Bu gün, 20:06- Biləcəridə piyada səkisi zəbt olundu…. İcra başçıs isə…..-Video
Bu gün, 19:15- Türkiyə MMU-nun nümayəndə heyəti Azərbaycanda səfərdədir
Bu gün, 16:54- Mingəcevirin İcra başçısı himayə etdiyi "Seyid"-in xətrinə 8 sürücünü işsiz qoydu - İDDİA
Bu gün, 16:24- “Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır
Bu gün, 15:26- Nərimanov rayonunda qanunsuz tikintilərə kim nəzarət edir? -Video
Bu gün, 11:49- Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma
Bu gün, 10:18- Səhvə yol verdi, kartından 17 min oğurladılar… Qaytarmaq mümkündürmü? – AÇIQLAMA
Bu gün, 09:46- Şəkidə Baş Göynük kəndinin “Sənətkarlar evi” nədən yanıb və niyə təmir olunmur -DETALLAR
Bu gün, 08:41- Qax-Zaqatala bölgəsində nələr baş verib?
Dünən, 19:34- “Hell”in insan sağlamlığına zərəri -Video
Dünən, 17:34- İmişlidə Elçin Rzayev qanunsuz qum-çınqıl biznesini idarə edənlərə “yaşıl işıq” yandırıb-Video
Dünən, 16:48- Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?
Dünən, 12:09- Sevinc Orucovanın “Son zəng” üçün pul yılğılması təsdiqləndi-Fotofakt
Dünən, 11:40- Prezident İlham Əliyev Yevlaxa səfər edib
Dünən, 11:00- Binəqədi rayonunda növbəti qanunsuz tikintiyə hansı məmur icazə verib? -Fotofakt
Dünən, 10:30- "İmtahanda olmaya-olmaya yazıblar ki..." - İŞÇİLƏR KOMİK İSLAHATA ETİRAZ EDİRLƏR
Dünən, 09:25- “N1” çörəyini yedi: ÖLÜMDƏN QAYITDI
Dünən, 08:52- “Premium Park Neftçilər” layihəsini tikən şirkət yaşıl ağacları kəsdi
21-06-2025, 19:43- Qaxdakı əməliyyat Vidadi İsayevin canına vəlvələ saldı
21-06-2025, 19:03- Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
“Nar”ın dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq “B4B: Business for Business” adlı kitab nəşr olunub və bir sıra ali təhsil müəssisələrində tələbələrə təqdim edilib. Kitab müasir biznesin idarə olunmasına dair praktik yanaşmalar, strateji planlaşdırma və innovativ inkişaf yollarını əhatə edir. Müəlliflər Abbas Abbasov və Vladimir Klimov nüfuzlu Stokholm İqtisadiyyat Məktəbinin məzunlarıdır. Kitabda təqdim edilən ideyalar da məhz bu ali məktəbdə aparılmış tədqiqat və təcrübələrə əsaslanır.
Kitabın təqdimatları Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Bakı Mühəndislik Universitetində keçirilib. Görüşlərdə iqtisadiyyat və biznesin idarə edilməsi fakültələrinin 200-ə yaxın tələbə və müəllimi iştirak edib. Müəlliflər oxucularla birbaşa ünsiyyət quraraq nəşrin əsas ideyalarını və onların praktik tətbiq imkanlarını müzakirə ediblər.
“B4B” və ya “Business for Business” müasir idarəetmə konsepsiyası kimi şirkətin işgüzar tərəfdaşları ilə sıx əməkdaşlığa, innovasiyalar üzərində birgə fəaliyyətə və nəticədə daha davamlı və sürətli inkişafa əsaslanır. Bu yanaşma kitabda “Toyota”, “Procter & Gamble”, “Coca-Cola”, “IKEA” və digər dünyaca məşhur şirkətlərin nümunələri əsasında aydın və praktik şəkildə izah olunur. Nəşr sahibkarlar, menecerlər və biznesə yeni başlayanlar üçün dəyərli bir bələdçi rolunu oynayır.
“Nar”ın bu təşəbbüsə dəstəyi şirkətin maarifləndirmə və gənclərin inkişafına yönəlmiş sosial məsuliyyət strategiyasının davamıdır. Mobil operator gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edən layihələrə daim önəm verir.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.