28-05-2023, 13:49- ŞANLI CÜMHURİYYƏT-105 GÖYÇAYDAN BAŞLAYAN ZƏFƏR
26-05-2023, 19:30- Yaşadılan, yaşayan tarix – 28 may
26-05-2023, 16:00- Kahramanmaraşda növbəti ZƏLZƏLƏ
26-05-2023, 15:36- Qəbələdə ağır qəza olub, 15 nəfər xəsarət alıb
26-05-2023, 15:09- Defektoloq-loqoped Aysel Allahverdiyeva: "Fərdlərin ehtiyaclarını başa düşmək və onlara dəstək olmaq mənim üçün vacibdir"
26-05-2023, 14:43- Ermənistanda hərbi çağırışdan yayınan 45 nəfər məsuliyyətə cəlb edilib
26-05-2023, 14:11- Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmirinə 31,4 milyon manat ayrıldı - Sərəncam
26-05-2023, 13:28- Azad olunmuş ərazilərdə Azərbaycan istehsalı olan minatəmizləmə maşınlarından istifadə olunacaq
26-05-2023, 13:00- Sabah hava necə olacaq?
26-05-2023, 12:35- Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır - BMT rəsmisi
26-05-2023, 12:07- Azərbaycan Prezidenti Salome Zurabişvilini təbrik edib
26-05-2023, 11:42- Qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb
26-05-2023, 11:19- Bakıda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilir
26-05-2023, 10:51- AQTA satışda olan düyülərlə bağlı aparılan monitorinqlərin nəticələrini açıqlayıb
26-05-2023, 10:23- İlon Maskın şirkəti çiplərin insanlara implantasiyasını sınaqdan keçirmək üçün icazə alıb
25-05-2023, 17:09- Azərbaycanda daha 9 nəfər koronavirusa yoluxub
25-05-2023, 16:44- Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edir - CANLI
25-05-2023, 16:18- Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
25-05-2023, 15:52- Cəlilabadda itin dişlədiyi uşaq ölüb
25-05-2023, 15:26- Sosial şəbəkələrdə “Trendyol” adından saxta iş təklifləri göndərilir - Xəbərdarlıq
Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon yazar Adəm İsmayıl Bakuvinin qələmə aldığı “Paris üçbucağı” adlı yeni romanı ilə bağlı paylaşım edib.
APA xəbər verir ki, səfir əsərin üz qabığının fotosunu twitter-də paylaşaraq izləyicilərinə bu kitabı oxumağı tövsiyə edib: “Yağışlı bazar günü üçün çox uyğundur”.
Qeyd edək ki, kitabın ilk nüsxələrindən biri Fransanın ölkəmizdəki səfiri xanım Ann Buayona təqdim olunub.“Paris üçbucağı” romanı fəlsəfə üzrə fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin ikinci geniş həcmli əsəridir. Əsərdə Ermənistan-Azərbaycan münaqişəsi geosiyasi maraqlar kontekstində araşdırılsa da, roman azərbaycanlı Ülvi və fransız Suzannanın ülvi, saf məhəbətlərini özündə daşıyan melodramdır. Roman oxuculara üç nəfərin: baş qəhrəmanlar və müəllifin dilindən nəql olunur.
Romandakı müasir hadisələr Azərbaycan və Fransada cərəyan edir. Müəllif əsərdə hər iki ölkənin paytaxtı, mədəniyyəti, tarixi abidələri, maraqlı yeməkləri və s. barədə məlumatları da ədəbi dildə çatdırır ki, bu, həm də əsəri ensiklopedik məlumatlara həvəsi olan oxucular üçün də maraqlı edir. Vətən müharibəsi, Aprel döyüşlərinə toxunulan əsərdə Azərbaycanın milli mentaliteti, ailə institutu, böyüyə-kiçiyə hörmət, qonaqpərvərlik barədə də bəhs edilir.
Tarixi faktlarla zəngin, eyni zamanda oxunaqlı dildə yazılmış əsərdə müəllif özünün ilk – “Məhşər divanı: Yalanın 17 anı” sənədli romanı ilə böyük məharətlə sintez yaradaraq oxucuya çatdırmaq istədiklərini maraqlı üsulla təqdim edir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Müəllif Adəm İsmayıl Bakuvi Bakı şəhərində anadan olub. Yüzlərlə analitik və publisistik məqalələr, 3 monoqrafiya, 20-yə yaxın elmi araşdırma müəllifidir.
Əsərin əsas şüarlarından biri budur: “Sevgi – ruhu ölmüş cəsədi yenidən dirildir”.