Anons

Bu gün, 10:06- "Azpetrol" məntəqələrində TOTAL TƏFTİŞ... - İnsanların həyatı təhlükəyə atılıb!

Dünən, 21:50- Ramazanın doqquzuncu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 18:50- Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FOTOFAKT

Dünən, 18:24- " “Istanbul NS Klinikası Baku”nun cəlladları anamı öldürdülər!!!" - Jurnalist ÜSYAN ETDİ

Dünən, 17:34- Ağacları qırıb yerinə beton tökdülər - AXI NİYƏ?

Dünən, 16:57- “Bundan sonra bura Zəfər meydanıdır”

Dünən, 16:38- Prezident xalqı təbrik etdi

Dünən, 16:30- Bakı Xoreoqrafiya Akademiyasının təqdimatında “Şelkunçik” baleti

Dünən, 16:08- Şahbuzda müəllimlərin 7-ci sinifdə oxuyan qıza qarşı VƏHŞİLİYİ... - BU NƏDİ BELƏ?!

Dünən, 15:24- Ruhi elə bilir ki yardım paylayıb deputat olacaq... - VİDEO

Dünən, 14:35- Vergi Xidməti bu müəmmanı açacaqmı? - Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur

Dünən, 13:53- Dələduzluq edən sabiq bələdiyyə sədri ilə bacısı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT

Dünən, 13:02- Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib

Dünən, 12:35- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub - İLGİNC İDDİALAR...

Dünən, 11:48- "Bura gələndə özünüzlə yemək gətirin..." - GİLEY

Dünən, 10:55- Qazaxda diş həkimi azyaşlı xəstəni DÖYDÜ - Valideynlərinin GÖZÜ QARŞISINDA...

Dünən, 10:30- “Atamı KQB öldürdü...” - “Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı?

Dünən, 10:13- "Bəs sonra sizi mənim əlimdən kim alacaqdı?" - ETİRAZ

16-03-2024, 23:23- Müqayis Verdiyevin dələduzluğ əməli İFŞA OLUNDU – Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar…

16-03-2024, 17:55- Bakıda həbsdə olan separatçılar Paşinyana qarşı danışmağa başlasa... - ŞƏRH

Haqqımızda Əlaqə

Deputatın sözü həm də seçicinin sözüdür

Tarix:30-03-2023, 10:23

Deputatın sözü həm də seçicinin sözüdür

Milli Məclisin deputatı Səbinə Xasayeva belə deyir...

Uşaqlıqdan işıqda qüdrət görmüşəm. Müəllimlərimizdən eşitdiyim, sonralar ədəbi, elmi mə­qa­lə­lər­­də oxuduğum “işıqlı insan” ifadəsi də düşüncələrimə hopub. İşıqlı insanlara hamının ehtiramı olduğunu da görmüşəm, bu eh­tiramın dünyəvi ehtiram kimi yaşadıldığını da...

Tanıdığımız işıqlı insanları heç zaman unutmuruq, unutmarıq. Hər sadə, mürəkkəb cüm­lə­mi­zin müb­­­tədası” işıqlı insanlar olub. Müəllimlərim, tələbə yoldaşlarım, hərbi xidmət yoldaşlarım, Hərbi Aka­demiyada iş yoldaşlarım, ... bəzən mənə elə gəlir ki, yaddaşım işıqlar qalereyasıdır...

İşıqlı insan təyini üçün yaş amili olmur; gənc də, orta yaşlı da, yaşlı da Vətənə sevgisiylə, in­san­la­ra münasibətiylə, işıqlı düşüncələriylə, xeyirxahlığıyla, mərhəmətiylə, ... tanınır, sevilir, işıqlı insan olur. Qaranlıqlara qə­nim olduğuna görə belə sevgilərə hə­mişə bəyaz sevgi demişəm. Son illərdə tanıdığım gənc siyasətçi Səbinə Səməd qızı Xasayeva da işıqlı insandı. Bu işıq onunla qoşa gəlib dünyaya. Yaşı ilə yaşıddı. Ona görə belə dönməzdi. Özü də, düşüncələri də.

