Bu gün, 19:15- Türkiyə MMU-nun nümayəndə heyəti Azərbaycanda səfərdədir
Bu gün, 16:54- Mingəcevirin İcra başçısı himayə etdiyi "Seyid"-in xətrinə 8 sürücünü işsiz qoydu - İDDİA
Bu gün, 16:24- “Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır
Bu gün, 15:26- Nərimanov rayonunda qanunsuz tikintilərə kim nəzarət edir? -Video
Bu gün, 11:49- Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma
Bu gün, 10:18- Səhvə yol verdi, kartından 17 min oğurladılar… Qaytarmaq mümkündürmü? – AÇIQLAMA
Bu gün, 09:46- Şəkidə Baş Göynük kəndinin “Sənətkarlar evi” nədən yanıb və niyə təmir olunmur -DETALLAR
Bu gün, 08:41- Qax-Zaqatala bölgəsində nələr baş verib?
Dünən, 19:34- “Hell”in insan sağlamlığına zərəri -Video
Dünən, 17:34- İmişlidə Elçin Rzayev qanunsuz qum-çınqıl biznesini idarə edənlərə “yaşıl işıq” yandırıb-Video
Dünən, 16:48- Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?
Dünən, 12:09- Sevinc Orucovanın “Son zəng” üçün pul yılğılması təsdiqləndi-Fotofakt
Dünən, 11:40- Prezident İlham Əliyev Yevlaxa səfər edib
Dünən, 11:00- Binəqədi rayonunda növbəti qanunsuz tikintiyə hansı məmur icazə verib? -Fotofakt
Dünən, 10:30- "İmtahanda olmaya-olmaya yazıblar ki..." - İŞÇİLƏR KOMİK İSLAHATA ETİRAZ EDİRLƏR
Dünən, 09:25- “N1” çörəyini yedi: ÖLÜMDƏN QAYITDI
Dünən, 08:52- “Premium Park Neftçilər” layihəsini tikən şirkət yaşıl ağacları kəsdi
21-06-2025, 19:43- Qaxdakı əməliyyat Vidadi İsayevin canına vəlvələ saldı
21-06-2025, 19:03- Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
21-06-2025, 16:41- “Kəpəz” Hospitalında narkotik istifadəçisi üçün analizlər necə təyin olunur?
Bir ayaqyolunun tikilməsinin problem olduğu şəhərdə yaşıllıqları məhv edib, ticarət mərkəzi timək kimlərinsə “xeyir-duası olmadan” mümkün deyil...
Bakı dərdi ilə əkiz doğulub... Həmişə dərdli, problemli olub və indi də belədir ki, var. Həm də, bu problemlər rəngarəng olmaqdadır: kommunal sahədəki ən xırda qüsurlardan tutmuş, “novostroyka”lara və müxtəlif ticarət mərkəzlərinə qurban verilən yaşıllıqlara qədər. Az qala hər gün paytaxtın ən ağılagəlməz nöqtələrində bir yenilik müşahidə olunur: ya yaşıllıqların məhvi ilə, ya da piyada səkilərinin dağıdılması ilə...
“Yaşıl soyqırım”ın “Memar Əcəmi” nümunəsi
Son günlər ölkə mediasında diqqət çəkən mövzulardan biri də, paytaxt Bakının Cavadxan küçəsində-Memar Əcəmi metrostansiyası yaxınlığında – aparılan tikintidir. Xatırladaq ki, vaxtı ilə bu ərazidə məşhur “Şəki” kafesi fəaliyyət göstərib. Və məlum normalara uyğun olaraq da, paytaxt sakinlərinin sevimli istirahət məkanlarından biri olub...Bəli olub, indi isə fərqli mənzərədir. Ötən günlərdə də bu haqda yazmışıq: (Bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/185330-bak%C4%B1n%C4%B1-q%C9%99zza-zola%C4%9F%C4%B1na-%C3%A7evir%C9%99n-kiml%C9%99rdir.html)
Artıq bu sevimli istirahət məkanından əsər-əlamət qalmayıb. Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumata görə, özünü iş adamı kimi tanıdan Zahir Həsənov adlı şəxs nə az, nə çox 20 milyon dəfə “dua” etməklə bu məkanı ala bilib.
Bilənlər bilir ki, “Şəki” kafesi kimi fəaliyyəti dönəmində bu məkanda paytaxtın təbiətinə uyğun müxtəlif ağaclar olub. Ki, təkcə ZAHİRi gözəlliyi ilə deyil, həm də verdiyi təbii rahatlığı ilə faydalı sayılıb.
Təəssüf ki, bütün bunlarla bağlı artıq keçmiş zamanda danışmaq məcburiyyətindəyik. Bakının baş planından, məlum problemlərin həlli istiqamətində atılan addımlardan danışıldığı zamanda növbəti “yaşıl soyqırım”ı müşahidə etmək, həm də bu məsələdə sorumlu olanları diqqət mərkəzinə gətirir. Heç kimə sirr deyil ki, bir ayaqyolunun tikilməsinin problem olduğu şəhərdə yaşıllıqları məhv edib, ticarət mərkəzi timək kimlərinsə “xeyir-duası olmadan” mümkün deyil...
Yeri gəldi-gəlmədi pafosundan qalmayan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, özünü aydan-arı, sudan-duru kimi təbliğ etdirən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin bəhs etdiyimiz “özfəaliyyət”dən xəbərsiz oluğunu düşünmək yumşaq desək sadəlöhvlük olardı... Yeri gəlmişkən qarşıdakı günlərdə hər iki quruma rəsmi sorğu üvnalmaqla mövzunu davam etdirəcəyik
Və son əvəzi...
Bəhs etdiyimiz ünvanda ticarət mərkəzinin tikiləcəyi deyilir... Konkret olaraq fəaliyyət sferası haqqında isə müxtəlif məlumatlar var: Mall da , qızıl satışı mərkəzi də ola bilir.
Obyektin sahibi Zahir Həsənovun isə qardaşları ilə birlikdə uzun illərdir ki, Binə Ticarət Mərkəzində uşaq ayaqqabısının tədarükü və satışı ilə məşğul olduğu məlumdur. Xeyirli-uğurlu olsun da, amma uşaq ayaqqabısı ilə biznes piramidasının bu zirvəsinə ucalmaq da suallarsız ötüşmür...(Yenixeber.org)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.