Anons

28-05-2023, 13:49- ŞANLI CÜMHURİYYƏT-105 GÖYÇAYDAN BAŞLAYAN ZƏFƏR

26-05-2023, 19:30- Yaşadılan, yaşayan tarix – 28 may

26-05-2023, 16:00- Kahramanmaraşda növbəti ZƏLZƏLƏ

26-05-2023, 15:36- Qəbələdə ağır qəza olub, 15 nəfər xəsarət alıb

26-05-2023, 15:09- Defektoloq-loqoped Aysel Allahverdiyeva: "Fərdlərin ehtiyaclarını başa düşmək və onlara dəstək olmaq mənim üçün vacibdir"

26-05-2023, 14:43- Ermənistanda hərbi çağırışdan yayınan 45 nəfər məsuliyyətə cəlb edilib

26-05-2023, 14:11- Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmirinə 31,4 milyon manat ayrıldı - Sərəncam

26-05-2023, 13:28- Azad olunmuş ərazilərdə Azərbaycan istehsalı olan minatəmizləmə maşınlarından istifadə olunacaq

26-05-2023, 13:00- Sabah hava necə olacaq?

26-05-2023, 12:35- Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır - BMT rəsmisi

26-05-2023, 12:07- Azərbaycan Prezidenti Salome Zurabişvilini təbrik edib

26-05-2023, 11:42- Qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

26-05-2023, 11:19- Bakıda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilir

26-05-2023, 10:51- AQTA satışda olan düyülərlə bağlı aparılan monitorinqlərin nəticələrini açıqlayıb

26-05-2023, 10:23- İlon Maskın şirkəti çiplərin insanlara implantasiyasını sınaqdan keçirmək üçün icazə alıb

25-05-2023, 17:09- Azərbaycanda daha 9 nəfər koronavirusa yoluxub

25-05-2023, 16:44- Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edir - CANLI

25-05-2023, 16:18- Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib

25-05-2023, 15:52- Cəlilabadda itin dişlədiyi uşaq ölüb

25-05-2023, 15:26- Sosial şəbəkələrdə “Trendyol” adından saxta iş təklifləri göndərilir - Xəbərdarlıq

Haqqımızda Əlaqə

Cəlilabadda icra nümayəndəsi qeyri-adi hökm sahibidir- NARAZILIQ

Tarix:5-05-2023, 20:04

Cəlilabadda icra nümayəndəsi qeyri-adi hökm sahibidir- NARAZILIQ
“Bir ildən sonra isə rayonun maliyyə şöbəsinin rəhbərliyi ilə Mədət Nəzərli müqavilə sənədi imzalayır ki, guya həmin məktəbin əsaslı təmirinə ehtiyac yaranıb. Çox keçmir ki, belə bir ad altında külli miqdarda vəsait ayrılır və mənimsənilir”

Məlumdur ki, bu gün dövlət-hakimiyyət orqanlarının əsas məqsədi şəhərlərdə, rayonlarda, qəsəbələrdə, iri yaşayış məntəqələrində, hətta ucqar dağ kəndlərində yaşayan sakinlərin üz-üzə qaldıqları problemləri qısa müddət ərzində aradan qaldırmaqdan ibarətdir. Belə bir səbəbdən də, indiyə kimi bu yöndə bir neçə dövlət layihə proqramları işlənib hazırlanmış və onların həlli mərhələli şəkildə həyata keçirilmişdir. Faktdır ki, həyata keçirilən layihə proqramlarının nəticəsi olaraq, artıq şəhərlə kənd arasında fərq kifayət qədər aradan qaldırılmış və yerlərdə sosial problemlərin çoxu həllini tapmışdır. Qeyd edək ki, istənilən sahədə əmələ gələn sosial problemlərin varlığı, ərazidə idarəetməni həyata keçirən şəxsin və ya şəxslərin xarakterik xüsusiyyətindən, idarəçilik qabiliyyətinin göstəricisindən, yerli sakinlərə bəslədiyi münasibətin varlığından asılı olur və vəzifə sahiblərinin iş fəaliyyətinə, idarəçilik bacarığına ictimai münasibət də bəslənilir. Belə olan halda hərkəs məcbur olur ki, daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlsin və rəhbərliyin ona göstərdiyi etimadı doğrultmağa çalışsın. Bütün bunlara baxmayaraq, Cəlilabad rayonu, Qarağac kənd sakinlərinin üz-üzə qaldıqları problemlərin varlığı hər kəsi fərqli formada düşünməyə sövq edir.

