Bu gün, 20:06- Biləcəridə piyada səkisi zəbt olundu…. İcra başçıs isə…..-Video
Bu gün, 19:15- Türkiyə MMU-nun nümayəndə heyəti Azərbaycanda səfərdədir
Bu gün, 16:54- Mingəcevirin İcra başçısı himayə etdiyi "Seyid"-in xətrinə 8 sürücünü işsiz qoydu - İDDİA
Bu gün, 16:24- “Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır
Bu gün, 15:26- Nərimanov rayonunda qanunsuz tikintilərə kim nəzarət edir? -Video
Bu gün, 11:49- Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma
Bu gün, 10:18- Səhvə yol verdi, kartından 17 min oğurladılar… Qaytarmaq mümkündürmü? – AÇIQLAMA
Bu gün, 09:46- Şəkidə Baş Göynük kəndinin “Sənətkarlar evi” nədən yanıb və niyə təmir olunmur -DETALLAR
Bu gün, 08:41- Qax-Zaqatala bölgəsində nələr baş verib?
Dünən, 19:34- “Hell”in insan sağlamlığına zərəri -Video
Dünən, 17:34- İmişlidə Elçin Rzayev qanunsuz qum-çınqıl biznesini idarə edənlərə “yaşıl işıq” yandırıb-Video
Dünən, 16:48- Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?
Dünən, 12:09- Sevinc Orucovanın “Son zəng” üçün pul yılğılması təsdiqləndi-Fotofakt
Dünən, 11:40- Prezident İlham Əliyev Yevlaxa səfər edib
Dünən, 11:00- Binəqədi rayonunda növbəti qanunsuz tikintiyə hansı məmur icazə verib? -Fotofakt
Dünən, 10:30- "İmtahanda olmaya-olmaya yazıblar ki..." - İŞÇİLƏR KOMİK İSLAHATA ETİRAZ EDİRLƏR
Dünən, 09:25- “N1” çörəyini yedi: ÖLÜMDƏN QAYITDI
Dünən, 08:52- “Premium Park Neftçilər” layihəsini tikən şirkət yaşıl ağacları kəsdi
21-06-2025, 19:43- Qaxdakı əməliyyat Vidadi İsayevin canına vəlvələ saldı
21-06-2025, 19:03- Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Prezident İlham Əliyev “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.
Dəyişikliyə əsasən icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra məmuru tərəfindən nağd qaydada qəbul edilməsinə, yaxud tələbkara və ya borcluya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin icra məmuru tərəfindən nağd qaydada həyata keçirilməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manata qədər cərimə ediləcək.
Eyni zamanda icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsini yalnız nağdsız qaydada həyata keçirir.
Bundan başqa, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçirilir.
İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələrlə əlaqədar əməliyyat həyata keçirilərkən müvafiq icra işinin qeydiyyat nömrəsi göstərilməlidir. Belə nömrə göstərilmədən ödənişlərin həyata keçirilməsinə yol verilmir.
İcra xidmətinin depozit hesabından ödəniləcək vəsaitin köçürüləcəyi bank hesabı haqqında məlumatları tələbkar icra məmuruna təqdim edir. Tələbkar bu barədə icra məmuruna məlumat təqdim etmədikdə, ödəniləcək vəsait icra xidmətinin depozit hesabına daxil olduqdan sonra icra məmuru 3 iş günü müddətində tələbkarı bu barədə məlumatlandırır və həmin vəsaitin tələbkarın müraciəti əsasında onun xeyrinə məxaric edilməsi üçün banka sərəncam verir. Vəsaitin nağdlaşdırılması ilə bağlı xərclər tələbkar tərəfindən ödənilir.
İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələri təsdiq edən bank sənədləri icra məmuru tərəfindən icra icraatına əlavə edilir.