Anons

Bu gün, 10:39- Eyni ruhun iki qüruru

Dünən, 14:36- Antiterror tədbirləri erməniliyin sonu oldu

22-09-2023, 18:34- Antiterror tədbirləri erməniliyin sonu oldu

22-09-2023, 11:49- Tolerant dövlətlər arasında münasibətlər genişlənir

19-09-2023, 17:22- “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!

19-09-2023, 13:35- Qəzada və mina terroru nəticəsində həlak olan polislərimizin FOTOSU

19-09-2023, 13:08- Sabah 27 dərəcə isti olacaq

19-09-2023, 12:19- Emil Rəhmanov dünyasını dəyişdi

19-09-2023, 11:24- Sülh naminə...

19-09-2023, 10:37- Erməni təxribat-diversiya qrupu DİN əməkdaşlarına qarşı terror aktı törədib - 4 polis həlak olub

19-09-2023, 10:05- Xocavənddə yük avtomobili minaya düşüb, ölənlər var

18-09-2023, 17:00- Ukrayna müdafiə nazirinin bütün müavinləri istefaya göndərildi

18-09-2023, 16:27- Axtarışda olan 3 Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya edildi

18-09-2023, 15:53- Qudyalçay üzərində yeni körpünün tikintisinə başlanılır

18-09-2023, 15:08- Geomaqnit qasırğası başlayıb

18-09-2023, 14:30- Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası dövlət sərhədi yolunun tikintisi üçün 11 milyon manat ayrılıb - SƏRƏNCAM

18-09-2023, 13:44- Bu gün İranla ABŞ arasında məhbus mübadiləsi baş tutacaq

18-09-2023, 13:19- Elm və Təhsil Nazirliyi tələbə adını qazananlara müraciət edib

18-09-2023, 12:51- FHN-dən qeyri-sabit hava ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ

18-09-2023, 12:22- "Sədərək Yusifin" qardaşı oğlu bloqqer xanımı döyüb videoya çəkdi - Xanım blogger müraciət yaydı

Haqqımızda Əlaqə

Zaqatalada 200 minlik TENDER – Qalib şirkətlə bağlı ŞÜBHƏLİ MƏQAMLAR

Tarix:7-09-2023, 15:30

Zaqatalada 200 minlik TENDER – Qalib şirkətlə bağlı ŞÜBHƏLİ MƏQAMLAR
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Şəhər üzrə Nümayəndəliyi Heydər Əliyev prospektində aparılacaq təmir və abadlıq işləri ilə bağlı cari ilin avqust ayının 1-də başladığı satınalma müsabiqəsinin qalibini və nəticələrini açıqlayıb.

Bizim.Media xəbər verir ki, maliyyə dəyəri 199 min 056 manat olan tenderin qalibi “Zaqatala – 2016” MMC (VÖEN - 5100991491) elan olunub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən, şirkət Heydə Əliyev prospektində təmir və bərpa işləri həyata keçirəcək.

Bu işlər sırasına əvvəlcə 1400 metr sahədə yararsız beton səki daşlarının, 2450 kv-metr sahədə yararsız tamet tavaların, 180 kubmetr sahədə beton bünövrənin və eləcə də 750 kv-metr sahədə qalınlığı 4 sm-ə qədər asfalt-beton səki örtüklərinin əl ilə sökülməsi işləri aparılacaq.

Bundan başqa, 564 kub-metr sahədə III qrup torpağın ekskavatorla, 57 kubmetr sahədə isə III qrup torpağın əl ilə qazılması, 620 kvmetr sahədə arxın dibinin əl ilə planlaşdırılması, 93 kubmetr sahədə arxın dibinə qum-çınqıl qarışığından əsasın düzəldilməsi, 564 metrlik D-400 azbest borularının kanala quraşdırılması və digər 33 adda işlərin görülməsi nəzərdə tutulub.

Qeyd edək ki, "Zaqatala-2016" MMC 17 fevral 2016-cı ildə 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Zaqatala şəhəri,V.Qurbanov küçəsiev-29 ünvanında yerləşir.

Qanuni təmsilçisi Yusifov Vasif Yusif oğludur. Təkcə 2020-ci ilin yanvar-sentyabr aylarında Zaqatala rayonunda elan olunan tenderlərin ümumi məbləği 1,488 milyon manat təşkil edib.

Bu tenderlərdən ən böyüyü 597 min manat dəyərində olub ki, həmin satınalmanın da qalibi məhz “Zaqatala 2016” MMC olub. Şirkətin Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadəyə yaxınlığı ilə bağlı yerli mətbuatda məlumatlar dərc olunub.

Bu amilin qurumun yarandığı gündən yalnız Rayon İH-nin həyata keçirdiyi tenderlərdə “baş rollar”da iştirak etməsində və 1 milyondan manatdan çox məbləğə sahib olmasında əsas rol oynadığı bildirilir.
Onu də bildirək ki, internet resurslarında Vasif Yusifov haqqında heç bir məlumat yoxdur.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...