1993-cü il martın 30-da Bakı şəhərində anadan olub. S.Məhərrəmov adına orta məktəbi bitirib. Ədə­biyya­tı­mızı, tariximizi sevib, bu sevgi, obrazlı şəkildə desək, onun gələcəyinin Dan Ulduzu olub. Bu biliklərin zəmanəti ilə son illər niyyətinə dönmüş bir arzuya qənşər gedib: Azərbaycan Dillər Uni­ver­sitetinin “Beynəlxalq münasibətlər və Regionşünaslıq” fakültəsini “Skandinaviya­şü­nas­lıq” ix­ti­sası üzrə bitirib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “İdarəetmədə informasiya sistem­ləri” ixtisası üzrə magistr təhsili alıb.

Həmişə Vətəni daha çox sevənlər, sevgisi ilə bir sırada mühakimə yürütmə qabiliyyəti olanlar həm də qəlbinin hökmü ilə “siyasət əsgəri” olur. Siyasi prosesləri hamı kimi izləyə bilmir, hamının ar­­­zu­la­dı­ğı səviyyədə izləyir, ona bu səviyyədə də münasibət bildirir. Səbinə Xasayeva bir ömürü bu dünyəvi ülgü ilə yaşamağa qərarlı idi...

Səbinə xanımın da ruhunda bir torpaq harayı var: atası Səmədin, anası Roza xanımın xatirələrindən qopan haraydı, ata yur­du­nun, ana yurdunun harayıdı, tarixi haraydı, “Göyçə!” deyən, “Şişqaya!” deyən, Şərqi Zəngəzur deyən haraydı bu haray. Bu harayda inam da var. Bu inam dövlətə inamdı, dövlətçiliyə inamdı, dövlətin dönməz xarici siyasətinə inamdı: Əzə­li tor­paqlarımıza qurtuluş nəfəsi dəyəcək! Mütləq dəyəcək! Onda torpağı isindirəcək bu nəfəs. Bi­rin­ci Qarabağ müha­ri­bə­si iştirakçısı olmuş atası Səmədə də, Kəlbəcər uğrunda döyüşlərdə iştirak etmiş əmisi Zakirə də gözaydınlığı olacaq... Qubadlı uğrunda gedən döyüşlərdə 1993-cü il avqustun 30-da qəhrəmancasına şəhid olmuş dayısı Ramiz Hüseynovun da ruhu şad olacaq...

2014-cü ildə də, 2019-cu ildə də bələdiyyə seçkilərində iştirak edib. Seçicilər gənc siyasətçinin dün­yaduyumuna, erudisiyasına, ən əsası, Vətən sevgisinə bələdmiş, bu sevgiyə inanırmış. Səbinə Xasayeva Lökbatan bələ­diy­­­yəsinin üzvü seçilib, bələdiyyə sədrinin müavini olub. “Sən seçicilərin kad­rı­san. Onların problem­lə­rini ruhən yaşaya bilməlisən. Onda seçicilərinə təəssüf yaşatmayacaqsan...”, – Səbinə Xasayeva belə düşünür, bu gözəl düşüncədə milli-mənəvi dəyərlərimizin işığı da görünür. İşıqlı insan olmağın bir şər­ti də budur!..

Böyük siyasətin böyük sevgidən keçdiyinə inanıban düşünürəm ki, kifayət qədər yüksək savada, erudisiyaya, inandırıcı məntiqi düşüncəyə maliksənsə, tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə bələdsənsə, siyasi düşüncən müasir siyasi proseslərlə uzlaşacaq, onda bəyənilən siyasi fəaliyyət göstərə bilərsən; dəniz ona görə dənizdi ki, hər gəmi onun coşqun dalğalarını yarıb keçə bilmir...

2020-ci il fevralın 9-da Azərbaycan Respublikasının VI çağırış Milli Məclisinə keçirilən seç­ki­lər­də Səbinə Xasayeva da iştirak edib. Vətən sevgisinin zəmanəti ilə, dövlətə, dövlətçiliyə səda­qə­­tinin zə­manətiylə. 12 saylı Qaradağ – Binəqədi – Yasamal seçki dairəsindən Yeni Azərbaycan Par­ti­­yasının na­mizədi kimi millət vəkili seçilib, Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvüdür.

