24-06-2022, 17:17- Defektoloq-Loqoped Şəbnəm Əsgərova: "Öz işimin fanatıyam"
24-06-2022, 16:55- Əcnəbiləri ölkə ərazisinə qanunsuz keçirən şəxslər saxlanılıb
24-06-2022, 16:51- Azərbaycanda 17 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölüb
24-06-2022, 16:23- Xalça Muzeyində qurama nümunələrindən ibarət sərgi açılacaq
24-06-2022, 15:38- Azərbaycanda psixatrop maddə istifadəçiləri artıb - RƏSMİ
24-06-2022, 15:09- Bu bağçalara uşaq qəbulu sərbəstdir - Nazirlik
24-06-2022, 14:42- ANAMA sədri BQXK-nın nümayəndələri ilə görüşüb
24-06-2022, 13:58- Sabah 37 dərəcə isti olacaq
24-06-2022, 13:27- Bu gün planetlər paradı olacaq
24-06-2022, 13:00- “Space” TV-yə ciddi xəbərdarlıq olunub
24-06-2022, 12:33- Hərbi orkestrlərin yürüşləri olacaq - SİYAHI
24-06-2022, 12:05- Azərbaycanda KOB İnkişaf Fondu yaradılır
24-06-2022, 11:46- FHN-in amfibiya təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb
24-06-2022, 11:19- Azərbaycan nümayəndəsi BMT-nin Komitəsinə üzv seçilib
24-06-2022, 10:51- Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
24-06-2022, 10:24- Peşə bayramın mübarək, qalib Azərbaycan əsgəri
24-06-2022, 10:00- Millət vəkili və YAP Qaradağ rayon təşkilatının sədri Lökbatan qəsəbəsində bir qrup vətəndaşı qəbul ediblər
23-06-2022, 16:17- Ukraynada 152 mədəni abidə qismən və ya tamamilə dağıdılıb
23-06-2022, 15:56- Azərbaycan-Gürcüstan təhsil sahəsi üzrə əməkdaşlıq Sazişi təsdiqlənib
23-06-2022, 15:23- Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM
Ölkədə istehsal edilən bəzi kənd təsərrüfat məhsulları ixrac üçün nəzərdə tutulduğundan daxili bazar onları qaldıra bilmir. Yəni həddindən artıq bolluq yaranır. Təsərrüfat sahibləri dəfələrlə müraciət edərək, pomidorun ixracına Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən süni əngəllər yaradıldığını qeyd ediblər. Qurum Rusiyadan qadağa tətbiq edilməsi bəhanəsi gətirərək özbaşınalığı davam etdirir. Ümumiyyətlə, AQTA nə sahibkarların, nə istehsalçıların maraqlarına xidmət edir. Anaxeber.info bildirir ki, sahibkarlar pomidor ixracında əsassız maneələrə rast gəlir. Məlumdur ki, pomidor ixracının 80 faizi Rusiya bazarlarına gedir. Belə bir tələbat dövründə isə AQTA Rusiya bazarlarına pomidor daşınmasına imkan vermir. Sahibkarların sözlərinə görə, Avropa bazarlarına pomidor ixracının payı son dərəcə azdır, əsas yeri Rusiya tutur. Bildirilir ki, AQTA laboratoriyanın cavabını belə 3 sutkaya verə bilmir. Misal üçün Tovuzda pomidor üçün götürülən nümunə hökmən Bakıya getməli, orada laborator ekspertiza olmalıdır. Bu isə bir maşının 4 gün ortada qalması deməkdir. Operativlik olmadığından həmi məhsul Avropaya necə gedib sağlam çıxa bilər?! Sahibkarlara və istehsalçılara şablon xarakterli cavablar verən AQTA niyə regionlarda laboratoriyaların sayını artırmır? Sahibkarlar qeyd edirlər ki, qurum regionlarda laboratoriyalar tikə bilər. Onların