Anons

Bu gün, 11:45- Dünyanın ən hündür binası tikilir - 5 milyardlıq layihə

Bu gün, 11:19- Türkiyə Azərbaycana hazır geyim ixracatını 30 faizdən çox artırıb

Bu gün, 10:51- Azərbaycana Sibir antisiklonu gəlib, ən soyuq gün qeydə alınıb

Bu gün, 10:26- Azərbaycanın 2 parataekvondoçusu reytinq turnirində qızıl medal qazanıb

Dünən, 16:10- Aktyorların işdən çıxarılmasına rəsmi reaksiya - “Yeni nəfəsə ehtiyac var”

Dünən, 15:39- Gürcüstan istiqamətində sərhəd pocuzuları SAXLANILDI

Dünən, 15:08- Suitilərin ölümü ilə bağlı operativ qərargah yaradılacaq

Dünən, 14:43- Cərrah mama-ginekoloq Cəlalə Əsgərli: "Pasientləri hər bir halda razı salmaq əsas iş prinsipimdir.

Dünən, 14:19- “Türk Dünyasının mədəniyyət paytaxtı” statusu Bursadan Şuşaya təhvil veriləcək

Dünən, 12:25- "Kəskin koronar sindromu haqqında nə bilirik?"

Dünən, 12:00- Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir

Dünən, 11:37- Mədəniyyət naziri UNESCO-ya çağırış edib

Dünən, 10:42- ÜST pandemiyaya hazırlıqla bağlı müqavilə layihəsinin müzakirəsinə başlandığını bildirib

Dünən, 10:16- Səbinə Xasayeva qəbul keçirdi

7-12-2022, 17:19- Sabah eyni vaxtda üç astronomik hadisə baş verəcək

7-12-2022, 16:51- Şəmkirdə ər arvadını qətlə yetirib

7-12-2022, 16:23- Azərbaycanda ilk dəfə F1 Sprint yarışları keçiriləcək

7-12-2022, 16:00- Milli Peyvənd Təqviminə dəyişiklik edilə bilər

7-12-2022, 15:04- İspaniyada iki qatar toqquşub, 150-dən çox insan yaralanıb

7-12-2022, 14:40- ƏSA Teatrı ölkəmizi beynəlxalq teatr festivalında təmsil edəcək

Haqqımızda Əlaqə

Ölkə başçısı fəaliyyətimizin başlıca qayəsini müəyyənləşdirdi

Tarix:14-11-2022, 10:17

Ölkə başçısı fəaliyyətimizin başlıca qayəsini müəyyənləşdirdi
"Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etmişdi. Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə məhəl qoymayan işğalçı dövlət sülh danışıqlarından yayınır, regionda möv¬cud status-kvonu saxlamağa çalışırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə demişdi ki, Azərbaycanda ikinci erməni dövləti yaradılmasına imkan ver¬mə¬yə¬cəyik. Bu qətiyyətli bəyanat da işğalçı dövləti işğalçılıq niyyətindən daşındırmamışdı". Bunu Milli Məclisin deputatı Səbinə Xasayeva SABAHİNFO.AZ saytına açıqlamasında deyib.

Millət vəkili qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun hissələri Ermənistan silahlı qüvvə¬lə¬rinin iri miqyaslı təxribatlarının qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezi¬denti cənab İlham Əliyevin əks-hücum əmri ilə döyüşlər başladı. Azərbaycan Ordusu düşmənin illərlə möhkəmləndirdiyi müdafiə sədlərini darmadağın etdi, mövqe qələbələri qazandı: "Xalqın müharibəsi olan bu müharibədə ordumuz noyabrın 8-də Şuşanı işğaldan azad et¬di. Bu qələbə İkinci Qarabağ müharibəsinin sonu demək idi. Azərbaycan ordusu düşmənə qalib gəlmişdi. Üçtərəfli razılaşma Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu... Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri başladı. “Zəfər yolu” da quru¬cu¬luq işlərinin tərkib hissələrindən biri idi. Ölkə başçımız dedi: “Qəhrəman övladlarımız dağlar¬dan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb”. Bu kəlamlar hər bir azərbay¬can¬lı¬nı Zəfər qədər qürurlandırır".

S.Xasayeva bildirib ki, vətən müharibəsi işğalçı dövlətin də, torpaqlarını işğaldan azad edən dövlətin də ordu¬la¬rının xarakterini göstərdi: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Hərbçilərimiz ölümə gedirdilər, “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər, bir nəfər də olsun fərari olmamışdı”. Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışında Azərbaycan Respubli¬ka¬sının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsinin xarakterini də, qazanılan Zəfərini də, qürurla yenidən bildirdi. bu amillə bağlı dedi: “Müharibəyə gedən yol bir çox istiqamət¬lər¬dən keçmişdir. İlk növbədə, biz özümüz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə bizim maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və biz bunu etdik. Bizim iqtisadiyyatımız gücləndi, biz öz hesabımıza yaşayırıq, heç kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik, özümüz imkan daxilində öz həyatımızı qururuq və yaxşı da qururuq”.

Ölkə başçımızın Şuşada çıxışı hər birimizin bundan sonrakı fəaliyyətimizin başlıca konturlarını müəyyənləşdirdi. Vəzifələrimizi dövlətə, dövlətçiliyə, azərbaycançılığa sədaqətlə yerinə yetirəcəyik"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...