Anons

Dünən, 18:07- Azərbaycanda son sutkada COVID-ə yoluxma və ölüm qeydə alınmayıb

Dünən, 17:34- Azərbaycanda bəzi siqaret növləri mağazalarda niyə tapılmır? - RƏSMİ AÇIQLAMA

Dünən, 16:27- Azərbaycanın kişi qrossmeysterlərinin sayı 27-yə çatdı

Dünən, 16:00- Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb

Dünən, 15:32- Bu gün Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu fəaliyyətini bərpa edəcək

Dünən, 15:08- İTV: "Avroviziya" təşkilatçıları bizim adımızdan öz nəticələrini elan edib - AÇIQLAMA - VİDEO

Dünən, 14:46- Şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ

Dünən, 14:18- 200-ə yaxın şəxs Azərbaycandan deportasiya olunub

Dünən, 13:53- Həkim-kosmetoloq Ülkər Babayeva: "Aşırı dərəcədə edilən prosedurların əleyhinəyəm"

Dünən, 13:00- Bu il Bakıdakı kənd təsərrüfatı sərgilərində 450-yə yaxın şirkət iştirak edəcək

Dünən, 12:32- Azərbaycandan növbəti Ümrə ziyarətinin tarixi açıqlanıb

Dünən, 12:07- Ukraynada müharibədə ölən uşaqların sayı 229-a çatıb

Dünən, 11:44- Bu çıxış ürəklərdə də qalacaq, tarix kimi tarixdə də

Dünən, 11:19- Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

Dünən, 10:51- İran parlamentinin vitse-spikeri Azərbaycana səfər edəcək

Dünən, 10:26- İlin ilk Ay tutulması baş verib

15-05-2022, 12:34- Nutrisioloq-diyetoloq Aygün Abbasova: "Ağlıma gəlməzdi ki, insanların bu qədər çəki problemi olar"

14-05-2022, 15:58- Ultrasəs həkimi Zümrüd Ələkbərova: "Ağlıma gəlməzdi ki, bu peşəyə bu qədər aşiq olaram"

14-05-2022, 12:29- "Tik-Tok" da göbəy rəqsi ilə aləmi qatan MƏMUR: Direktor və oğlunun "Azəravtoyol" MƏCARALARI/VİDEO

13-05-2022, 17:10- Azərbaycanda daha 9 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Haqqımızda Əlaqə

Prezident İlham Əliyevin cari ilin 6 aprel tarixli Brüssel səfəri və səfər zamanı keçirilmiş görüşlərin nəticələri haqqında

Tarix:9-04-2022, 17:09

Prezident İlham Əliyevin cari ilin 6 aprel tarixli Brüssel səfəri və səfər zamanı keçirilmiş görüşlərin nəticələri haqqında
- Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru. Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir;

- Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib;

- Ədalətli sülhün və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qərar. Aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür;

- Gərginliyin azalmasına xidmət edən razılıq. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır;

- Avropa İttifaqının dəstəyi. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur;

- İnfrastruktur layihələr müstəvisində əməkdaşlıq. Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınmışdır;

- Sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad yoxdur. Sözügedən fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranmışdır;

- Nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi. Avropa İttifaqı dünyada mövcud olan ön böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, qərəzsiz və bitərəfdir, Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Avropa İttifaqının məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır;

- Səmərəli və konstruktiv əməkdaşlıq. Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərtdir;

- Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir;

- Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır. Hazırda Ermənistanda gedən proseslər və Erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...