Anons

24-06-2022, 17:17- Defektoloq-Loqoped Şəbnəm Əsgərova: "Öz işimin fanatıyam"

24-06-2022, 16:55- Əcnəbiləri ölkə ərazisinə qanunsuz keçirən şəxslər saxlanılıb

24-06-2022, 16:51- Azərbaycanda 17 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölüb

24-06-2022, 16:23- Xalça Muzeyində qurama nümunələrindən ibarət sərgi açılacaq

24-06-2022, 15:38- Azərbaycanda psixatrop maddə istifadəçiləri artıb - RƏSMİ

24-06-2022, 15:09- Bu bağçalara uşaq qəbulu sərbəstdir - Nazirlik

24-06-2022, 14:42- ANAMA sədri BQXK-nın nümayəndələri ilə görüşüb

24-06-2022, 13:58- Sabah 37 dərəcə isti olacaq

24-06-2022, 13:27- Bu gün planetlər paradı olacaq

24-06-2022, 13:00- “Space” TV-yə ciddi xəbərdarlıq olunub

24-06-2022, 12:33- Hərbi orkestrlərin yürüşləri olacaq - SİYAHI

24-06-2022, 12:05- Azərbaycanda KOB İnkişaf Fondu yaradılır

24-06-2022, 11:46- FHN-in amfibiya təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb

24-06-2022, 11:19- Azərbaycan nümayəndəsi BMT-nin Komitəsinə üzv seçilib

24-06-2022, 10:51- Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür

24-06-2022, 10:24- Peşə bayramın mübarək, qalib Azərbaycan əsgəri

24-06-2022, 10:00- Millət vəkili və YAP Qaradağ rayon təşkilatının sədri Lökbatan qəsəbəsində bir qrup vətəndaşı qəbul ediblər

23-06-2022, 16:17- Ukraynada 152 mədəni abidə qismən və ya tamamilə dağıdılıb

23-06-2022, 15:56- Azərbaycan-Gürcüstan təhsil sahəsi üzrə əməkdaşlıq Sazişi təsdiqlənib

23-06-2022, 15:23- Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM

Haqqımızda Əlaqə

Səfir Elmira Axundovanın Heydər Əliyevlə bağlı yalanı üzə çıxdı — Cəlal Əliyevdən TARİXİ SÖZLƏR (VİDEO)

Tarix:19-05-2022, 10:07

Səfir Elmira Axundovanın Heydər Əliyevlə bağlı yalanı üzə çıxdı — Cəlal Əliyevdən TARİXİ SÖZLƏR (VİDEO)
Keçmiş deputat, Ukraynadakı səfirimiz Elmira Axundova bütün fəaliyyəti boyunca ulu öndər Heydər Əliyevə sadiq olduğunu iddia edib, hətta müsahibələrində və çıxışlarında bildirir ki, 90-cı illərdə hər kəs Heydər Əliyevə salam verməyə qorxanda, o, daim ümumilli liderin yanında olub. Əslində onun karyerası da “minnətə bənzəyən” bu iddialarının üzərində qurulub və həmişə qapıların üzünə açılması üçün ulu öndərin adından sui-istifadə edib. Palaz-palaz kitablar, məqalələlər yazıb, daha sonra Prezident İlham Əliyevlə bağlı da kitab, məqalə yazıb və gördüyü işdən çox reklamını aparıb.

Mərhum akademik Cəlal Əliyevin sağlığında verdiyi və sosial şəbəkələrdə yeni yayımlanan müsahibəsində dedikləri isə Elmira Axundovanın ulu öndər Heydər Əliyevə heç də iddia etdiyi kimi dəstək vermədiyini, sadəcə olaraq, özünü “dəstək verən kimi” göstərərək, xal qazandığını sübut edir.

Eyni zamanda, Elmira Axundovanın iddialarını da de-şifrə edir. Elmira Axundovanın əsas iddialarından biri budur ki, Heydər Əliyev Moskvadan Bakıya gələndə hava limanında onu qarşılayıb.

Cəlal Əliyev isə Elmira Axundovanın yalan danışdığını dəqiq faktlarla deyir. Bildirir ki, Heydər Əliyevi hava limanında o və Rəfael Allahverdiyev qarşılayıb.

Səfir Elmira Axundovanın Heydər Əliyevlə bağlı yalanı üzə çıxdı — Cəlal Əliyevdən TARİXİ SÖZLƏR (VİDEO)

“Aeroportda təxribatçı qruplar var idi. Heydər Əliyev təyyarədən enən kimi maşına mindirdik. Maşında Heydər Əliyev, mən, Rəfael Allahverdiyev və Adil adlı sürücü var idi. Yolda qarşımızı kəsmyə çalışsalar da, planları baş tutmadı. Evə gəldik. Sabah Heydər Əliyev Şəhidlər Xiyabanına getdi, daha sonra Naxçıvana getdik”, - Cəlal Əliyev deyir və bildirir ki, Elmira Axundova kimi avanturistlər, fırıldaqçılar, minsifətlilər sonradan ortaya çıxıb “Heydər Əliyevi qarşıladıqlarını, dəstək verdiklərini” iddia edirlər.

Cəlal Əliyev Elmira Axundovanın yazdıqlarının yalan olduğunu deyir:

“Elmiranın yazdıqları yalandır. Sən hava limanına gəlmişdinsə, niyə bir gün sonra Şəhidlər Xiyabanında Heydər Əliyevi müşaiyyət etmədin? Fırıldaqçıdırlar. Heydər Əliyevi yalnız üç nəfər qarşılayıb, mən, Adil adlı sürücü və Rəfael Allahverdiyev”.

Videomüsahibədən də göründüyü kimi, Elmira Axundova ulu öndər Heydər Əliyevə dəstək verdiyi haqda Cəlal Əliyevin də təsdiqlədiyi kimi böyük yalan danışır.

скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...