Anons

Bu gün, 12:07- Süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi tərtib edilib

Bu gün, 11:45- İçərişəhərdə “Gənclər yarmarkası” keçiriləcək

Bu gün, 10:51- Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu artır

Bu gün, 10:23- Təəssüf və təsəlli - Bayram Məmmədov yazır

Dünən, 17:19- Yoluxma azalsa da, 4 nəfər öldü

Dünən, 16:50- Azərbaycan Qızıl kəmər seriyasında 10 boksçu ilə təmsil olunacaq

Dünən, 16:00- DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirib, 7 nəfər saxlanılıb

Dünən, 15:32- ÜST Azərbaycana peyvənd məntəqələrində istifadə olunan soyuducular üçün 2100 cihaz verib

Dünən, 15:05- Azərbaycanlı mütəxəssis dünyanın ən güclü 10 yaddaşından biri seçilib

Dünən, 14:43- "Avroviziya 2023"ün loqo və şüarı açıqlanıb

Dünən, 13:52- Həkim şəbəkəçi Rəbiyyə Nemətova: "İnsanlara sağlam həyat bəxş etmək əsas iş prinsipimizdir"

Dünən, 13:27- Elm və təhsil nazirinə yeni müavin təyin edildi

Dünən, 13:00- Sabahın hava proqnozu açıqlanıb

Dünən, 12:34- Gənclər Günü münasibətilə muzeylərdə “açıq qapı” olacaq

Dünən, 12:06- Bu gün Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə dinləmələr keçirəcək

Dünən, 11:45- Xəstə şagirdlər məktəbə getməsin - Nazirlikdən virusla bağlı ÇAĞIRIŞ

Dünən, 11:19- XİN İrana səyahət edəcək Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

Dünən, 10:51- Ötən il 215 uşaq övladlığa götürülüb

Dünən, 10:23- Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30-01-2023, 16:06- Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti festival - “Gəncliyin səsi”

Haqqımızda Əlaqə

Quliyev-Nuriyev cütlüyünün TENDER HOQQASI - Zaur Mikayılovun NƏZƏRİNƏ

Tarix:12-01-2023, 15:18

Quliyev-Nuriyev cütlüyünün TENDER HOQQASI - Zaur Mikayılovun NƏZƏRİNƏ Mənbə: Faktinfo.az: Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi sifarişçi olduğu növbəti tenderə yekun vurub.

İdarə 2022-ci ilin dekabr ayının 29-da "Əsaslı təmir üzrə Sabirabad, Hacıqabul, Salyan və Neftçala rayonları ərazisində Kür çayında daş-betonla sahilbərkitmə işlərinin satın alınması" lotu üzrə keçiridyi satınalmanın məbləği 5.965.000 manat, qalibi isə "İnşaatçı-Neftçi" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Nizamnamə kapitalı 10 manat olan "İnşaatçı-Neftçi" MMC-nin hüquqi ünvanı Şirvan şəhəri 28 may küçəsi, ev 2, mənzil 30 ünvanı, qanuni təmsilçisi isə Zeynalov Faiq Səmid oğludur.

On beş milyonluq satınalmanı hansı təşkilatlar udub?

Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi 2021-ci ilin mart ayından 2022-ci ilin dekabr ayının 29-a qədər 7 (yeddi) satınalmaya yekun vurub. Bu tenderlərin ümumi məbləği 15.252.638 (on beş milyon iki yüz əlli iki min altı yüz otuz səkkiz) manat təşkil edib:

1. Lot - "Maşın mexanizmlərinin və nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satınalınması"
Qalib təşkilat - "Sevinc-96" MMC
məbləğ - 241.880

2. Lot - "Əsaslı Təmir uzrə torpaq işləri"
Qalib təşkilat - "Meliorativ maşın stansiyası" MMC
məbləğ - 538.600

3. Lot - "Cari təmir üzrə daş-betonla sahil bərkitmə işləri"
Qalib təşkilat - "Sevinc-96" MMC
məbləğ - 1.046.132

4. Lot - "Əsaslı Təmir uzrə torpaq işləri"
Qalib təşkilat - "İlkin-N" MMC
məbləğ - 6.175.511

5. Lot - "Maşın mexanizmlərinin və nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satınalınması"
Qalib təşkilat - "Sevinc-96" MMC
məbləğ - 239.507

