Anons

Dünən, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

Dünən, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

Dünən, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

Dünən, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

Dünən, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

Dünən, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

Dünən, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Dünən, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

Dünən, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Dünən, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Dünən, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Dünən, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

2-05-2024, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

2-05-2024, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

2-05-2024, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

2-05-2024, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

2-05-2024, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

2-05-2024, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

2-05-2024, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

2-05-2024, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Haqqımızda Əlaqə

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Tarix:23-04-2024, 10:23

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR! Lerikin Ağçay kəndi get-gedə boşalır, kəndlilər yol və işsizlik problemi səbəbindən köçməyə məcbur qalıblar. Kənddə hər 3-4 evdən birinin qapısına qıfıl vurulub.

Yerli sakinlər Meydan TV-yə bildiriblər ki, yağış yağarkən kəndin ətrafla əlaqəsi kəsilir. Təcili hallarda belə kənddən çıxmaq üçün yağışın dayanmasını gözləyirlər.

Aprelin birinci ongünlüyündə bir neçə gün davam edən yağış nəticəsində yeganə körpünü sel aparıb. Ağçay çayı üzərində vaxtilə dəmir borularla salınmış körpünün uçması nəticəsində mərkəzlə əlaqə kəsilib.

“Bir neçə ildir Bakıya köçmüşəm, Binə qəsəbəsində kirayə yaşayıram. Valideynlərim, yaxın qohumlarım olan yaşlılar kənddə qaldığından gedib-gəlmək məcburiyyətindəyəm. İş yoxdur, cavanlar dolanmaq üçün kəndi tərk edirlər”,- ağçaylı Namiq Məmmədov deyib.

Dolanışıq səbəbindən təkcə Ağçay deyil, Lerikin əksər kəndlərindən rayon mərkəzinə, Bakıya köçənlərin sayı çoxdur. Kəndlilər deyirlər ki, Ağçay və ətraf kəndlərin təbiəti gözəldir, şərait yaradılacağı halda turistlərin diqqətini cəlb edə bilər. Yol çəkilərsə, turistlər gələrlər, kəndlilər də qazanar. Kənddə mineral su var, ətrafında istirahət mərkəzi yaratmaq olar.

Ağçay kəndində ibtidai məktəb fəaliyyət göstərir. Məktəbin direktoru Aşurəli Abbasov Meydan TV-yə bildirib ki, yağışlı havalarda, sel olanda uşaqların məktəbə gediş-gəlişi çətinləşir.

“İndi internet əsridir, bizim kənddə isə nəinki internet var, hətta telefon çox yerdə tutmur. Pəncərənin önündən çəkilən kimi xətt kəsiləcək. Yollarda da telefon tutmur. Kənddən köçənlər var”, – A.Abbasov deyib. Bildirib ki, şərait yaradılmayacağı təqdirdə kənddən köçənlər çox olacaq. Təkcə yollar deyil, kənd telefon və internetlə təmin edilməlidir.

Lerik Rayon İcra Hakimiyyətindən isə suallara bir neçə dəqiqədən sonra cavab veriləcəyi bildirilsə də, sonradan telefonlara cavab verilməyib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...