Anons

23-09-2022, 17:41- Azərbaycanda Milli Şəhərsalma Forumu keçiriləcək

23-09-2022, 15:08- Azərbaycanda 3 radio yayımçısına lisenziya verilib

23-09-2022, 14:43- Azərbaycan taekvondoçuları Avropa çempionatında mübarizə aparacaq

23-09-2022, 14:17- “Nar” ölkədə jest dilinin inkişafına töhfə verməyə davam edir

23-09-2022, 13:52- 352 hərbçi yüksək texonologiyalı protezlə təmin edilib

23-09-2022, 13:26- Azərbaycanda “Təqib və İzləmə” sistemi yaradılacaq

23-09-2022, 13:00- Sabahın hava proqnozu açıqlanıb

23-09-2022, 12:35- Ötən il Azərbaycanda 102 ölkədən 8 minə yaxın əcnəbi tələbə təhsil alıb

23-09-2022, 12:08- Dünyanın ən çox səhifəli kitabı - bütün nüsxələri satıldı

23-09-2022, 11:44- Azərbaycana payız gəldi

23-09-2022, 11:19- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

23-09-2022, 10:27- Hərb sahəsində uğurlarımız ordu quruculuğu sahəsində həyata keçirilən islahatların nəticəsidir

23-09-2022, 10:00- Yollara ümid deyib həmişə... - Bayram Məmmədov yazır

22-09-2022, 17:00- Bakı aeroportunda kran aşıb, ölən və yaralanan var

22-09-2022, 16:35- Psixoloq, Kouç Arzu Kərimova: "Bu sahəyə gələrkən heç ağlıma gəlməzdi ki, insanların ruhu bu qədər yorğun və bitkindir"

22-09-2022, 16:09- Orta məktəblərdə niyə dərsliklər çatışmır? - AÇIQLAMA

22-09-2022, 15:44- “Filizçay” polimetal yatağının təsdiqlənmiş filiz ehtiyatlarının həcmi artırılıb

22-09-2022, 15:17- "Azərbaycan - İraq" Mədəni Əlaqələr İB-nin nümayəndələri Mingəçevirdə olub - FOTO

22-09-2022, 14:53- Bulvarda sökülən atraksionların yerinə niyə yeniləri gətirilmir? - AÇIQLAMA

22-09-2022, 14:26- Sabahın hava proqnozu açıqlanıb

Haqqımızda Əlaqə

“MİSLİ” VƏ “POZ, QAZAN” qumarı da fiaskoya uğradı — SƏBƏB

Tarix:7-09-2022, 13:25

“MİSLİ” VƏ “POZ, QAZAN” qumarı da fiaskoya uğradı — SƏBƏB
Son aylar “Misli” və “Poz, qazan” lotereyalarına maraq kəskin şəkildə azalıb.

Bunu adi müşahidələr də təsdiqləyir.

Əvvəllər köşklərin qarşısında izdiham, növbələr olardı, indisə tək-tük, adda-budda şəxs həmin mərc oyununda şansını yoxlayır.

Bu da ondan irəli gəlir ki, “Azərlotereya” ASC tərəfindən təşkil edilən mərc oyunları, əslində qumar heç də insanların etimadını qazanmadı.

Hər dəfə aldığı kupon boşa çıxan, uduzan, pulu gedən adamlar anlamağa başladılar ki, şirnikləndirici mahiyyət daşıyan “Poz, qazan” qumarı fırıldaqdır, aldatmaqdır, cibə girməkdir.

Əgər kupon alanlar arasında hər 10 nəfərdən heç olmasa 4 nəfəri qalib gəlsəydi, bəlkə inam yaranardı, oynayanların sayı sürətlə artardı.

Amma 10 kupondan elə 10-da qumar təşkil edən qalib gəlirsə, uzaqbaşı 1 nəfər uzağı qoyduğu pulu çıxarırsa, o halda niyə yenidən bu qumara baş qoşsunlar ki?!

O baxımdan “Azərlotereya”nın layihəsi batmaqdadır və küçələrdə təşkil edilən bu mərc oyunlarına daha üz tutanlar yoxdur.

Sosioloq Elçin Bayramlının TİA.Az-a bildirdiyinə görə, artıq insanların çoxu başa düşdü ki, bundan heç bir xeyir yoxdur və bu oyunlardan nadir hallarda nəsə qazanmaq olar.

Onun sözlərinə görə, əhalinin lotereyalara olan inamı getdikcə azalacaq, lakin yeni, fərqli, şirnikləşdirici lotereyalar yaradacaqlar:

“Lotereya bumunun yaranması üçün adətən iki səbəb olur: birincisi, əhalinin sosial vəziyyəti ağırlaşanda insanlar çıxış yolunu bunda görürlər, ikincisi, lotereyalara əvvəlcədən buraxılan uduşları qazananda insanlar arasında bu məlumat tez yayılır və maraq yaranır.Belə ki, ilk başda uduşlar çox buraxılır, lotereyalar kütləviləşəndən sonra isə uduşlar azalır. Artıq insanların çoxu başa düşdü ki, bundan heç bir xeyir yoxdur, nadir hallarda nəsə qazanmaq olar. Çünki bir nəfərin udması üçün neçə min nəfər uduzmalıdır”.

Sosioloq hesab edir ki, lotereya bundan artıq irəli gedə bilməzdi:

“Ona görə də proses getdikcə zəifləyəcək. Bunun qarşısını almaq üçün isə yeni, fərqli, şirnikləşdirici lotereyalar yaradacaqlar ki, insanların son qəpiklərini də əllərindən alsınlar.Ümumiyyətlə, lotereya açıq-aşkar qumardır. Faktiki olaraq yığılan pulun hələ rəsmi deyilən məlumatlarda cəmi 50 faizinin uduşa buraxıldığı göstərilir. Lotereyalar neçə insanın bədbəxtliyinə səbəb oldu, buna görə ailələr dağıldı. Bu məsələlərə olduqca ciddi yanaşılmalıdır”.

Mənbə: Demokrat.azскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...