Milli Məclisin üzvü kimi seçiciləriylə vaxtaşırı görüşən, onları dinləyən, bu və ya digər proble­mi­nin qanun müstəvisində həllinə nail olan, bunu özünə böyük könül xoşluğu bilən Səbinə xanım deyir: “bir ömürdə ömürlər yaşatmaq üçün səmimi olmalısan, xeyirxah olmalısan, cəfalara qatlaşmalısan-əsl vətəndaş olmalısan...”...

Səbinə xanım mütaliəni sevib, indi də sevir. Bu sevginin nəticəsidir ki, zamanında norveç dilini öyrənib, universitetdə bildiklərini sistemləşdirib, Osloda müvafiq kurs keçib. İndi bu sahənin –norveçşünaslıq mütəxəs­sislərindən biridir. Qobus­tanı “açıq səma altındakı muzey” adlandıran, “Azər­bay­canın hələ kifayət qədər öyrənil­mə­miş mədə­niy­yət və incəsənəti Meso­po­tamiyanınkından da qə­dim­dir” deyən norveçili tanınmış səyyah, etnoqraf və alim-antropoloq Tur Heyerdalla daha da möhkəmlənən Azərbaycan – Norveç ikitərəfli əlaqələrini parlament xətti ilə siyasi etiket qaydalarını dərindən öyrənən, ­beynəlxalq qa­nun­lara daha də­rindən bələd olmağa çalışan Səbinə Xasayeva davam etdirir...

Milli Məclisin kifayət qədər təcrübəli deputatları ilə birlikdə fəa­liy­yət göstərmək məsuliyyəti də var və bu məsuliyyət savadla, erudisiya ilə, qanunçuluğa əsaslanan fəaliyyətlə, təcrübəli deputatların tövsiyələri ilə tənzimlənir. Belə tövsiyələri dinləmək, fəaliyyəti bu tövsiyələr əsasında qurmaq öyrən­mək anlayışı ilə səsləşir. Səbinə xanım Milli Məclisin de­putatı kimi parlamentlə cəmiyyət, parlamentlə seçici ara­sında münasibətlərin gerçək səmimiyyətinin cəfakeşlərindəndir. “Deputatın sözü həm də seçicisinin sözü­dür”, – Səbinə Səməd qızı belə düşünür. Belə düşüncənin dövlətçiliyə, dövlətçiliyə görə seçicilərə eh­ti­ram olduğunu düşünənləri kimsə qınamaz...

Deputat seçicilərin səsi ilə təmsil olunan nümayəndədir. Seçicilərin arzularını, istəklərini parla­ment­də o ifadə edir, təklifləri həm də onların adından səsləndirir. Səbinə Xasayeva seçicilərinin istəklərini ümumiləşdirir, xırda, cəmiyyət üçün o qədər də əhəmiyyətli olmayanları ayırd edir, bunları seçicilərə izahlayır. Seçicilər deyilənləri səmimiyyətlə qəbul edirlər. Seçicilərin “Niyə?”lərinə verilən məntiqli, əsaslandırılmış cavablar qarşılıqlı münasibətlərin səmimiliyinə zərrəcə xələl gətirmir. Fərdi xahişlər seçicilərlə deputat arasında müəyyən anlaşılmazlıqlar, bəzən narazılıqlar da yarada bilir. Nə etməli? O xahişlərin mahiyyəti hər­tərəfli, qanunçuluq müstəvisində inandırıcılıqla izah edilərsə, seçici bu xa­hi­şə əməl edilməyəcəyinin səbəblərini dərk edərsə, nə anlaşılmazlıq yaranır, nə də narazılıq.

Bəzən fərdi xahişlər sosial mahiyyətlə hüdudlanır. Onda belə xahişlər əlaqədar qurumlara ün­van­la­nır...

Bir fakt duyğusallığı ilə səciyyəvidir: Ailə imkansız ailədir. Yeniyetmə yaxşı oxuyub, qəbul im­tahanlarından yüksək bal toplayıb. Qəbul olunub. Ancaq ödə­nişli əsaslarla. Ailənin buna imkanı yox­dur. Son çarə kimi Səbinə xanıma müraciət edib. Ümidlə gəlib onun qə­buluna. Nəyə gəldiyini deyib, ca­vab ala­na kimi nələr çəkdiyini sözlə ifadə etmək mümkün olma­ya­caq. Ailənin xahişi nəzarətə götürülüb. Qısa müddətdə tələbə qızın ödəniş problemi həll olunub... Həmin gün ailədə yaşanılan ovqat dünyəvi ovqat olub, şübhəsiz. Gənc qız ali təhsil alacaq, hansı dövlət qurumundasa işləyəcək. Məqamında xeyirxahı olmuş insan kimi o da xeyir­xah ola­­caq. Milli-mənəvi dəyərlər, azərbaycançılıq fəlsəfəsi belə yaşadılır...

