Anons

Bu gün, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Bu gün, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Dünən, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünən, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Dünən, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Dünən, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Dünən, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Dünən, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Dünən, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Dünən, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Dünən, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Dünən, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

22-04-2024, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22-04-2024, 22:34- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

22-04-2024, 21:49- İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

Haqqımızda Əlaqə

Agentlikdə kök salmış Qasımovlar klanı

Tarix:27-03-2023, 10:42

Agentlikdə kök salmış Qasımovlar klanı
Mənbə: Aktualxeber.az - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində rəhbər vəzifə sahibi olan şəxslərin korrupsiya əməllərindən aktualxeber.az saytı dəfələrlə tənqidi məqalələr vermişdir. Bu gün də həmin dövlət qurumunun bir növ ailə biznesi mərkəzinə çevrilməsindən bəhs edəcəyik. Diqqət yetirək ki, bir tərəfdə ölkə rəhbəri kadr, struktur, siyasi və iqtisadi islahatlar həyata keçirir, mühüm dövlət postlarına cavan, enerjili, savadlı kadrlar təyin edir, dələduz məmurları vəzifələrindən uzaqlaşdırır, bəziləri həbsə göndərilir, korrupsiya hallarının qarşısını alınması istiqamətində ciddi addımlar atılır.
Məmmədov Saleh Ərşad oğlunun rəhbərlik etdiyi qurumda isə, fərqli ab-hava hökm sürməkdə davam edir, AAYDA-nın ailə biznes mərkəzinə çevrilməsi bir kimsədə şübhə doğurmur. Orada rəhbər vəzifələrə təyin olunan şəxslərin tam əksəriyyətinin ya S.Məmmədovla qohumluq əlaqələri var, ya da ona bu və ya digər yollarla bağlı olan şəxslərdir. Adicə bir faktı qeyd edək ki, Agentlik sədrinin qudası olan və Avtomobil Yollarının Təmiri və İstismarı baş idarəsinin rəisi vəzifəsini daşıyan Əflatun Qasımov, onun digər qardaşları Yaqub Qasımov və Ərəstun Qasımov bir sözlə bu Qasımov qardaşlarının məxsus olduqları var-dövlətin sərhəddini müəyyən etmək heç cür mümkün deyil. Bir anlığa diqqət yetirək ki, bu şəxsin Balaxanı qəsəbəsində bir asfaltzavodu, Qaradağ rayonu ərazisində dəyəri milyonlarla qiymətləndirilən 4-5 ədəd gizli zavodu, Novxanıda gözəgəlimli villası, restoranı və s. kimi daşınan-daşınmaz çoxsaylı əmlakları var. Sözsüz ki, Ə.Qasımovun belə bir həcmdə var-dövlətə sahib olmasının kökündə, məhz onun Saleh Məmmədovla quda olması, eyni zamanda rəhbərliyin “qara kassası” funksiyasını uğurla yerinə yetirməsidir. Onu da unutmaq olmaz ki, baş idarə rəisinin sahib olduğu var-dövlətin varlığı, onun övladlarına da öz təsirini göstərir. Yəni, hazırda Əflatun Qasımovun oğlunun Abşeron RPŞ, Mehdiabad polis bölməsinin rəisi olduğu bildirilir. Başqa bir məqamı da qeyd edək ki, Ə.Qasımov təkcə daşıdığı vəzifəsinin imkanlarından yararlanmır, hətta o, “Körpü-Bina Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşova himayədarlıq etməklə də, kifayət qədər qazanc əldə etməyi bacarır. Yəni, o, daşıdığı vəzifəsinin imkanlarından, daha çox Saleh Məmmədovla quda olmasından sui-istifadə edir və tikinti işləri ilə bağlı həyata keçiriləcək ən böyük layihələri, məhz Xəlil Göyüşovun rəhbərlik etdiyi MMC-yə həvalə etdirir. Bütün bunlar onu subut edir ki, baş idarənin rəisi Əflatun Qasımov qudasına söykənərək hər cür hoqqalardan çıxmağı bacarır.
Bu şəxsin baş mühasib Müseyib Həmzəyevlə qurduğu işbirliyi də, olduqca sensasion məlumatları əldə etməyə imkan verir. Redaksiyamıza daxil olan başqa bir məlumatlarda isə vurğulanır ki, Qasımov soyadını daşıyan bu şəxs yaxın qohum-əqrəbasını AAYDA-nın sturuktur vahidlərində işlə təmin etdirməyi də unutmur. Belə bir səbəbdəndir ki, hazırda yol istismarı idarələrində bu şəxsin qohum-əqrəbası daha çoxluq təşkil edirlər. Məsələn, Əflatun Qasımovun qohumlarından olan 14 №-li Xüsusi Yəyinatlı Yol İstismar MMC-nə rəhbərlik edən Araz Bəndəliyev, adı çəkilən bu şəxsə arxalanaraq aparılan tikinti işlərinə lazımınca nəzarət etmir. Belə bir səbəbdən də, həyata keçirilən tikinti işlərində ara-sıra faciəli hadisələr baş verir. Xatırladaq ki, keçən il 14 №-li Xüsusi Yəyinatlı Yol İstismar MMC tikiti işlərində çalışan şəxs texniki təhlükəsizlik qaydalarına əməl etmədiyindən yerə yıxılıraq dünyasını dəyişmişdi. Bu və buna bənzər hadisələr indiyi kimi bir neçə dəfə baş versə də, baş idarənin rəisi yaşanan faciələrə gözucu baxır. Çünki, Əflatun Qasımovun qudası, özünə “arxa-dayaq” hesab etdiyi Saleh Məmmədov hələ də vəzifə başındadır. Bəzi çevrələrdə isə belə bir söz-söhbət dolaşır ki, baş idarənin rəisi ara-sıra “levı işlər”lə məşğul olmağı da imkan tapır. Bu haqda hər kəsə növbəti yazılarımızda ətraflı məlumat verməyə çalışacağıq.
Qarşı tərəfi də dinləməyə hazırıq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...