Anons

Dünən, 18:07- Azərbaycanda son sutkada COVID-ə yoluxma və ölüm qeydə alınmayıb

Dünən, 17:34- Azərbaycanda bəzi siqaret növləri mağazalarda niyə tapılmır? - RƏSMİ AÇIQLAMA

Dünən, 16:27- Azərbaycanın kişi qrossmeysterlərinin sayı 27-yə çatdı

Dünən, 16:00- Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb

Dünən, 15:32- Bu gün Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu fəaliyyətini bərpa edəcək

Dünən, 15:08- İTV: "Avroviziya" təşkilatçıları bizim adımızdan öz nəticələrini elan edib - AÇIQLAMA - VİDEO

Dünən, 14:46- Şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ

Dünən, 14:18- 200-ə yaxın şəxs Azərbaycandan deportasiya olunub

Dünən, 13:53- Həkim-kosmetoloq Ülkər Babayeva: "Aşırı dərəcədə edilən prosedurların əleyhinəyəm"

Dünən, 13:00- Bu il Bakıdakı kənd təsərrüfatı sərgilərində 450-yə yaxın şirkət iştirak edəcək

Dünən, 12:32- Azərbaycandan növbəti Ümrə ziyarətinin tarixi açıqlanıb

Dünən, 12:07- Ukraynada müharibədə ölən uşaqların sayı 229-a çatıb

Dünən, 11:44- Bu çıxış ürəklərdə də qalacaq, tarix kimi tarixdə də

Dünən, 11:19- Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

Dünən, 10:51- İran parlamentinin vitse-spikeri Azərbaycana səfər edəcək

Dünən, 10:26- İlin ilk Ay tutulması baş verib

15-05-2022, 12:34- Nutrisioloq-diyetoloq Aygün Abbasova: "Ağlıma gəlməzdi ki, insanların bu qədər çəki problemi olar"

14-05-2022, 15:58- Ultrasəs həkimi Zümrüd Ələkbərova: "Ağlıma gəlməzdi ki, bu peşəyə bu qədər aşiq olaram"

14-05-2022, 12:29- "Tik-Tok" da göbəy rəqsi ilə aləmi qatan MƏMUR: Direktor və oğlunun "Azəravtoyol" MƏCARALARI/VİDEO

13-05-2022, 17:10- Azərbaycanda daha 9 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Haqqımızda Əlaqə

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin irsi hamımızın ömründən keçir

Tarix:9-05-2022, 11:53

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin irsi hamımızın ömründən keçir
Tarixi şəxsiyyətlər xalqını dünyaya böyük sevgilərlə tanıdır, tanıda-tanıda ona ehti­ram­lar qazandırır.

Böyük tarixi şəxsiyyətlər tarixin axarını xalqının sabahlarına yönəldə bilir. Bu tarix xal­qın ta­rixidir, dövlətçiliyin tarixidir, dövlətin tarixidir. Ona görə hər birimizin yaşatmalı oldu­ğu­muz ta­rixdir. Biz tarixi də yaşadırıq, tarix yaradanları da. Heydər Əliyev belə tarixi şəxsiy­yət­lərdən idi. Tarixi şəxsiyyətlərin hər kəlamı yaşarı kəlamdır, mahiyyəti xalqın sabah­la­rına dü­şən işıqdır. Heydər Əliyev deyirdi: “Milli mənsubiyyət hər bir insan üçün onun qürur mən­bə­yi­dir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbay­can­lı­yam!”. Bu qü­­rur da tarixi qürurdur...

Ulu öndər Heydər Əliyevin gənclər siyasəti Sovetlər dönəmində Azərbaycana rəhbərliyi döv­ründə fəaliy­yə­ti azərbaycanlı gənclərin milli qürurunun, milli heysiyyətinin mənəvi dəyər­lər əsasında formalaş­ma­sı­nı təmin edirdi.