6. Lot - "Cari təmir üzrə Ucar, Zərdab, Kürdəmir, Sabirabad, Salyan, Neftçala rayonları ərazisində olan çaylarda mexanizmlərlə torpaq işlərinin satın alınması"
Qalib təşkilat - "Ricon" MMC
məbləğ - 1.006.008

7. "Əsaslı təmir üzrə Sabirabad, Hacıqabul, Salyan və Neftçala rayonları ərazisində Kür çayında daş-betonla sahilbərkitmə işlərinin satın alınması"
Qalib təşkilat - "İnşaatçı-Neftçi" MMC
məbləğ - 5.965.000 manat.

İdarənin qalib etdiyi bu təşkilatlardan "Ricon" MMC istisna olmaqla hamısının hüquqi ünvanları qonşu rayonlardadır.

- "İnşaatçı-Neftçi" MMC - Hüquqi ünvanı Şirvan şəhəri 28 may küçəsi, ev 2, mənzil 30
- "Sevinc-96" MMC - Hüquqi ünvanı ŞİRVAN ŞƏHƏRİ, H.Z.TAĞIYEV, ev 45, m. 1
- "İlkin-N" MMC - Hüquqi ünvanı Salyan rayonu Qarabağlı kəndi
- "Meliorativ maşın stansiyası" MMC - Hüquqi ünvanı Sabirabad rayonu Bulaqlı kəndi.

Qalib təşkilatların texniki bazası yoxdur?

Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin 2021-ci ilin mart ayından indiki dövrədək qalib elan etdiyi təşkilatların maddi-texniki bazaları barədə açıq internet resurslarında heç bir məlumata rast gəlinmir.

"Qlobal.az"ın əldə etdiyi məlumata görə, "İlkin-N" MMC-nin texniki bazası mövcuddur.

Məlumatlarda iddia olunur ki, Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin digər tenderlərində qalib elan olunan təşkilatlar - "Meliorativ maşın stansiyası" MMC və "Sevinc-96" MMC əslində "İlkin-N" MMC-nin sahibi "hacı Qurban" kimi tanınan Qurban Abasova məxsusdur.

Bu şirkətlərin qalib elan edildiyi işlərdə "İlkin-N" MMC-yə məxsus avtomobil və digər texnikalardan istifadə edilir.

Tenderin qaliblərini ASC-dəki xalaoğlu müəyyən edir?

Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin sifarişçi olduğu satınalmaların bəzi təşkilatlarda olduğu kimi formal keçirildiyi, əslində qaliblərin öncədən bəlli olduğu bildirilir. Həmçinin Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ən böyük təşkilatlarından olan Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin sifarişçi olduğu satınalmalarda görülən işlərin dəfələrlə şişirdiliyi, alınan mal-materiallar isə rəsmi sənədlərdə əks olunduğu barədə fikirlər səslənir.

İdarənin formalaşdırdığı satınalma komissiyasının müstəqil və şəffaf qiymətləndirmə aparmaq və satınalma keçirmək kimi imkanları yoxdur.

Buna səbəb isə İdarə rəisinin qanunun tələblərindən daha çox ASC rəhbərliyində təmsil olunan qohumunun sözlərinə və tapşırıqlarına qeyd-şərtsiz əməl etməsi iddia edilir.

Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyevin xalasıoğlu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevdir.

Zakir Quliyev ASC-yə sədr müavini təyin edilməmişdən əvvəl uzun illər Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsində çalışıb.

O, 2006-cı ildə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsinə təyin edildikdən sonra xalasıoğlu Elman Nuriyevi Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi qoyub.

Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovdur.

O, bu vəzifəyə 2021-ci ilin aprel ayında təyin edilib./Qlobal.azскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...