Anons

Bu gün, 12:07- Süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi tərtib edilib

Bu gün, 11:45- İçərişəhərdə “Gənclər yarmarkası” keçiriləcək

Bu gün, 10:51- Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu artır

Bu gün, 10:23- Təəssüf və təsəlli - Bayram Məmmədov yazır

Dünən, 17:19- Yoluxma azalsa da, 4 nəfər öldü

Dünən, 16:50- Azərbaycan Qızıl kəmər seriyasında 10 boksçu ilə təmsil olunacaq

Dünən, 16:00- DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirib, 7 nəfər saxlanılıb

Dünən, 15:32- ÜST Azərbaycana peyvənd məntəqələrində istifadə olunan soyuducular üçün 2100 cihaz verib

Dünən, 15:05- Azərbaycanlı mütəxəssis dünyanın ən güclü 10 yaddaşından biri seçilib

Dünən, 14:43- "Avroviziya 2023"ün loqo və şüarı açıqlanıb

Dünən, 13:52- Həkim şəbəkəçi Rəbiyyə Nemətova: "İnsanlara sağlam həyat bəxş etmək əsas iş prinsipimizdir"

Dünən, 13:27- Elm və təhsil nazirinə yeni müavin təyin edildi

Dünən, 13:00- Sabahın hava proqnozu açıqlanıb

Dünən, 12:34- Gənclər Günü münasibətilə muzeylərdə “açıq qapı” olacaq

Dünən, 12:06- Bu gün Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə dinləmələr keçirəcək

Dünən, 11:45- Xəstə şagirdlər məktəbə getməsin - Nazirlikdən virusla bağlı ÇAĞIRIŞ

Dünən, 11:19- XİN İrana səyahət edəcək Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

Dünən, 10:51- Ötən il 215 uşaq övladlığa götürülüb

Dünən, 10:23- Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30-01-2023, 16:06- Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti festival - “Gəncliyin səsi”

Haqqımızda Əlaqə

Yolda piyadalara su sıçradan sürücülər cərimələnəcək - Yol polisi

Tarix:10-01-2023, 12:28

Yolda piyadalara su sıçradan sürücülər cərimələnəcək - Yol polisi
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi piyadalara su sıçradan sürücülərlə bağlı xəbərdarlıq edib.

Baş DYP İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev açıqlamasında bildirib ki, hazırda respublikanın bəzi bölgələrində və paytaxtda qarlı hava şəraiti hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır.

"Məlumdur ki, qarlı havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının artması yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradır. Odur ki, mövcud hava şəraitini nəzərə alaraq, hər bir hərəkət iştirakçısı yollarda daha məsuliyyətli olmalıdır. Xüsusilə, sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də şinlərin mövsümə uyğun olmasına və əyləc sisteminin sazlığına əmin olmalı, qar sularının yollarda yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmalı, ətrafdakı insanları nəzərə almalıdırlar. Unutmaq olmaz ki, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılması qeyri-etik davranış olmaqla yanaşı, həm də inzibati məsuliyyət yaradır. Belə sürücülər aşkar edildiyi təqdirdə barələrində İXM-nin 342.1.5 maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq ediləcək. Nəzərə almaq lazımdır ki, şaxtalı havada piyadaların suyla islanması xoşagəlməz bir hal yaradır. Bütün sürücülər yollarda hərəkət edərkən piyadalarıda nəzərə almalıdırlar.

Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, təhlükəsizlik baxımından onları da məsuliyyətli olmağa çağırır, tələskənliyə yol verməməyi, yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan qarşıya keçməyi tövsiyyə edirik", - R.Tağıyev deyib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...