dediyinə görə, dəfələrlə Qida Təhlükəsizliyi Agentliyinə müraciət etsələr də, Rusiyanın pomidor ixracına qoyduğu qadağanı ləğv etdiyini bildirsələr də, Agentlik onlara pomidor ixracına yenə problem yaradır. Ancaq göstərilən əsas fakt ondan ibarətdir ki, kvota məsələsini bəhanə edərək icazəsi olan istixanalara belə fito sertifikat verilməsini məhdudlaşdırırlar. Maraqlı olan odur ki, "Azfrut Promo" MMC istixanasından pomidor limitsiz ixrac edilir. Bəs, səbəb nədir, niyə ayrıseçkilik edilir? Sahibkarlar soruşurlar ki, başqa istixanalardan vaqon üçün daxili fito sertifikat alınarkən maneələr olduğu halda, nə üçün "Azfrut Promo" MMC-yə bu maneə tətbiq olunmur? İç adamlarının dediyinə görə, həmin istixana Qida Təhlükəsizliyi Agentliyinin himayəsindədir. Belə desək, sədr Qoşqar Təhməzlinin biznesinə daxildir və bu məmur konkret inhisarçılıq edir. Çünki gün ərzində ölkə ərazisindən ixrac edilən pomidor məhsulun 60 faizi həmin "Azfrut Promo" MMC-nin payına düşür. Bundan əlavə, deyilir ki, sözügedən qurumun bəzi regionlarda laboratoriya qıtlığı və ixraca maneə yaratması səbəbləri araşdırılmalıdır. Çünki həmin laboratoriya nümunələrini Bakıda müayinədən keçirilməsi sahibkarı bir-iki sutka geriyə salır. Yəni bu da böyük zərər deməkdir. Prezidentə üz tutan sahibkarlar yardım istəyirlər. Onlar deyirlər ki, ölkədən ixrac edilən pomidor məhsulunun bu cür inhisar altına alınması yolverilməzdir və qarşısı alınmalıdır. Bundan əlavə, dünya standartlarında qəbul olunmuş normaya görə üyüdülmüş ədvaların istifadə müddəti 6 aydır. Sual yaranır, niyə Azərbaycanda 3 il ədvalar qeyri-soyuducu şəraitində satılır? Ancaq AQTA buna göz yumur və rəhbəri Qoşqar Təhməzli ədviyyatların saxlanma müddətini və şəraitini araşdırmır. Yaxud da qurumun əməkdaşları özlərinə sərf edən şəkildə "monitorinq" aparırlar. Bundan başqa, digər problemə diqqət edək və yenə AQTA faktoru önə çıxır: belə ki, Bakıda böyük marketlərdə heyvan üçün nəzərdə tutulmuş qara undan çörək bişirilir. Onu yeyən kimi baş ağrı verir, hətta yüngül zəhərlənmə qaçılmazdır. O halda nə üçün AQTA qida təhlükəsizliyimizə birbaşa aidiyyatı olan bu məsələni araşdırmır? Əhaliyə heyvan üçün nəzərdə tutulan undan çörək bişirilib satılır, Agentlik isə mürgüləyir. Bundan başqa, ölkəyə idxal edilən enerji içkiləri var, onlar gəncliyi məhv etməkdədir. Bura "Hell", "Bizon", "Red Bull" və digərləri daxildir. Bir müddət əvvəl təkliflər və çağırışlar da səsləndi ki, enerji içkilərinin ölkəyə gətirilməsi məhdudlaşdırılmalıdır. Amma gündəmdən çıxdı. Həmçinin Azad İstehlakçılar Birliyi süd məhsullarının saxta olduğu faktlarını üzə çıxarır, amma AQTA bu problemə də məhəl qoymur. Həmçinin, AQTA kartof yetişdirən fermerlərin də başına oyun açır. Belə ki, kənddə kartof yetişdirən zavallı əsgər atası məhsulunu Rusiya bazarına çıxarmaq üçün Qoşqar Təhməzlinin "qıl" körpüsündən keçməlidir.
Mənbə: Teref.az