Böyük tarixi şxsiyyətin milli dövlətçiliyin ideya-siyasi əsasları Azərbaycana rəhbərlik etdiyi illərdə azərbycançılıq ideologiyasına söykənirdi. Sovetlər dönəmində müttəfiq respubli­ka­nı belə bir ideologiya əsasında idarə etmək böyük risk, güclü, dönməz məntiq, natiqlik qabi­liy­yəti və digər bu kimi dəyərlər tələb edirdi. Mərkəzin imperiyanın mənafelərinə sığışma­yan təd­bir­lə­rə görə “niyə?”ləri güclü məntiq, güclü natiqlik qarşısında aciz olurdu. Ona görə də Azərbay­ca­nın dinamik inkişafı digər müttəfiq respublikalardan fərqlənirdi.

Bakıda ittifaq miqyaslı sənaye müəssisələrinin yardılması respublikanın iqtisadi potensialı­nın yüksəldilməsinə xidmət etməklə, minlərlə vətəndaşın iş yeri idi. Ozon zavodu, Məi­şət Kon­di­sio­nerləri zavodu, Elektron Hesablama Maşınları zavodu, Radio zavod, ... həm də Azərbay­ca­na həm ittifaq miqyasında, həm də beynəlxalq miqaysda nüfuz qazandırırdı – Bakı tanınırdı, Azərbaycan tanınırdı.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycan ədəbiyyatının, Azərbaycan incəsənə­ti­nin, Azərbaycan mədəniyyətinin böyük hamisi idi. İmperiya xislətinin repressiyasına məruz qalmış Hüseyn Cavid Uzaq Sibirdə - İrkutsk vilayəti Tayşet rayonunun Şevçenko kəndində dəfn edilmişdi. Böyük şairin nəşinin Azərbaycana gətirilməsi Azərbaycan ədəbiyyatına, azər­bay­cançılıq məfkurəsinə böyük sədaqətin təsdiqi kimi tarixləşdi.

Bakıda Nəriman Nərimanovun, Nəsiminin, Cəfər Cabbarlının, ...heykəllərinin qoyulması da bu amalın təzahürü idi.

Ulu Öndərin Azrbaycana sevgisinin dünyəvi, bəşəri zəmanəti böyük şair Səməd Vur­ğu­nun “Azərbaycan” şeirindən qədərsiz sevgilərlə dediyi misralardır:


Mən bir uşaq. Sən bir ana,

Odur ki bağlıyam sana.

Hankı səmtə, hankı yana

Hey uçsam da yuvam sənsən,

Elim, günüm, obam sənsən...



Böyük tarixi şəxsiyyətin siyasətinin başlıca istiqamətləri Azərbaycanın sabahlarının bütün sahələrdə təmin edilməsini əhatələyirdi. O illərdə azərbaycanlı gənclərin hərbi xidməti ilə bağlı mövcud vəziyyəti nizami ordu quruculuğunun gələcəyinə istiqamətləndirmək məqsədi ilə onların sabiq SSRİ-nin ali hərbi məktəblərində təhsil alması, zabit kimi xidmət etməsi ide­ya­sını ger­çək­ləşdirdirdi. Bununla bir sırada Bakıda ibtidai hərbi məktəbin açılmasına da nail oldu: Azər­bay­cançılıq ideologiyasının təntənəsi kimi böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci il iyulun 20-də “İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haq­qın­da” Azər­baycan KP MK bürosu qərar qəbul etdi. Moskvanın ciddi etirazlarına bax­ma­ya­raq məktəb açıldı. Məktəbə Sovet İttifaqının güllələdiyi böyük sərkərdə diviziya koman­di­ri Cəm­şid Naxçı­vanskinin adı ve­ril­di. Məktəb 1971-ci ilin noyabrında açıldı. Azərbaycan Kom­mu­nist Partiyasının birinci katibi Heydər Əliyev hərb tariximizdə müstəsna əhəmiyyəti olan məktəbin açılışında iştirak etdi. Bu mək­təbin məzunlarından yüzlərlə zabit Birinci Qa­ra­bağ müharibəsində də, Vətən müharibəsində də rəşadətlə vuruşdu, onlarla məzun Azərbay­ca­nın ali mükafatlarına layiq görüldü...

