Anons

Bu gün, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Bu gün, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Bu gün, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Bu gün, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Bu gün, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Bu gün, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Bu gün, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Bu gün, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Bu gün, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Bu gün, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Bu gün, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Bu gün, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Bu gün, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Bu gün, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Bu gün, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Haqqımızda Əlaqə

İlon Mask dünyanın ən varlı insanları reytinqində üçüncü pilləyə enib

Tarix:18-05-2021, 14:00

İlon Mask dünyanın ən varlı insanları reytinqində üçüncü pilləyə enib Sahibkar İlon Mask dünyanın ən varlı insanlarının “Bloomberg” agentliyi tərəfindən tərtib olunan reytinqində üçüncü pilləyə enib.

“Bloomberg” agentliyinin saytına istinadla xəbər verilir ki, İlon Maskın varidatı onun rəhbərlik etdiyi “Tesla” kompaniyasının dəyərinin ucuzlaşması fonunda azalıb. Son iki ay ərzində yarımkeçirici ehtiyatlarının çatışmazlığı, həmçinin ənənəvi yanacaqla çalışan avtomobil istehsalçıları tərəfindən yüksək rəqabət səbəbindən kompaniyanın kapitallaşması təxminən 20 faiz azalıb.

“Bloomberg”in hesablamalarına görə, İlon Maskın kapitalı mayın 16-sı axşam saatlarınadək 160,6 milyard dollara qədər aşağı düşüb. O, ilk dəfə cari ilin yanvar ayında “Tesla” səhmlərinin il ərzində 750 faiz bahalaşması fonunda milyarderlər reytinqinin ilk pilləsinə yüksəlmişdi. Həmin zaman İlon Maskın varidatı 184 milyard dollara, sonradan isə 190 milyard dollara çatmışdı. “Tesla” kompaniyasının rəhbəri fevral ayının sonlarında reytinqin ikinci pilləsinə enmişdi.

Hazırda reytinqin ikinci pilləsində Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) kompaniyalar qrupunun Baş direktoru Bernar Arno qərarlaşıb. Onun varidatı 161,2 milyard dollar həcmində qiymətləndirilir. Dünyanın ən varlı insanı titulu isə hazırda 190 milyard dollar kapitalı olan “Amazon” kompaniyasının rəhbəri Ceff Bezosa məxsusdur.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...