Anons

Bu gün, 19:06- ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi

Bu gün, 18:45- Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?

Bu gün, 18:10- Məşhur restoranda şirniyyatın içindən tük çıxdı

Bu gün, 17:28- Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib

Bu gün, 17:12- Onlar 1000 manata qədər cərimə oluna bilər

Bu gün, 16:43- “Putyovka”ları altdan-altdan satırlar-Video

Bu gün, 16:26- Daxil Kərimov yeni himayədar axtarışında?

Bu gün, 15:31- İlham Əliyev onları təltif etdi - Sərəncam

Bu gün, 15:19- Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Bu gün, 14:59- “KRATON” klinikasının sahibi vegi borcunu niyə ödəmir?

Bu gün, 14:35- Naxçıvanın səfərbərlik xidmətində hansı İŞLƏR ÇEVRİLİR - İTTİHAM VAR...

Bu gün, 12:48- Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...

Bu gün, 12:16- Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR

Bu gün, 11:11- Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK-dan ŞİKAYƏT

Bu gün, 09:59- Şəmkirdə milyonluq yeyinti - Direktor həbs edildi

Bu gün, 09:11- Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….

Dünən, 19:11- Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...

Dünən, 18:49- Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?

Dünən, 18:29- 31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT

Dünən, 18:01- Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video

Haqqımızda Əlaqə

“Gömrük dəyərində guya 97 665 manat fərqin olduğunu dedilər”

Tarix:7-05-2025, 14:45

“Gömrük dəyərində guya 97 665 manat fərqin olduğunu dedilər” Azərbaycana Çindən mətbəx qabları, məişət avadanlıqları, tikinti və elektrik malları kimi məhsullar idxal edən “Lion Centre” MMC-nin rəhbəri gömrükçülərin ona süni problemlər yaratdığını bildirir.
“Qafqazinfo”ya müraciət edən şirkətin direktoru Ramil Aslanov bir müddətdir Bakı Baş Gömrük İdarəsində ölkəyə gətirdiyi məhsulların gömrük dəyərinin doğru hesablanmadığını deyib.
Şikayətçinin sözlərinə görə 2024-cü ildə 4 müxtəlif bəyannamə təqdim edərək ölkəyə Çindən müxtəlif mallar idxal edib: “Lakin 01241000300384, 01241000304074, 01241000401379 və 01241000438393 saylı bəyannamələr üzrə Bakı Baş Gömrük İdarəsinə təqdim etdiyi məhsulların dəyəri düzgün hesablanmayıb. Belə ki, məhsulların dəyərinin hesablanması ilə bağlı prosedurlar mövcud qaydalara uyğun şəkildə icra edilməyib və guya 97 665 manat fərqin ortaya çıxması bildirilib. Mənə dedilər ki, hesablama zamanı Çindən idxal etdiyim məhsullarla bağlı sənədlər alıblar. Eyni zamanda mənə aid olmayan sənədlərin də işə əlavə edilməsi məlum olur. Halbuki həmin malların mənə və təmsil etdiyim şirkətə hər hansı aidiyyəti yoxdur”.
R.Aslanov qeyd edib ki, hər bir bəyannamə üzrə yarana biləcək fərqə görə ayrı-ayrılıqda icraat həyata keçirilməlidir: “Lakin mənə əlavə problemlər yaratmaq məqsədilə Bakı Baş Gömrük İdarəsi qanunsuz olaraq bəyannamələr üzrə hesabladığı fərqi birləşdirərək 97 665 manatlıq fərq formalaşdırıb. Məni cinayət işinin açılması ilə hədələyirlər. Məsələ ilə bağlı artıq aidiyyəti qurumlara teleqramla müraciət etmişəm. Həmçinin prosessual nəzarəti həyata keçirən prokurorluğa şikayət etmişəm”.
İş adamı əlavə edib ki, Gömrük Komitəsindən ona təqdim olunmuş məktubda “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında” Sazişə istinad edilərək sənədlərin Çin Xalq Respublikasından əldə edildiyi göstərilib: “Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov həmin sənədlərə istinad edərək uydurma 97 min manat borc məbləği təyin edib və Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinə göndərib. Sübut əhəmiyyəti kəsb etməyən sənədlərə əsaslanaraq cinayət işi qaldırıb. Ancaq sözügedən sənədlərin heç biri nə mənə, nə də rəhbərlik etdiyim “Lion Centre” MMC-yə məxsus deyil. Bütün bunlar mənə təzyiq məqsədilə edilir”.
Qeyd edək ki, məsələyə hazırda Bakı İnzibati Məhkəməsində baxılır.

Qafqazinfoскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...