Bu gün, 20:06- Biləcəridə piyada səkisi zəbt olundu…. İcra başçıs isə…..-Video
Bu gün, 19:15- Türkiyə MMU-nun nümayəndə heyəti Azərbaycanda səfərdədir
Bu gün, 16:54- Mingəcevirin İcra başçısı himayə etdiyi "Seyid"-in xətrinə 8 sürücünü işsiz qoydu - İDDİA
Bu gün, 16:24- “Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır
Bu gün, 15:26- Nərimanov rayonunda qanunsuz tikintilərə kim nəzarət edir? -Video
Bu gün, 11:49- Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma
Bu gün, 10:18- Səhvə yol verdi, kartından 17 min oğurladılar… Qaytarmaq mümkündürmü? – AÇIQLAMA
Bu gün, 09:46- Şəkidə Baş Göynük kəndinin “Sənətkarlar evi” nədən yanıb və niyə təmir olunmur -DETALLAR
Bu gün, 08:41- Qax-Zaqatala bölgəsində nələr baş verib?
Dünən, 19:34- “Hell”in insan sağlamlığına zərəri -Video
Dünən, 17:34- İmişlidə Elçin Rzayev qanunsuz qum-çınqıl biznesini idarə edənlərə “yaşıl işıq” yandırıb-Video
Dünən, 16:48- Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?
Dünən, 12:09- Sevinc Orucovanın “Son zəng” üçün pul yılğılması təsdiqləndi-Fotofakt
Dünən, 11:40- Prezident İlham Əliyev Yevlaxa səfər edib
Dünən, 11:00- Binəqədi rayonunda növbəti qanunsuz tikintiyə hansı məmur icazə verib? -Fotofakt
Dünən, 10:30- "İmtahanda olmaya-olmaya yazıblar ki..." - İŞÇİLƏR KOMİK İSLAHATA ETİRAZ EDİRLƏR
Dünən, 09:25- “N1” çörəyini yedi: ÖLÜMDƏN QAYITDI
Dünən, 08:52- “Premium Park Neftçilər” layihəsini tikən şirkət yaşıl ağacları kəsdi
21-06-2025, 19:43- Qaxdakı əməliyyat Vidadi İsayevin canına vəlvələ saldı
21-06-2025, 19:03- Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Şəmkir rayonu, Duzqışlaq kənd sakini İsmayılov Şükür Rasim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, özü və qardaşı haqsızlıqla üzləbilər:
“Mən, İsmayılov Şükür Rasim oğlu, bildirirəm ki, qardaşım Vasif Qədim Qala kənd sakini Bağırov Samir Siyavuş oğlundan iki ton işlənmiş yağ alıb. Bu yağ "parnik"in qızdırılması üçün istifadə olunur. Bağırov Samir kartdan karta köçürmə edib, vergidən yayınıb. Burada heç çek əməliyyatı olmayıb. Bu şəxsin heç vergidə qeydiyyatı belə yoxdur.
Qardaşımın mənə verdiyi etibarnamə ilə onun adından 14 saylı Vergi İdarəsinə müraciət etdim. Nazirliyin əməkdaşı İlqar bəy mənimlə əlaqə saxladı. Zəng vuraraq ilk sözü "sənin obyektinin qeydiyyatı yoxdur, sənə cərimə düşür. Sən isə hələ şikayət edirsən", - dedi. Sual verdim ki, Şəmkir rayonunda bir çox obyektlərdə neçə nəfər içi işləyir, neçəsinin sənədi var, bilirsiniz? Rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan demək olar ki, heç bir obyektin işçilərinin maaş kartları yoxdur. Bu zaman mənə dedi ki, "yaxşı, səndən pul istəmirəm, gəl obyekti qeydiyyata sal".
Bir sözlə, 14 saylı Vergilər İdarəsinə kartdan karta pul köçürmənin sübutlarını təqdim etsəm də, heç bir tədbir görülmür. Mənim istixanam həyətyanı sahəmin içindədir. Mən də xahiş edirəm ki, bütün istixanalar yoxlanılsın və onlar da qeydiyyata götürülsün.
Bir çox sahibkarlara güzəştlər olunub. Amma məni məcburi qaydada qediyyata göndərirlər.
Burada tikinti materialları satılan obyektlər də vergidən yayınır. İşçilər iş saatından artıq işlədilir. Nəzarət edən yoxdur. 14 saylı Vergi İdarəsinin rəis müavini Zaur müəllim də şikayətlərə laqeyd yanaşır.
Bağırov Samirin dediyinə görə, işlənmiş yağı Bak şəhərindən gətirərək, Şəmkirdə istixanalara satır. Rayonda vergi idarəsi düzgün iş aparmır. Hər kəs qanunsuzluqla məşğuldur.
Son illərdə Şəmkirdə obyektlərin sayı dəhşətli dərəcədə artıb. Dövlətə köçürülən pullar isə yəqin ki, artmır. Bütün obyektlər yoxlanılsın, alqı-satqı məlumatlarına baxılsın.
Mən səlahiyyətli qurumlardan xahiş edirəm, Şəmkirdə olan sahibkarların obyektinə nəzarət olunsun ki, kimsə vergidən yayına bilməsin. Vergi əməkdaşları bəzi maraqlar qarşılığında sahibkarlara güzəştlər edirlər. Obyektlərin hamısı vətəndaşa çek vermir.
Bu gün Şəmkirdə işçilərin hər birinin əmək kitabçası olsa, qanunsuzluq nisbətən azalar. Vergidən yoxlama gələn kimi işçiləri obyektdən qaçırdırlar".
Məsələ ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, şikayətçilər qarşılaşdıqları vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Hurriyyet.az