Seçicilər Milli Məclisin deputatı Səbinə Xasayevaya Lökbatan, Korgöz, Puta, Xocəsən, 28 May və Sulutəpə qəsəbələrindəki yeni yaşayış massivlərində içməli su şəbəkəsinin yenidən qurulması və mərkəzləşdirilmiş kanalizasiya sisteminin yaradılması, Qaradağ və Yasamal rayonlarında qəzalı evlərin prob­le­mi, tamamilə yararsız vəziyyətə düşdüyü üçün Ye­ni Yasamalda 10 saylı yaşayış binasının sökülməsi, qanunsuz tikilmiş fərdi evlərin sənədləşdiril­məsi, qəsəbələrdə qəsəbədaxili yolların asfalt­laş­dırılması,məhəllədaxili küçələrin işıqlandırılması, ünvan lövhələrinin quraşdırılması, Çiçək yaşayış massivində telefon xət­lə­ri­nin, Lökbatan qəsəbəsində istilik sistemlərinin təmir edilməsi və yenidən qurul­ması, gənclərin işlə təmin edilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi,yaşayış məhəllələrində narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi, maddi yardım, sığorta kimi prob­lem­­lərlə bağlı müraciət edir. Millət vəkili bu problemlərin həlli istiqamətində əlaqədar dövlət qurumları qarşısında məsələlər qal­dırır, onların böyük əksəriyyəti həll olunur. Bu, hər bir millət vəkili üçün böyük könül xoş­lu­ğu de­mək­dir.

Yaxşı, gərəkli məsləhət də xeyirxahlığın təzahürüdür. Müraciət edənin emosional durumunu, so­sial vəziyyətini, təhsilini, və s. nəzərə almaqla onunla səbrlə söhbətləşmə insanlara rəğbətdir, insanlığa sevgidir, səmimiyyətdir. Səbinə Xasayeva belə deputatdır. “Mənə səs vermiş hər seçicimin sirdaşı­yam, onlar bu və ya digər çətinliyini mənimlə bölüşəndə əzizimi dinləyir kimi dinləyirəm. Ata tövsi­yə­lərini, milli-mənəvi dəyərlərimizin tələblərini heç zaman unutmamışam, unutmaram...”, – Səbinə Xasayeva bu əqidəylə yaşayır.

Millət vəkili Səbinə Xasayeva təmsil etdiyi rayonların ictimai həyatında da yaxından iştirak edir. Bu, həm seçici-deputat münasibətlərinin şəffaflığıdır, həm də deputatın seçicilərinə rəğbətinin təzahürüdür; seçici­lə­rin iştirakı ilə keçirilən tədbirlərdə iştirak, müəyyən mənada, seçicilərlə görüş olur. Seçicilərlə görüş­lə­rin intensivliyi həm də belə artırılır, seçici istəyi deputata bilavasitə daha operativ çatır.

Rayonlarda müxtəlif mövzularda müxtəlif tədbirlər də keçirilir ki, bunlar da istər yeniyetmələrin, istərsə də gənclərin vətənpərvərlik duyğularının daha da yüksəlməsində müstəsna əhəmiyyətə malik olur. Gənc yazıçı-publisist, Leyla Əsədullayevanın “Azərbaycan xarici səfirlərin gözü ilə” kitabının təqdimatı belə tədbirlərdəndir. Bu tədbirdə yazı­çı­nın cə­miy­yətə, deməli, xalqa bu qədər yaxın olmasını təqdir edən deputat Səbinə Xasayeva bədii yaradıcılığın da mahiyyət baxımından Vətənə xidmət olduğunu xatırladıb. Bu da deputatlıq missi­ya­sı­nın tərkib his­sə­lərindəndir: fəaliyyət dövlətçilik üçündür, dövlət üçündür, seçici üçündür.

