Anons

Dünən, 19:08- Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Dünən, 18:53- Bu şəxslərə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək

Dünən, 17:53- "Eurolux"un rəhbəri və qardaşı oğlu niyə bıçaqlanıb? - 500 minlik oğurluq işi...

Dünən, 14:39- Abdulkadir Uraloğlu: "Orta Dəhliz ilə uzunmüddətli dövrdə 1 500 blok qatar hərəkət edəcək"

Dünən, 13:45- Parisdə küçəyə Navalnının adı veriləcək

Dünən, 12:53- “Davamlı sülhə yönəlmiş addımları alqışlayırıq” - Bayden

Dünən, 12:04- Üzrü qəbahətindən böyük icra hakimiyyəti: Başçının tökdüyünü şöbə müdiri toplaya bilmədi - VİDEO

Dünən, 11:24- “Pilot Residence” sakinləri ilə MTK arasında qalmaqal - MÜRACİƏT

Dünən, 10:39- Muxtar müəllim, bu tüstü COP29-a heç yaraşmır... - VİDEOFAKT

Dünən, 10:17- Başçı özünə toy çaldırır, Qazi də iş axtarır... - Ağstafada vəziyyət bu gün belədir...

Dünən, 09:37- Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...

24-05-2024, 20:18- FranSIZLAR...

24-05-2024, 20:04- Lukaşenko Rəisinin ölümündə onları günahkar bilir

24-05-2024, 19:29- Dörd kəndin yaratdığı yeni ümidlər: - Bəs sonra nə olacaq?

24-05-2024, 18:56- “Kontakt Home” Bakı sakinini 12 gündür aldadır... - “Xarab soyuducu satıblar”

24-05-2024, 18:01- “Pullarının gücünə mənə qarşı yeni təhdidlər başladıblar” – Oliqarx İsmayılovun gəlini danışdı

24-05-2024, 17:09- ""Araz Supermarket"də qəşəng palçıq satılır" - FOTO

24-05-2024, 16:29- Kəndlərlə bağlı məlumat Prezidentə belə məruzə edildi - Video

24-05-2024, 14:38- Azərbaycanda kataloqdan "ər" seçmək: Bu biznesdən XƏBƏRİNİZ VAR? - ARAŞDIRMA

24-05-2024, 14:01- Yasamal qəbristanlığı ilə üzüzə yerləşən “STAR HALL” restoranında “otxod” yeməklər verilir –FOTOFAKT

Haqqımızda Əlaqə

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

Tarix:18-04-2024, 16:09

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN - 2000043631) ilə 1 milyon 996 min 500 manat dəyərində satınalma müqaviləsi imzalayıb.
Bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilənin şərtlərinə görə “Şərq-Qərb” ASC nazirliyin sifarişi əsasında yeni dərslik və metodik vəsaitləri hazırlaycaq, həmçinin hazırlanan dərslik və metodik vəsaitləri təkrar nəşr üçün təkmilləşdirəcək.
Məlumat üçün bildirək ki, “Şərq-Qərb” ASC 14 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 589 min 880 manat olan ASC Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 17 ünvanında yerləşir.
ASC ilə eyni ünvanda “Şərq-Qərb Mülk” MMC, “Şərq-Qərb Nəşriyyat Evi” MMC və “Qlobal East West” MMC də yerləşir.
Qeyd edək ki, bu ünvanda vaxtı ilə 4 nömrəli Bakı Kitab Mətbəəsi fəaliyyət göstərib. 2001-ci ildə özəlləşdirilərək “Şərq-Qərb” ASC-yə çevrilib.
Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestr məlumatlarında göstərilib ki, “Şərq-Qərb” ASC-nin səhmlərinin 96,5%-i Mehdiyev Teymur Ramiz oğluna məxsusdur.
Reyestr məlumatlarında Mehdiyev Teymur Ramiz oğlunun qeydiyyat ünvanı Bakı şəhəri İstiqlaliyyat küç., ev 9, m. 31 göstərilir ki, həmin ünvanda həm də Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş Prezidenti Ramiz Mehdiyev qeydiyyatdadır.
Qeyd edək ki, Ramiz Mehdiyevin yeganə oğlu general-mayor Teymur Mehdiyev hal-hazırda Fövqəladə hallar nazirinin müavinidir. Ramiz Mehdiyevin müəllifi olduğu əksər kitablar da “Şərq-Qərb” nəşriyyatında çap olunub.
Onu da bildirək ki, bir neçə il əvvəl Hesablama Palatası Baş Prokurorluğa müraciət edib ki, 2019-cu ildə AMEA ilə “Şərq-Qərb” ASC arasında imzalanan 10,4 milyon manatlıq müqavilədə cinayət tərkibi olduğu üçün istintaq başlatsınlar. Hesablama Palatasının haqqında bəhs etdiyi müqavilə imzalanan zaman Ramiz Mehdiyev AMEA-nın prezidenti olub.
Maraqlıdır ki, barəsində Baş Prokurorluğa müraciət edilən “Şərq-Qərb” ASC əvvəlki tender müsabiqələrindən fərqli olaraq bu dəfə Elm və Təhsil Nazirliyinin satınalmalarında müsabiqəsiz qalib seçilib. Üstəlik satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsi ilə həyata keçirilir.
Başqa bir məqam satınalmanın bir mənbədən satınalma metodu əsasında keçirilməsidir.
Bildiyimiz kimi, “Dövlət satınalmaları haqqında” Qanunun 49-cu maddəsində açıq şəkildə qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qeyd edək ki, dərslik və metodik vəsaitlərin hazırlanmasının Qanunda göstərilən bu şərtlərdən hansına uyğun gəldiyi başa düşülən deyil.(yeniavaz)
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...