Anons

Bu gün, 12:00- Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb

Bu gün, 11:35- Azərbaycanda kənd təsərrüfatı və qida forumu keçiriləcək

Bu gün, 11:08- Qəzzada atəşkəs rejimi uzadıldı

Bu gün, 10:46- Bakıda "InMerge" innovasiya sammiti keçirilir

Bu gün, 10:13- Ceyhun Bayramov Şimali Makedoniyaya səfərə yola düşüb

Dünən, 17:00- Ceyhun Bayramov Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi ilə görüşüb

Dünən, 16:00- Daxili İşlər Nazirliyindən əhaliyə ÇAĞIRIŞ

Dünən, 15:30- Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib

Dünən, 14:51- Suqovuşan-Kəlbəcər-Ağdərə-Ağdam yolunun yenidən qurulmasına 4,5 milyon manat ayrılıb - SƏRƏNCAM

Dünən, 14:09- Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib

Dünən, 13:42- Sabahın havası

Dünən, 13:10- Delimitasiya ilə bağlı görüş Qazaxla sərhəddə keçiriləcək

Dünən, 12:24- Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşəcəyi yer açıqlanıb

Dünən, 12:00- DİN kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib

Dünən, 11:35- Azərbaycan telekanalları Türkiyədə 40 ən populyar kanal siyahısına daxil olub - REYTİNQ

Dünən, 11:08- Bakı metrosunda əlil arabaları üçün yeni texniki qurğu istifadəyə verilib

Dünən, 10:46- Laçının daha 63 sakini doğma yurda qayıdır

Dünən, 10:13- Dünya Bankı Qrupu Azərbaycana dair İqlim və İnkişaf Hesabatını açıqlayıb

28-11-2023, 17:00- Bərdə, Tərtər və Ağdam rayonlarının qaz təchizatında fasilə yaranacaq

28-11-2023, 16:35- Cənubi Koreya Ermənistanda səfirlik açacaq

Haqqımızda Əlaqə

Qubadlının işğaldan azad olunmasından 3 il ötür

Tarix:25-10-2023, 11:09

Qubadlının işğaldan azad olunmasından 3 il ötür
Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin 3-cü ildönümüdür.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib.

İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb.

Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda, Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.

Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı da təsis olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Xatırladaq ki, Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Qubadlı şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...