Cəlilabadda icra nümayəndəsi qeyri-adi hökm sahibidir- NARAZILIQ

Qeyd edək ki, bu günlərdə gundemxeber.az saytının redaksiyasına Cəlilabad rayonu, Qarağac kənd sakinlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Baş Prokuror cənab Kamran Əliyevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova, İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova və digər vəzifə sahiblərinə yazmış olduqları şikayət ərizəsinin bir surəti daxil olub. Şikayətçi sakinlər qeyd edirlər ki, “Bu gün bizim əsas narazılığımız, üz-üzə qaldığımız problemlərin varlığı Qarağac kəndinin də daxil olduğu Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mədət Nəzərlinin qeyri-qanuni əməlləri ilə bağlıdır və bu şəxs 30 ildən çoxdur ki, bugünkü vəzifəsini daşımaqdadır. Ötən illər ərzində Mədət Nəzərlini kənd sakinlərinin dolanışığı, üz-üzə qaldıqları problemlərin varlığı deyil, yalnız və yalnız şəxsi maraqlarının həlli düşündürüb. Belə ki, Mədət Nəzərli indiyə kimi ayrı-ayrı şəxslərlə “separat danışıq”lar aparıb və Qarağac kəndinin inkişaf fonduna aid olan torpaq sahələrini, kəndin örüş sahəsini kənar şəxslərə satıb. Bir sözlə, Qarağac kəndinin torpaq sahələri Mədət Nəzərli tərəfindən tamamilə “işğal olunub”. Kəndimizin ərazisinə aid olan kənd təsərrüfatı təyinatlı örüş sahəsi isə, Mədət Nəzərlinin “xeyr-duası” ilə Ağacanov Pərviz Adış oğlu adlı şəxs tərəfindən ələ keçirilib. Ona görə də bu məsələ ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyinə etdiyimiz müraciət Əmlak Məsələləri Dövlət Xidmətində araşdırılır. Az sonra bu Xidmətin Cəlilabad ərazi şöbəsinin əməkdaşları Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin iştirakı ilə yerində lazımi araşdırmalar aparırlar. Həmin vaxt bəlli olur ki, Pərviz Ağacanov tərəfindən qanunla müəyyən olunmuş qaydada mülkiyyət, istifadə və ya heç bir icarə hüququ olmadan, Haramqışlaq bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı 0,36 hektar örüş sahəsi metal torla çəpərlənib. Yəni, belə bir fakt aşkar olunur. Ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin əlamətlərinə uyğun gələn həmin halla bağlı zəruri tədbirlərin görülməsi üçün, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həm Daxili İşlər Nazirliyinə, həm də Cəlilabad Rayon İcra hakimiyyətinə məktub ünvanlanılır.

Cəlilabadda icra nümayəndəsi qeyri-adi hökm sahibidir- NARAZILIQ

Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin əməlləri heç də bütün bunlarla yekunlaşmır. Yəni, Mədət Nəzərli elə bir xarakterik xüsusiyyətə, elə bir idarəçiliyə malik olan şəxsdir ki, o, hər zaman çalışır ki, rəhbərlik etdiyi ərazidə idarəçiliyi, atılan hər bir addımı şəxsi nəzarətində saxlasın. Məsələn, bu şəxs rəhbərlik etdiyi ərazi daxilində bələdiyyə seçkiləri keçirilərkən, kiminsə müstəqil şəkildə bələdiyyə şurasına üzv seçilməsinə heç cür imkan vermir. Belə bir səbəbdəndir ki, bugünkü bələdiyyə sədri də Mədət Nəzərlinin müavini vəzifəsini daşıyan Firudin müəllimin qızıdır. Bir sözlə, bu şəxs bələdiyyə seçkilərini şəxsi nəzarətdində saxladığından, hər zaman onun hökmü keçərli olur. Beş-altı il bundan öncə Xəlilabad kəndində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə yeni tam orta məktəb binası tikilir. Bir ildən sonra isə rayonun maliyyə şöbəsinin rəhbərliyi ilə Mədət Nəzərli müqavilə sənədi imzalayır ki, guya həmin məktəbin əsaslı təmirinə ehtiyac yaranıb. Çox keçmir ki, belə bir ad altında külli miqdarda vəsait ayrılır və mənimsənilir. Bundan əlavə, bir neçə il bundan əvvəl Mədət Nəzərli Rusiya Federasiyası ərazisində həbsdə olan Xəlilabad kənd sakini Nemət adlı şəxsin, guya ki, kənddə yaşaması haqda arayış yazıb verir. Çox keçmir ki, Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin belə bir əməli ilə bağlı prokurorluq orqanlarında cinayət işi qaldırılır. Bu şəxs Qarağac kəndi ərazisində 15-20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt edib və həmin ərazidə özü üçün üzüm bağları, taxıl sahəsi salıb, hətta maldarlıq ferması da tikdirib. Artıq Mədət Nəzərli elə bir formada dayağa, təsir imkanına malikdir ki, həm onun iki oğlu, həm də himayəsində olan iki bacısı oğlu hərbi xidmətə getmirlər.
Elə ki, bu kimi məsələlərlə bağlı Cəlilabad RİH-i başçısının 1-ci müavini Qalib Xudaverdiyevə müraciət edirik, o halda o, “Gedin, məhkəməyə müraciət edin” deyir və bununla da bir növ mətləbdən yayınmağa çalışırlar. Hansı ki, əslində RİH Aparatı öz səlahiyyəti daxilində müəyyən araşdırmalar aparıb, Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mədət Nəzərlinin belə bir əməlləri ilə lazımi tədbirlərini görə bilərlər”.
Baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində vəzifə sahibi olan şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarını qadağan edən normalar olsa da, deyəsən Mədət Nəzərli həmin qadağalara heç bir halda əhəmiyyət vermir və bu gün də o, şəxsi maraqlarının həlli yöndə addımlarını atmaqla məşğul olur. Amma, onu da düşünürük ki, bu şəxs qol qoyduğu bütün hüquqpozmalara görə, gec-tez hüquqi müstəvidə ünvanlanan suallara cavab verməli olacaq. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...