilir.- deyə o bildirib.

O həmçinin problemin həll yolu üçün bır sıra təkliflər irəli sürüb. Bunlara:

Tullantısız texnologiyaların istifadənin stimullaşdırlması; Alternativ enerji mənbələrindən istifadə (külək və Günəş enerjisi); Atom enrjisindən istifadə; Daş kömürdən yanacaq kimi istifadəsinin azaldılması; Böyük şəhərlərdə şəhərdaxili nəqliyyat vasitəsi kimi trolleybus və tramvaylardan istifadə olunması; Meşələrin qırılmasının dayandırlması; Yeni meşə zolaqlarının salınması, hər adama bir ağac əkək təşəbbüsü də bura daxildir; Elektriklə işləyən avtomobillərin istehsalının və istifadəsinin stimullaşdırılması;- aiddir

Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov Trend-ə açıqlaması zamanı bildirib ki get-gedə yer kürəsinin qlobal temperaturu artmaqdadır. Bu, Azərbaycana da öz təsirini göstərir.

“Son illərdə bir qayda olaraq orta illik temperatur çoxillik orta temperaturdan yüksək olub. Qlobal istləşmənin regional təzahürləri özünü göstərməkdədir. Bu, o demək deyil ki, bu il də yay mövsümü keçən ilki kimi isti keçəcək, sadəcə olaraq isti illərin təkrarlanması daha tez-tez baş verə bilər. Qeyd edim ki, xüsusən iyul-avqust aylarında havanın isti keçən günlərinin sayı get-gedə artır. Məsələn, 60-90 illərin məlumatlarına əsasən temperaturun 40 dərəcəni keçməsi il ərzində 5 dəfə olurdusa, bu rəqəm 10-20 arası ola bilər. Ötən il Türkiyədə və dünyanın müxtəlif yerlərində baş verən meşə yanğınları da bunu göstərir. Türkiyədə olduğu qədər kəskin olmasa da, Azərbaycanda da belə hadisələr müşahidə edildi. İstiləşmə bu tempdə davam etsə, mövcud ekosistem artıq tab gətirə bilməyəcək. Bunun qarşısını almağın da yolu qlobal müstəvidə mübarizədir. Bütün ölkələr çalışmalıdırlar ki, atmosferə atılan karbon qazı və digər istilik effekti yaradan qazların konsantrasiyasını azaltsınlar. Alternativ enerji mənbələrindən istifadə olunsun".- deyə o qeyd edib.

S.Səfərov bildirib ki Avropa İttifaqının iqlim dəyişikliyini müşahidə edən "Kopernus" İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, 2021-ci ildə son 7 ilin istilik rekordu qırılıb və 2021 sayca beşinci ən isti il olaraq qeydə alınıb. Qeyd olunub ki, 1850-1900-cü illərlə müqayisədə illik ortaq istilik 1,1-1,2 dərəcə artıb.

"98 faizi buzla örtülmüş Antarktika qitəsi qlobal istiləşmə səbəbindən bu sürətlə əriməyə davam etsə, dəniz səviyyəsi 5 metr yüksələ bilər. Bu yüksəliş təkcə Antarktika üçün deyil, bütün dünya üçün təhlükə yaradacaq, dəniz kənarında tikilmiş bir çox şəhərlər məhv olmaq təhlükəsi ilə üzləşəcək. Antarktika buz örtüyünün 21-ci əsrdən sonrakı taleyini modelləşdirən bu xəbərdarlıq Yaponiyanın Hokkaydo Universitetinin tədqiqat qrupuna aiddir. Alimlər hesab edir ki, istixana qazlarının emissiyaları dayandırılsa və dəniz səviyyəsinin bir metr aşağıda qalması təmin edilsə, bu xəbərdarlığın qarşısını almaq olar.Nəticədə, 3000-ci ilə qədər hazırkı istiləşmə tendensiyaları altında dəniz səviyyəsi 1,5-5,4 metr yüksələ bilər", -deyə o vurğulayıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...