Anons

28-05-2024, 20:59- Rəşid Piriyevin bunlardan xəbəri varmı?!-Rüşvət,süründürməçilik,bürokratik əngəllər və daha nələr-nələr.....

Dünən, 18:50- “Azercell” Sabir Rüstəmxanlıya “İrana xoş gəlmisiniz” mesajı yolladı

Dünən, 18:22- Yasamalda sakinlər başçıdan MƏDƏT UMUR... - MÜRACİƏT

Dünən, 13:08- Leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Dünən, 10:58- Zibillər içində qalan xəstəxana: "Girin baxın" - VİDEO

Dünən, 10:01- Teatr direktorunun adı gənc şoumenlə sevgi münasibətlərində hallanır – VİDEO

17-06-2024, 12:19- Emin Əmrullayev BACARMADI... - FAKT BUDUR!

17-06-2024, 12:00- Yoldaş Abdullayev kolxoz qanunları ilə işləyirsə... - VAXTI YETİŞİB...

15-06-2024, 16:34- Gürcü yazıçı: Azərbaycan torpaqlarının işğalı zamanı digər xalqların susması daha böyük fəlakətlərə yol açdı

15-06-2024, 15:50- Paşinyan nəyi imitasiya edir? - Erməni baş nazirin oyunları

15-06-2024, 14:56- Neft sektorunu `solduran` `BAHAR`... - AXI NİYƏ?

15-06-2024, 14:17- Türkiyə XİN başçısı: “Bir millət, iki dövlət” devizi ilə qardaşlığımız əbədi qalacaq

15-06-2024, 13:49- Daşkəsəni Əhəd Abıyev sürücüsünün əli ilə ədarə edir - İLGİNC FAKT

15-06-2024, 12:43- "Biz istehlakçılar axmağın dal ayağı rolundayıq?" - ETİRAZ

15-06-2024, 12:00- Hər halda dövlətimiz bura pul ayırıb... - Pul da yoxdur, görülməli olan iş də...

15-06-2024, 11:19- "Gərək dil tarixindən o qədər məlumatsız olasan ki, səni belə aldadalar..." - BU NƏDİ BELƏ?!

15-06-2024, 10:47- Deputatın tikdiyi binalarda dərd bir deyil... min deyil... - FAKT BUDUR!

15-06-2024, 08:41- DOKTOR ZARİNA ŞİXZADAYEVA UŞAQLARDA AUTİZM HAQQINDA

15-06-2024, 06:29- Bu gün Milli Qurtuluş Günüdür

15-06-2024, 06:29- Bu gün Milli Qurtuluş Günüdür

Haqqımızda Əlaqə

“Unibank”, “Kapital Bank” və “RabitəBank” müştəriləri necə aldadır? – Araşdırma

Tarix:8-06-2024, 12:00

“Unibank”, “Kapital Bank” və “RabitəBank” müştəriləri necə aldadır? – Araşdırma Azərbaycanda bank sektorunda yaşanan gərgin vəziyyət artıq pik həddə çatıb. Vəziyyət belədir ki, yüksək faiz dərəcəsi ilə kredit verən banklar, onları geri almaqda ciddi problemlərlə üzləşirlər. Səbəb isə həmin faizləri müştərilərin ödəyə bilməməsidir. Tribunainfo.az xəbər verir ki, məhz bu səbəbdəndir ki, əhali ilə banklar arasında sözün həqiqi mənasında müharibə gedir. Bu “müharibə”nin təzahürləri isə məhkəmə çəkişmələri müstəvisində daha qabarıq şəkildə özünü göstərir. Məsələn, son bir ildə məhkəmə çəkişmələrində problemli bankların sayı getdikcə artır. İlk “beşlik”də isə kifayət qədər nüfuzlu bankların adı məlum olub. “UNİBANK” ASC 795 məhkəmə prosesi ilə siyahıya liderlik edir.
Onunla parallel gedən “KAPİTAL BANK” ASC isə 477 məhkəmə çəkişməsi ilə ikinci yerdə qərarlaşıb. “AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC 253 məhkəmə prosesi ilə üçüncü yerdə qərarlaşıb, “ACCESSBANK” QSC isə 202 məhkəmə prosesi ilə onu izləyir. “Beşlik”I bağlayan isə “BANK OF BAKU” ASC-dir. Onların məhkəmə sayları 123-dür.
“YELO BANK” (112), “BANK RESPUBLİKA” (100), “RABİTƏBANK” (96), “EXPRESSBANK” (92), BANK VTB (AZƏRBAYCAN) (61), BANK “BTB” (58) isə ilk “onluq”un “üzvləri”dir.

