Anons

23-09-2022, 17:41- Azərbaycanda Milli Şəhərsalma Forumu keçiriləcək

23-09-2022, 15:08- Azərbaycanda 3 radio yayımçısına lisenziya verilib

23-09-2022, 14:43- Azərbaycan taekvondoçuları Avropa çempionatında mübarizə aparacaq

23-09-2022, 14:17- “Nar” ölkədə jest dilinin inkişafına töhfə verməyə davam edir

23-09-2022, 13:52- 352 hərbçi yüksək texonologiyalı protezlə təmin edilib

23-09-2022, 13:26- Azərbaycanda “Təqib və İzləmə” sistemi yaradılacaq

23-09-2022, 13:00- Sabahın hava proqnozu açıqlanıb

23-09-2022, 12:35- Ötən il Azərbaycanda 102 ölkədən 8 minə yaxın əcnəbi tələbə təhsil alıb

23-09-2022, 12:08- Dünyanın ən çox səhifəli kitabı - bütün nüsxələri satıldı

23-09-2022, 11:44- Azərbaycana payız gəldi

23-09-2022, 11:19- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

23-09-2022, 10:27- Hərb sahəsində uğurlarımız ordu quruculuğu sahəsində həyata keçirilən islahatların nəticəsidir

23-09-2022, 10:00- Yollara ümid deyib həmişə... - Bayram Məmmədov yazır

22-09-2022, 17:00- Bakı aeroportunda kran aşıb, ölən və yaralanan var

22-09-2022, 16:35- Psixoloq, Kouç Arzu Kərimova: "Bu sahəyə gələrkən heç ağlıma gəlməzdi ki, insanların ruhu bu qədər yorğun və bitkindir"

22-09-2022, 16:09- Orta məktəblərdə niyə dərsliklər çatışmır? - AÇIQLAMA

22-09-2022, 15:44- “Filizçay” polimetal yatağının təsdiqlənmiş filiz ehtiyatlarının həcmi artırılıb

22-09-2022, 15:17- "Azərbaycan - İraq" Mədəni Əlaqələr İB-nin nümayəndələri Mingəçevirdə olub - FOTO

22-09-2022, 14:53- Bulvarda sökülən atraksionların yerinə niyə yeniləri gətirilmir? - AÇIQLAMA

22-09-2022, 14:26- Sabahın hava proqnozu açıqlanıb

Haqqımızda Əlaqə

SN: İnfarkt və ya insult riski COVİD-ə yoluxub sonra sağalanlar üçün bir müddət aktuallığını itirmir

Tarix:2-09-2022, 11:08

SN: İnfarkt və ya insult riski COVİD-ə yoluxub sonra sağalanlar üçün bir müddət aktuallığını itirmir
"COVİD-19-a yoluxanlar arasında ilk növbədə ürəyin işemik xəstəliyi, arterial hipertenziya, şəkərli diabet, xroniki ürək çatışmazlığı olanlarda fəsadların ehtimalı yüksəkdir. Bununla yanaşı, bəzi tədqiqatlar göstərir ki, infarkt və ya insult kimi ürək-damar xəstəliklərinin riski koronavirusa yoluxub sonra sağalanlar üçün bir müddət aktuallığını itirmir. Xarici müəlliflərin fikrincə, ürək-damar sisteminin zədələnməsi COVID-19-un şiddətindən və ya sağalma müddətindən asılı deyil. Rusiyalı kardioloqların məlumatına görə, kardiologiya şöbəsinə yerləşdirilən hər üç nəfərdə koronavirusdan sonra ürək problemi aşkarlanıb. Bu vəziyyətdə simptomlar sağaldıqdan bir neçə ay sonra görünür".

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Yusif Nağıyev bildirib. Onun sözlərinə görə, COVİD-19 həm qanyaradıcı, həm də ürək-damar sisteminə təsir göstərir:

"Nəticədə ürək çatışmazlığı inkişaf edir. Miokardit tez-tez ritm pozğunluqları, xüsusən də atrial fibrilasiya ilə müşayiət olunur. Nadir hallarda xəstənin ölümünə səbəb ola biləcək həyati təhlükəsi olan mədəcik taxikardiyasının inkişafına zəmin yarada bilər".

Həkim qeyd edib ki, kəskin miokard infarktı aterotromboz nəticəsində baş verir:

"Bu, aterosklerotik piləyin yırtılması ilə əlaqədardır. Trombogen xəstəliyi kimi, COVİD-19 trombozların riskini artırır və məlumdur ki, bu xəstəliyin letallığı məhz onunla bağlıdır.

Amma tədqiqatlar göstərib ki, yaşdan asılı olmayaraq inkişaf edən başqa bir mümkün fəsad meydana gələ bilər, yəni damarların daxili səthində aterosklerotik piləyin qeyri stabilləşməsi və yırtılması. Bu, miokard və ya beyin infarktının inkişafına səbəb ola bilər.
Digər ağır fəsad - ağciyər emboliyasıdır. Onun mənbəyi aşağı ətrafların damarlarında köhnə tromblardan qopmuş bir hissə və ya birbaşa ağciyər arteriyasında yeni yaranan tromb ola bilər.

Klinik təzahürlərdən asılı olmayaraq, xəstəliyin kəskin mərhələsində bir çox insanlar SARS-Cov-2 infeksiyasının ən azı iki ay davam edən və başqa diaqnozla izah olunmayan ilk simptomlarının başlanmasından təxminən 3 ay sonra patoloji simptomlar yaşayırlar.

Post-COVID zamanı ən çox görülən simptomlar yorğunluq, halsızlıq və öskürəkdir. Çox vaxt fiziki aktivlik zamanı gücün tükənməsi, yorğunluq müşahidə olunur. Post-COVID sindromunun epidemiologiyası kifayət qədər öyrənilməyib, hazırda bu istiqamətdə araşdırmalar davam edir. Məlumdur ki, sindromun təzahürləri geniş yayılıb.

Araşdırmaların nəticəsinə görə, koronavirus infeksiyasından sağalmış insanların 20-65 faizi 3-4 ay və ya daha çox müddətdə post-COVID sindromundan şikayətlənirlər. Simptomların müddəti 1-2 aydan bir ilə qədərdir".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...