Anons

Bu gün, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

Dünən, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

Dünən, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

Dünən, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

Dünən, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

Dünən, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dünən, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

Dünən, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

Dünən, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Dünən, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Dünən, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Dünən, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Dünən, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

Dünən, 10:06- Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...

Dünən, 09:14- AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər

1-05-2024, 19:11- “Bunun sonu faciə olacaq” - Prezident

1-05-2024, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO

1-05-2024, 16:01- Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT

1-05-2024, 15:23- Kəlbəcərdə yük maşını aşıb - ölən var

1-05-2024, 14:45- “Titanik”in aktyoru vəfat etdi

Haqqımızda Əlaqə

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

Tarix:20-04-2024, 12:34

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT! “Laser Beauty Clinic” barəsində daha bir şikayət daxil olub.

“Unikal”a müraciət edən pasiyent Gülya Məmmədova iddia edir ki, “Laser Beauty Clinic”də kosmetoloq Rəna Soltanova ona burun dolğusu etdikdən sonra burnu çirk etməyə başlayıb. Burun dolğusu üçün 350 manat pul ödədiyini deyən pasiyent klinikaya şikayət etsə də, burnunda yaranmış problem aradan qaldırılmayıb.

“Mən Məmmədova Gülya 17.05.2023 tarixində “Lazer Beauty Clinic”də Rəna Soltanovaya burun dolğusu üçün müraciət etmişəm. Kosmetoloq özü şəxsən mənə burun dolğusu etdi. Prosedurdan əvvəl asistentləri mənə bir neçə sənəd imzalatdılar. Prosedura 350 manat pul ödədim. Evə gəldikdən iki saat sonra burnumda dəhşətli ağrılar başladı. Həkimə zəng etdim ki, ağrım var. Amma asistenti mənə dedi ki, damara düşəndə elə ağrı olur, ağrı kəsici içim keçib-gedəcək. Sabahı gün Rəna Soltanova özü görüntülü yığıb baxdı və panik vəziyyətdə təcili məni klinikaya çağırdı. Klinikada məni ən sonuncu kabinetə saldılar, qapını da bağladılar. Dedilər çıxmayım, həkim özü gələcək, başqa pasiyentlər görməsin. Rəna Soltanova gəldi başladı burnumu sıxmağa çirk çıxartdı. Sonra yenidən burnuma iynə vurdu. Soruşduqda isə dedi ki, vurduğu dolğunu əritmək məqsədilə iynə vurub. Bundan sonra dəfələrlə burnumda ağrı olduğunu desəm də, mənə inanmadıqlarını söylədilər. Burnuma vurduğu geli əritdiyindən, dolğunun pulunu, ödədiyim məbləği geri istəsəm də, mənə dəymiş ziyanı ödəmədilər. Mən Rəna Soltanovadan şikayətçiyəm. Klinikada özbaşınalığa son qoyulması üçün aidiyyəti qurumlar tədbir görməlidirlər”- Gülya Məmmədova bildirib.

O, məsələ barəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət etsə də, sözügedən qurum onun şikayətini araşdırmayıb: “Səhiyyə Nazirliyinin bu qurumu mənə məktub yazdı ki, guya, şikayəti araşdırmaq istəsələr də, onunla əlaqə yarada bilməyiblər. Halbuki, mən şikayət məktubuna işləyən əlaqə nömrəmi qeyd etmişdim. Buna baxmayaraq, onlar mənə təkrar müraciət etməyi, yaxud da məhkəməyə müraciət etməyi tövsiyə etdilər”.

Qeyd edək ki, pasiyent redaksiyamıza ünvanladığı şikayət məktubunda burnunda yaranmış fəsadı əks etdirən foto və videoları da təqdim edib.

Məsələ ilə bağlı “Laser Beauty Clinic”də çalışan Rəna Soltanova ilə əlaqə saxlasaq da, dəstəyi qaldıran onun bacısı Nigar Rüfət Rəna Sultanovanın xaricdə səfərdə olduğunu söylədi. Bildirdi ki, onlar bütün pasiyentləri yadda saxlaya bilmirlər. Ona görə də, pasiyent şəxsiyyət vəsiqəsi ilə birgə yenidən klinikaya müraciət etməlidir. Əgər problem varsa, pasiyentə köməklik göstəriləcək.(“Unikal”)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...