Ən böyük azərbaycanlı kimi tanınan və sevilən, "Millətin milliliyini saxlayan onun dilidir. Şüb­həsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azər­bay­can dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı biri-birinə bağlıdır. Azərbay­can dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlə­ri­mizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir" - deyən dahi şəxsiyyət Heydər Əliyev həm də Azərbaycan dilinin böyük hamisi idi. Əvvəlki Konstitusiyalardan fərqli olaarq Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında dövlət dili Azərbaycan dili qəbul edildi. Sovet İttifaqının siyasi təzyiqlərı dövründə belə bir cəsarət indi də heyrətləndirici səviyyədə qürur doğurur. Bu qürur azərbaycançılıq qürurudur...

Azərbaycanda milli azadlıq hərəkatının kükrəyişindən çəkinən imperiya görünməmiş ci­na­yət törətdi. 1990-cı il yanvarın 19-u gecəsində Bakıda, daha bir neçə yerdə imperiya ordusu əhaliyə qarşı vəhşiliklər etdi. Faciənin səhərisi gün – yanvarın 21-də Moskvada yaşayan böyük tarixi şəx­siy­yət Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyi qarşısında çıxış edərək ci­na­­yə­ti törə­dən­lərin cəzalandırılmasını təkid etdi. Bu, böyük risk idi. Ulu Öndər xalqımıza görə, Azər­bay­canımıza görə bunu gerçəkləşdirdi...

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra dövlət idarəçiliyində yaranmış boş­luq, səriştəsizlik respublikada baş qaldıran separatçılıq milli qarşıdurma yaratmışdı. Onda, 1993-cü ilin iyununda xalq ciddi təkid ilə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Heydər Əliyevin Bakıya qayıdışı Qayıdış günü kimi tarixləşdi. Ulu Öndər vətəndaş qarşıdurmasını aradan qaldırdı, respublikada əmin-amanlıq təmin edildi.

Həmin dövrdə sərhədyanı rayonlarda torpağı milislər, əhali, yaradılan ərazi ozünümüdafiə taborları qoruyurdu. Vahid komandanlıq olmadığına görə belə müdafiə sistemi təsirli, ye­tər­li olmur­du. Nəticə etibarilə rayonların müdafiəsində yaranan boşluqlar işğala şərait yara­dır­dı.

Ulu Öndər daxili sabitliyi təmin etdi, sərhədlərimizin etibarlı səviyyədə qorunması məq­sə­di ilə ərazi özünümüdafiə taborlarının buraxılması haqqında sərəncam imzaladı. Bununla da or­du­da va­hid komandanlıq yaradıldı. Ordunun silahlandırılması, maddi-texniki bazasının möh­kəmlən­di­ril­mə­si, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində ciddi, gərəkli tədbir­lər həyata keçirildi. Bu, qısa müddətdə ordumuzun nizami ordu kimi for­ma­laş­ma mərhələsi oldu.

1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli lider Hey­dər Əliyev seçicilərin böyük əksəriyyətinin etimadını qazanaraq 98,84 faiz səslə Azərbaycan Res­pub­likasının Prezidenti seçildi. Bu, Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayə­sin­də ölkəmizdə ictimai-siyasi sabitliyin təmin edilməsinin başlanğıcı oldu, respublikanın sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.

İstər ictimaiyyətin, istərsə də ordunun torpaqlarımızın işğaldan azad ediləcəyinə inamını yüksəltmək üçün hərbi əməliyyat keçirildi. Ali Baş Komandan Heydər Əliyevin sərkərdəliyi ilə 1994-cü il yanvarın 5-də başlayan Horadiz əməliyyatında ordumuz Füzuli rayonunun 20 Arazboyu kəndini, Horadiz qəsəbəsini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğal­dan azad etdi. Bu qələbə sülh danışıqları baş tutmazsa, Azərbaycan ordusunun hərbi əməliyyatla­rı­nın, qazanacağı qələbələrin başlanğıcı kimi tarixləşdi. İctimaiyyət əmin oldu ki, belə bir qətiyyət torpaqlarımıızın iş­ğal­dan azad ediləcəyinin həm siyasi, həm də hərbi zəmanətidir...

