Anons

Dünən, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Dünən, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Dünən, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Dünən, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Dünən, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Dünən, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Dünən, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Dünən, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Dünən, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Dünən, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Dünən, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Dünən, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Dünən, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Dünən, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Dünən, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Dünən, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Dünən, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

23-04-2024, 22:33- “Azərreyl” çempion oldu

23-04-2024, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Haqqımızda Əlaqə

“Aerosmith” bütün hüquqlarını “Universal Music Group” səsyazma korporasiyasına ötürüb

Tarix:24-08-2021, 13:54

“Aerosmith” bütün hüquqlarını “Universal Music Group” səsyazma korporasiyasına ötürüb
Amerikanın “Aerosmith” rok qrupu diskoqrafiyası və audiovizual layihələrinin bütün hüquqlarını “Universal Music Group” səsyazma korporasiyasına ötürmək üçün müqavilə imzalayıb.

Bu barədə “Variety” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, qrupun gələcək musiqi layihələri, “Aerosmith” tarixinə həsr olunmuş yeni filmlərin, televiziya şoularının və digər audiovizual materialların hazırlanması, istehsalı və yayılması bundan sonra “Universal Music Group”un bazası əsasında aparılacaq.

“Bu, musiqimizi əvvəllər heç vaxt bacarmadığımız bir şəkildə azarkeşlərə çatdırmağa imkan verəcək. Uzun müddətdir xəyal etdiyimiz budur. Bu, “Aerosmith”, “Universal Music Group” və nəticədə azarkeşlərimiz üçün bir qələbədir”, - deyə qrupun, gitaraçısı və təsisçilərindən olan Co Perri bildirib.

“Aerosmith” 1970-ci ildə Stiven Tallariko, Co Perri və Tom Hamilton tərəfindən yaradılıb, sonradan onlara gitaraçı Bred Uitford və zərbçi Co Kramer qoşulub. 1973-cü ildə rokerlər eyniadlı ilk albomunu buraxıblar. 50 illik fəaliyyəti nəticəsində qrupun 150 milyon tirajla 15 albomu işıq üzü görüb. Sonuncu “Music from Another Dimension!” adlı disk 2012-ci ildə çıxıb. “Aerosmith” dördqat “Grammy” mükafatı qazanıb. “Aerosmith” hard rok, ağır metal, pop musiqi və blyuz elementlərini birləşdirərək müxtəlif musiqi istiqamətlərinin inkişafına güclü təsir göstərib. 2001-ci ildə qrup “Rock and roll şöhrət zalı”na daxil edilib və “Rolling Stone” jurnalı və VH1 onları bütün zamanların 100 ən böyük sənətçisi siyahısına salıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...