Anons

Bu gün, 19:06- ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi

Bu gün, 18:45- Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?

Bu gün, 18:10- Məşhur restoranda şirniyyatın içindən tük çıxdı

Bu gün, 17:28- Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib

Bu gün, 17:12- Onlar 1000 manata qədər cərimə oluna bilər

Bu gün, 16:43- “Putyovka”ları altdan-altdan satırlar-Video

Bu gün, 16:26- Daxil Kərimov yeni himayədar axtarışında?

Bu gün, 15:31- İlham Əliyev onları təltif etdi - Sərəncam

Bu gün, 15:19- Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Bu gün, 14:59- “KRATON” klinikasının sahibi vegi borcunu niyə ödəmir?

Bu gün, 14:35- Naxçıvanın səfərbərlik xidmətində hansı İŞLƏR ÇEVRİLİR - İTTİHAM VAR...

Bu gün, 12:48- Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...

Bu gün, 12:16- Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR

Bu gün, 11:11- Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK-dan ŞİKAYƏT

Bu gün, 09:59- Şəmkirdə milyonluq yeyinti - Direktor həbs edildi

Bu gün, 09:11- Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….

Dünən, 19:11- Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...

Dünən, 18:49- Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?

Dünən, 18:29- 31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT

Dünən, 18:01- Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video

Haqqımızda Əlaqə

Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal

Tarix:18-04-2025, 15:04

Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal Hesablama Palatası tərəfindən Elm və Təhsil Nazirliyi və tabeliyində olan təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsində 53,5 milyon manatlıq dövlət investisiyalarının istifadəsinə dair audit aparılıb.

Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal

Audit 2021–2023-cü illəri əhatə edən 10 layihəni əhatə edib və ciddi nöqsanlar üzə çıxıb.

Məlum olub ki, bir sıra layihələr planlaşdırılarkən texniki-iqtisadi əsaslandırmalar aparılmayıb, bu da vəsaitin məqsədəuyğun istifadə edilməməsinə səbəb olub. Layihələrin icrası müddətlərinə əməl edilməyib, bəzi layihələr gecikib, bəzilərində isə əsaslandırmalar yetərsiz olub. Təhsil müəssisələri üzrə 3 tikinti obyektində smeta və müqavilə həcmlərindən artıq işlərin daxil edilməsi nəticəsində 92 min manat artıq vəsait xərclənib.

5 layihədə müqavilə üzrə nəzərdə tutulmayan işlər görülüb və nəticədə 633 min manat dəyərində əlavə ödənişlər baş verib. 6 layihədə isə müəllif nəzarəti olmadan 560 min manatlıq işlər yerinə yetirilib. Eyni zamanda, 5 müqavilə üzrə faktiki icra edilməyən və ya həddindən artıq göstərilən işlər üçün ümumilikdə 784 min manat artıq vəsait ödənilib.

Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal


Satınalma prosedurlarında da ciddi pozuntular aşkarlanıb – bəzi hallarda tenderdən əvvəl müqavilələr bağlanıb, bəzi hallarda isə ehtimal dəyəri nəzərə alınmayıb. Nəticədə dövlət vəsaitlərinin səmərəsiz istifadəsi və qanunvericiliyin pozulması halları baş verib.

Hesabatda, həmçinin maliyyə sənədlərində ziddiyyətlərə və qeyri-şəffaflığa diqqət çəkilir. 5 obyekt tabeli qurumlara balansa verilməyib, 2 obyektdə isə avadanlıqların sənədləşməsi düzgün aparılmayıb.

Nəticədə, podratçılara artıq ödənilmiş 1 milyon 305 min manatın dövlət büdcəsinə qaytarılması qərara alınıb. Hesablama Palatası İdarədən nöqsanların aradan qaldırılmasını və gələcəkdə bu kimi halların qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edib.

Xalq.az məlumat verir ki, 2022-ci ilin mart ayına kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi İqtisadiyyat nazirinin müşaviri, SOCAR-ın Müşahidə Şurasının üzvü olan Anar Axundov olub.

Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal


2022-ci ildən isə Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin direktoru Valeh Mirzəliyevdir.

Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal


Məsələ ilə bağlı Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsindən heş bir açıqlama almaq mümkün olmadı.(Xalq.az)


Yazıda adları keçənlərində mövqeyini dərc etməyə hazırıq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...