Anons

Bu gün, 14:20- Bərdə-Ağdam-Əsgəran avtomobil yolunun yenidən qurulmasına beş milyon manat ayrılıb

Bu gün, 13:47- Qızılca sadəcə səpkidən ibarət deyil, yüksək yoluxuculuğa malikdir, ölümə səbəb olur - XƏBƏRDARLIQ

Bu gün, 13:19- Azərbaycan Dünya Bankı ilə strategiya hazırlayır

Bu gün, 12:51- Sabahın hava proqnozu açıqlanıb

Bu gün, 12:00- Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb

Bu gün, 11:35- Azərbaycanda kənd təsərrüfatı və qida forumu keçiriləcək

Bu gün, 11:08- Qəzzada atəşkəs rejimi uzadıldı

Bu gün, 10:46- Bakıda "InMerge" innovasiya sammiti keçirilir

Bu gün, 10:13- Ceyhun Bayramov Şimali Makedoniyaya səfərə yola düşüb

Dünən, 17:00- Ceyhun Bayramov Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi ilə görüşüb

Dünən, 16:00- Daxili İşlər Nazirliyindən əhaliyə ÇAĞIRIŞ

Dünən, 15:30- Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib

Dünən, 14:51- Suqovuşan-Kəlbəcər-Ağdərə-Ağdam yolunun yenidən qurulmasına 4,5 milyon manat ayrılıb - SƏRƏNCAM

Dünən, 14:09- Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib

Dünən, 13:42- Sabahın havası

Dünən, 13:10- Delimitasiya ilə bağlı görüş Qazaxla sərhəddə keçiriləcək

Dünən, 12:24- Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşəcəyi yer açıqlanıb

Dünən, 12:00- DİN kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib

Dünən, 11:35- Azərbaycan telekanalları Türkiyədə 40 ən populyar kanal siyahısına daxil olub - REYTİNQ

Dünən, 11:08- Bakı metrosunda əlil arabaları üçün yeni texniki qurğu istifadəyə verilib

Haqqımızda Əlaqə

Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynov Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub

Tarix:8-11-2023, 23:12

Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynov Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub
Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə 8 noyabr – Zəfər Günü münasibətilə “Vətən Müharibəsi Qəhrəmanı" ordeni ilə, həmçinin “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş, baş gizir Yaşar Hüseynovla görüş keçirilib.

Görüşdə BXA-nın tam orta tərsi pilləsinin direktoru, müəllim və şagird kollektivi iştirak edib.

Öncə Azərbaycan Dövlət Himni səsləndirilib. Daha sonra geniş auditoriya üçün “Şuşa, sən azadsan!” filmi nümayiş olunub.

Görüş çərçivəsində Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynov 2014, 2017 və 2020-ci illərdə Qarabağ müharibələri zamanı iştirak etdiyi döyüş əməliyyatlarından geniş söhbət açıb.

Söhbət əsnasında məlum olub ki, 2020-ci il 27 sentyabr tarixində başlanan 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının Cəbrayıl, Füzuli rayonlarının və Şuşa şəhərinin azad olunmasında xüsusi qəhrəmanlıq göstərmiş Y. Hüseynov düşmənin saysız-hesabsız sayda həm canlı, həm də ağır hərbi texniki qüvvələrini məhv edib sıradan çıxarıb.

Qürurverici haldır ki, əsl azərbaycanlı olduğunu təkcə arzularında deyil, əməlində də həyata keçirən qəhrəmanımız ən böyük arzusunu gerçəkləşdirərək, Azərbaycanın üçrəngli bayrağını Şuşada Duma binasına sancıb.

O qeyd edib ki, düz 28 il sonra ilk dəfə Şuşa şəhərində azan oxunub:

"Şuşanın azad edilməsi uğrunda döyüşə qatıldığımız zaman, təbii ki, canlı itkilərimiz oldu. Amma əldə etdiyimiz qələbə ilə şəhidlərimizin qanını yerdə qoymadıq. Vətən bizə əcdadlarımızdan mirasdır. Onu göz bəbəyimiz kimi qorumağa, lazım gələrsə, yolunda canımızdan keçməyə hər zaman hazırıq!".

Yaşar Hüseynovun qəhrəmanlıq yolu müəllim və şagirdlər tərəfindən böyük qürur və maraqla qarşılanıb.

Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynov Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub
Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynov Bakı Xoreoqrafiya Akademiyasında qonaq olubскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...