Anons

Bu gün, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Bu gün, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Bu gün, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Bu gün, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Bu gün, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Bu gün, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Bu gün, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Bu gün, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Bu gün, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Bu gün, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Bu gün, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Bu gün, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Bu gün, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Bu gün, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

Dünən, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

Dünən, 22:34- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

Dünən, 21:49- İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

Dünən, 17:31- Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

Dünən, 17:09- Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

Dünən, 15:35- Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

Haqqımızda Əlaqə

İnstitutun direktor müavini ilə bağlı 1 milyonluq dava - ''Kislotanı mənə verdi ki, apar, o qadının üzünə at...''

Tarix:23-06-2022, 10:13

İnstitutun direktor müavini ilə bağlı 1 milyonluq dava -
“Qızı Gülşən mənə 20 min pul verdi ki, “apar kislotanı, ərimin gəzdiyi qadının üzünə at”. Getdim, onu gördüm, edə bilmədim. Gəldim, özünə də dedim ki, al bu pulu, mən eləyə bilmərəm. Pulu atdı yerə. Götürdüm, dedim: “Hara qoyum?” Dedi ki, mənə lazım deyil. Dedim, sənə lazım deyil, mənə lazımdır, götürdüm. Özü də gördü, bildi…”.

KONKRET.az xəbər verir ki, bu fikirləri məhkəmədə səsləndirən şəxs 36 yaşlı Xanım Zeynalovadır. O, Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın evindən 536 min dollar nəğd pul və 143 min 400 manat dəyərində qızıl-zinət əşyaları (brilyant sərğa-üzük dəstləri, qızıl onluqlar, beşliklər, “Rolex” markalı və digər saatlar və s.) oğurlamaqda ittiham edilərək həbs olunub. Ümumilikdə təxminən 1 milyon 50 min manatlıq oğurluqda təqsirləndirilən Xanım Zeynalova ittihamı qəbul etmir. O, Aybəniz Əliyevanın evində təxminən dörd il xidmətçi işləyib və 2014-cü ilin dekabrında işdən çıxıb.

Xanım Zeynalovanın sözlərinə görə, Aybəniz Əliyeva onu şərləyir: “Mən heç nə oğurlamamışam, öz əməllərini ört-basdır etməkdən ötrü hər şeyi mənim boynuma yıxırlar. Qızı Gülşən gəlib anasının seyfindən paçka-paçka pulları aparırdı. Arabir mənə də üzükdən-puldan verirdi ki, anasına deməyim. Anası özü də yaxşı bilir ki, pullar, qızıllar hara gedib. Bunlar polisə birinci dəfə mən oradan çıxandan 10 ay sonra şikayət ediblər. O vaxta qədər niyə xəbər tutmamışdılar ki, bu qədər pul-qızıl yoxdur? Deməli, yalan deyirlər, şərləyirlər”.

Təqsirləndirilən şəxsin bildirdiyinə görə, Aybəniz Əliyevanın evinə çoxlu adamlar gəlib-gedirmiş: “Onlardan biri də Nəsimi rayonunun prokuroru idi. Mənim həbsimə sanksiya veriləndə prokurorun özünə də dedim”.

Xanım Zeynalova Aybəniz Əliyevanın özünü dövlətin pulunu mənimsəməkdə ittiham edir: “Adamdan bir soruşan yoxdur ki, yaxşı, o qədər pul, qızıl səndə hardandır. Onun evində bilirsiz nə qədər kartlar vardı? Adı instituta işçi kimi yazılıb, maaşları bunlar alır. Hər ay mən gedib çıxarıb gətirirdim pulları. Bilirsiniz, bu, qızları Gülşən və Günelə şəhərin mərkəzində nə qədər bahalı evlər alıb? Nəvəsinə neçə bahalı maşınlar alıb? Hardandı bu pullar? İndi öz əməllərini ört-basdır eləmək üçün məni şərləyirlər”.

Təqsirləndirilən Xanım Zeynalova həbsinə görə həm də Aybəniz Əliyevanın bacısı oğlu Gülmar Abbasovu ittiham edir: “Bütün işlərin başında o dayanır”. Gülmar Abbasovun Ali Məhkəmənin icra şöbəsinin rəhbəri olduğu bildirilir. Məhkəmənin hazırlıq iclasında zərərçəkmiş tərəf təqsirləndirilən şəxslə barışıq sazişi imzalayıb. Məhkəməyə notariat kontorundan nümayəndə gətirilib və o, barışığı qeydə alıb. Razılaşmaya əsasən, Xanım Zeynalovanın evləri zərərçəkmişə verilir, o da şikayətindən imtina edir”.

Müşviq Tofiqoğlu,
KONKRET.azскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...