Anons

Bu gün, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

Bu gün, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Bu gün, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

Bu gün, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

Bu gün, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Bu gün, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Bu gün, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Bu gün, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Bu gün, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

Bu gün, 10:06- Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:14- AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər

Dünən, 19:11- “Bunun sonu faciə olacaq” - Prezident

Dünən, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO

Dünən, 16:01- Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT

Dünən, 15:23- Kəlbəcərdə yük maşını aşıb - ölən var

Dünən, 14:45- “Titanik”in aktyoru vəfat etdi

Dünən, 12:44- Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır - BU NƏDİ BELƏ?!

Dünən, 12:06- Tələbə ağır qəzada öldü, dostları yaralandı - Foto

Dünən, 11:18- “Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... - TƏFƏRRÜAT

Dünən, 10:52- "Bütün sosial şəbəkələrdə sizi biabr edəcəm..." - ETİRAZ VAR...

Haqqımızda Əlaqə

"Şəki Suvarma Sistemleri İdarəsinin müdiri mənə qarşı QƏRƏZLİDİR..." - GİLEY

Tarix:15-04-2024, 09:24

"Şəki Suvarma Sistemleri İdarəsinin müdiri mənə qarşı QƏRƏZLİDİR..." - GİLEY Şəki rayonun Baş Göynük kənd sakini, “Çernobul” qəzası iştirakçısı və əlili Məmmədov Aqil Sabir oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də dia-az.info-ya daxil olan müraciətdə deyilir:
"Bir daha Sizlərə minnətdarlığımızı bildirmək istəyirik ona görə ki, Siz 44 günlük Vətən Müharibəsinə Qarabağ Problemini birdəfəlik həll etdiniz. Biz də bir seçici kimi hamılıqla Sizi yenidən dövlətimizə başçı seçdik.

Xatırladım ki, elə seçki bitər bitməz “Su və Meliorasiya Təsərrüfatı” ASC-nin Şəki rayonu üzrə idarəsi rəisi mənə zəng edərək bildirdi ki, təcili idarəyə gəlib öz xahişinizlə ərizə yazıb işdən çıxmalısınız. Mən ona bildirdim ki, axı mən xüsusi kateqoriyaya aid Çernobul veteranıyam. Niyə idarədəki bu ixtisara məndən başlayırsınız. Cavab Verdi ki, idarə etdiyiniz avtomobil köhnəlib, işləmir ona görə. Bu birbaşa “Su və Meliorasiya Təsərrüfatı” ASC-nin sədri cənab Zaur Mikaylovun göstərişidir. Mən müdir Sabir Əhmədovun öz xahişimlə ərizə yazıb işdən çıxmağım barədə təklifilə razı olmadığımı bildirdim.

Öncə mən inanmıram ki, cənab “Su və Meliorasiya Təsərrüfatı” ASC-nin sədri Zaur müəllim Sabir Əhmədova göstəriş versin ki, təcili olaraq işçiniz olan Çernobul veteran Aqil Məmmədovun ərizəsi alınsın. Yaxşı olardı ki, Sabir müəllim ixtisarlara idarəyə doldurduğu öz qohum-əqrəba, dost tanışlarından başlayaydı. Və biz də belə şəxsi nümunədən nəticə çıxarıb ərizəmizi yazardıq. Biz zorakılıqla indiki iqtisadi çətin bir vaxtda öz xoşumuzla ərizə yazmadım . Fevralın 24-də təkrar bu barədə yuxarı orqanlara yenidən müraciətimi görən müdir məni 6 mart tarixindən xəbərdarlıq etmədən işdən çıxarmışdır. Bu barədə ƏƏSMN-nin Əmək müfətişliyi mənimlə əlaqə saxlayaraq bildirmişdir ki, belə yanaşmaya görə biz idarəni 1500 manat cərimələyəcəyik. buna görə də mən Çernobul əlili birinci olaraq işdən çıxarıldım. Xatırladım ki, mənim 3 qız övladım olmaqla yanaşı ailəsi başsız qalan və bir xəstə oğlu ilə Şəki rayonun Cumakənd kəndində uçuq bir daxmada yaşayan bacım Məmmədova Nəzakət Sabir qızının da dolanışığına köməklik edirdim. hələ iki il əvvəl onun uçuq damının təmiri üçün yuxarı orqanlara müraciət etmişdim. Bundan sonra Şəki İcra Hakimiyyətindən məni çağırıb 10 dəqiqə nağıl danışıb bildirdilər ki, İcra Hakimiyyətinin kömək etməyə heç bir maddi imkanı yoxdur. Gərək nəzərə alasınız. Kimsə ac bir adam buraya gəlsə bizim ona bir çörək alıb verməyə imkanımız yoxdur. Qəbul zamanı az qaldı ki, cibimdəki qəpik quruşu da İcranın bu bədbəxt məmuruna verib kəndimə qayıdım. Budur, indi məni xüsusi kateqoriyalı adamı işdən çıxarıblar. İndi bilmirəm mən öz ailəmə baxım Yoxsa bir xəstə uşaqla uçuq damın altında yaşayan bacımın ailəsinə. Mən kənddə kimsənin sifarişi əsasında qapısında nökər kimi işləyib, kiməsə tualet quyu qazır, kiməsə daş daşıyır, yer belləyir və s. işlər görüb çörək qazanmağa çalışıram. Amma sağlamlığım get gedə ağırlaşır. 2-3 il yaşasam min şükür. Yaxşı ki, əlil kimi bir az təqüd verirlər.

Ona görə də cənab Prezident Sizdən çox xahiş edirəm ki, mənim 3 qız övladımın olmasını, (ikisi tələbədir) və həyat yoldaşımın da ağır xəstəlikdən müalicə almasını , bacım və xəstə oğluna da maddi yardım etmək məcburiyyətində qalmağımı nəzərə alaraq cənab Zaur mikayılova göstəriş verəsiniz ki, mənim adi bir sürücü kimi idarədə qalmağıma və yenidən işləməyimə şərait yaratsın".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...