Ən az məhkəmə prosesi olan bank isə “PREMİUM”dur. Onun cəmi 1 məhkəmə çəkişməsi var. Problemin kökündə təkcə, yüksək faiz dərəcəsi dayanmır. Həm də bankların kredit götürmək istəyənləri aldatmasıdır. Tribunainfo.az xəbər verir ki, “Unibank”, “Kapitalbank” və “Rabitəbank”ın əməkdaşları az qala qapı düşərək, iş adamlarına, kiçik sahibkarlara, habelə kiçik dükan sahiblərinə “güzəştli kredit” təklif edirlər. Bunun müqabilində (məbləğ 10 min manata qədər olarsa) girov istəmədiklərini bildirməklə yanaşı, yalnız biznes gəlirlərinə dair yazılı sənəd verilməsini istəyirlər. Problem bunda deyil. Problem odur ki, adlarını çəkdiyimiz bankların əməkdaşları açıq şəkildə kredit götürmək istəyənləri əvvəlcə şirnikləndirir, daha sonra isə aldatmağa nail olurlar. Məsələn, banklar “effektiv faiz dərəcəsi”ndən şirnikləndirmə vasitəsi kimi istifadə edirlər. Şəxsə bildirirlər ki, ona krediti illik 14 faizlə versələr də, “effektiv faiz dərəcəsi” 9 faiz olacaq. Guya ki, şəxs pulu vaxtından əvvəl bağlayarsa, faiz dərəcəsi də aşağı düşəcək. Halbuki vaxtından əvvəl kredit bağlansa belə, faiz dərəcəsinin aşağı düşməsi mümkün deyil. Çünki banklar verdikləri kredit üzrə faizlərini ödənişin ilk 6 ayı ərazində götürürlər. Belə ki, kredit üzrə ödəniş cədvəlinə diqqət etsəniz aydın şəkildə görəcəksiz ki, ilk 6 ayda faiz dərəcəsi əsas məbləğdən çoxdur.
Yəni vətəndaş 6 ay ərzində illik faizi ödədikdən sonra, yerdə qalan dönəmlərdə yalnız borc götürdüyü ana məbləği ödəməkdə davam edir. Diqqət etsəniz, aydın şəkildə görə bilərsiz ki, heç bir bank faiz dərəcələrini aylar üzrə bərabər bölünməsini həyata keçirmirlər. Çünki bu onlara sərf etmir. Onlar illik faizlərini bəri başdan əldə etməyi qarşılarına məqsəd qoyublar.

“Effektiv faiz dərəcəsi” oyunundan ən çox istifadə edən bank isə “Kapital Bank”, “UniBank” və “Rabitə Bank”dır. Elə bu səbəbdəndir ki, hər üç bank müştərisi ilə problem ən çox olan banklar siyahısına daxil olublar.
Bu azmış kimi, banklar “kargüzarlıq xərcləri” adı ilə də müştəridən əlavə pul qoparmağı bacarırlar. Maraqlıdır ki, qeyd olunan banklarda “kargüzarlıq xərcləri” ümumi məbləğin 1 və ya 2 faizinə bərabər olur. Halbuki həmin məbləğlə bankın bir aylıq bütün kağıza, printerə, habelə digər vasitələrə olan ehtiyacını qarşılamaq mümkündür.
Qeyd edək ki, “effektiv faiz dərəcəsi” oyunu adları çəkilən bankların kredit şöbələrinin müdirləri tərəfindən müştərilər üçün qurulmuş “tələ”dir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...