Səbinə xanım Qarabağ müharibəsi əlillərinin problemlərinin də həll edilməsində deputat kimi, azərbaycanlı gənci kimi, vətəndaş kimi fədakarlıq göstərir.

İkinci Qarabağ müharibəsi günlərində Milli Məclisin deputatı Səbinə Xasayeva seçiciləri ilə mün­tə­zəm görüşür, onları dinləyir, onlara gerçək informasiyalar verirdi. Belə görüşlər seçicilərin ordumuza ina­mı­nı daha da artırırdı. Səbinə xanım seçicilərinə Azərbaycan Respublikasının Prezidenti İlham Əli­ye­vin xalqa müraciətində dediyi kəlamları bir daha xatırladırdı: "Dünyada heç bir qüvvə bizi haqq yolun­dan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bil­məz. Biz haqq yolun­da­yıq. Biz qalib gəli­rik. Biz zəfər çalırıq və biz öz tor­paq­larımızı geri alacağıq, ərazi bütöv­lü­yü­müzü bərpa edə­cə­yik". Sonralar – Zəfər ərəfəsində Milli Məclisin deputatı Səbinə Xasayeva mə­qa­lə­lə­rindən birində yaz­mışdı: “...hər bir azərbaycanlının 30 ildir səbirsizliklə gözlədiyi artıq gəlib çatıb. Doğma Şu­şamızda, Qarabağımızda üçrəngli bayrağımızın ən qısa zamanda dalğalana­cağına heç kəsin şübhəsi yoxdur. Çünki hər bir Azərbaycan vətəndaşı bu qətiyyəti Prezident, Ali Baş Komandan İlham Əliyevin baxışlarında görüb...”. Vətənin istəyi gerçəkləşdi. Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müha­ri­bə­sində tarixi Zəfər qazanıldı, işğal sonlandı­rıl­dı. Azərbaycan Respublikasının Prezidenti İlham Əli­ye­vin sərəncamları ilə işğaldan azad edilmiş əra­zi­lərdə quruculuq işlərinə başlanıldı. İndi Böyük Qa­yı­dış ərəfəsindəyik. Səbinə Xasayeva seçiciləri ilə görüşlərdə quruculuq işlərinin də Zəfərlə başa çata­ca­ğına əminliyini bildirir. Bu əminlik dövlətə, dövlətçiliyə sevginin ifadəsidir. “Hər bir vətəndaş tut­duğu vəzifədən asılı olmayaraq Vətənin əsgəridir. Hamımız Vətənin istəyiylə quruculuq işlərində iştirak edəcəyik...”, – Səbinə xanım seçiciləri ilə gö­rüş­lə­rin birində belə dedi. Onda seçicilər böyük qürurla deputatın dediklərinin Azərbaycanın hər bir və­tən­daşının mənəvi borcu olduğunu bildirdilər; Səbinə xanım dövlətin siyasətini seçicilərinə yüksək və­tən­daş­lıq məsuliyyəti ilə çatdırır...

Səbinə Xasayevanın düşüncələri də, siyasi fəaliyyəti də azərbaycançılığı əhatələyir. Bir deputat ki­­­mi, bir Azərbaycanlı gənc kimi ölkə başçısının gənclər siyasətini cəmiyyətin daha aydın, daha işıqlı sa­bahlarının zəmanəti bilir. Bu qənaətlə də yazır ki, “...qalib Prezidentimizin qeyd etdiyi kimi, rəşadətli və şanlı Azərbaycan Ordusunun tarixi zəfəri gənclərimizin bitib-tükənməz vətənpərvərliyini, müasir dövr­də vətənimizə, dövlətimizə və xalqımıza layiq olan gözəl, dəyərli bir nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi. Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, yüksək vətənpərvərlik hissinə , milli düşüncəyə malik gənc nəsil formalaşıb...”.

Milli Məclisin deputatı Səbinə Xasayevanın iki övladı var. Onlar azərbaycançılıq işı­ğın­da Azərbaycanın yüksək mənəviyyatlı vətəndaşı olacaqlar– işıqlı bir insanın öyüdləriylə bö­yü­yür­lər...

Bayram Məmmədov,
Əməkdar müəllim

Deputatın sözü həm də seçicinin sözüdür
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...