Ulu Öndərin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan kimi ön xətdə, səngərlərdə hərbi qulluqçularla görüşləri, söhbətləri, onlara dəyərli tövsiyələri, hərbi xidmətdə fəqlənənləri təltif etməsi şəxsi heyətin mənəvi-psixolioji hazırlığını nəzərəçarpacaq dərəcədə yüksəldirdi. Bu yük­sə­liş ordu quruculuğunun mühüm tərkib hisslərindən biri oldu, ordumuz ni­za­mi ordu kimi for­ma­laş­dı, Cənubi Qafqazda ən güclü ordu oldu...

1994-cü il mayın 12-də cəbhədə atəşkəs razılaşmasından sonra dövlətçiliyin möhkəm­lən­dirilməsi, nizami ordu quruculuğu, eləcə də sosial həyatının bütün sahələrində dinamik inki­şa­fın təmin edilməsi baxımından zəruri tədbirlər həyata keçirildi. Real­laşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi, ölkədə əmin-amanlıq, sabitlik yarandı, azad bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş şərait yaradıldı, geniş miqyaslı islahatlara başlandı. Böyük İpək Yolu­nun bərpası, Avropa-Qafqaz-Asiya nəq­liy­yat dəhlizlərinin açılması, Xəzər hövzəsinin karbohid­ro­gen ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəql edilməsi layihələri həyata keçirildi. 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imza­lan­dı. “Əsrin mü­qa­viləsi” kimi tarixləşən bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycanın dünya dövlətləri arasında həm siyasi, həm də iqtisadi möv­qe­yi möhkəmləndi.

1995-ci il noyabrın 12-də keçirilən referendumla müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edildi. Zaman keçdikcə demokratik yolla prezident, parlament və bə­lədiyyə seçkiləri keçirildi. Qanunvericilik sahəsində aparılan hüquqi islahatlar nəticəsində şəx­siy­yət azadlığına və toxunulmazlığına təminat yaradıldı. Siyasi plüralizm, söz və vicdan azadlı­ğı­ üçün heç bir maneə qalmadı, mətbuatda senzura götürüldü. Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm hök­mü ləğv edildi. Siyasi-iqtisadi və sosial-mədəni həyatın bütün sahələrində Avropa Şurasının tələb­lə­ri baxımından dəyişikliklərə əsaslı zəmin yaradıldı. Azərbaycan 2000-ci il yanvarın 25-də Av­ro­pa Şurasına üzvlüyə qəbul olundu.

Azərbaycanın iqtisadi siyasətinin nəticəsi olan Bakı-Tbilisi-Ceyhan boru xətti Azər­bay­can neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Av­ro­pa bazarlarına nəqli kəməri olan Bakı – Tbilisi – Ceyhan neft kəməri də Ulu Öndərin Azərbaycan üçün gördüyü böyük işlərdəndir...

Böyük tarixi şəxsiyyət Heydər Əliyev dəfələrlə demişdi ki, bütün varlığı ilə Vətəninə və xal­qı­na qırılmaz tellərlə bağlıdır: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respubli­ka­sının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzi­fələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmaya­caq, heç bir dövlətin əsarəti altına düşməyəcək”. Bu bağlılıq Azərbycana, onun sabahlarına sədaqət idi...

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf kursunu özündən sonra inamla davam etdirə biləcək layiqli siyasi davamçısını yetişdirdi. Dahi rəhbər 2003-cü ilin oktyab­rın­da xalqa müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsə­lə­ləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcə­yi­nə böyük ümidlər bəsləyirəm”. Bu inam gerçəkləşdi. Azərbaycan Respublikasının Prezi­denti cənab İlham Əliyevin sərkərədəliyi ilə Vətən müharibəsi Zəfərlə başa çatdı, Ulu Öndərin arzuları gerçəkləşdi...

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev haqqında deyir: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən liderdir”.

Müasir Azərbaycanın dövlətçilik memarı olan böyük tarixi şəxsiyyət Heydər Əlyevin irsi

“Mən azərbaycanlıyam!” deyənlərin hamısının ömüründən keçir. Belə ömürləri böyük tarixi şəxsiyyətlər yaşayır...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...