Anons

Dünən, 17:09- İşğaldan azad edilmiş digər ərazilər üzrə də sərnişindaşıma mərhələli şəkildə təmin ediləcək (ÖZƏL)

Dünən, 16:45- Sabah güclü külək əsəcək

Dünən, 16:18- Ötən il Azərbaycan Avropa İttifaqı ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

Dünən, 15:57- Məktəbdə yayılan növbəti videoyaya görə araşdırma aparılır (VİDEO)

Dünən, 15:24- Azərbaycanda əhalinin 48 faizi vaksinasiyadan keçməyib

Dünən, 15:00- Uzman pediatr Aysel Məcidova: "Uşaqlarla çox asan dost ola bilirəm"

Dünən, 14:32- Azərbaycanda xarici diplomların tanınmasının yeni qaydası hazırlanır

Dünən, 14:06- Ağdamda ANAMA-nın minaaxtaranları üçün yeni mobil sahə düşərgəsi salınıb

Dünən, 13:43- Bakıda koronavirusa ən yüksək yoluxma bu rayondadır

Dünən, 12:51- Həkim-stomatoloq Həsənzadə Səriyyə: "Bilmədiyim heç bir işə qol qoymuram"

Dünən, 12:25- Ağdamda ANAMA-nın minaaxtaranları üçün yeni mobil sahə düşərgəsi salınıb

Dünən, 12:00- Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb

Dünən, 11:37- Bələdiyyələrin fəalyyəti təkmilləşdirilməlidir

Dünən, 11:04- DYP sensorlu svetoforlarla bağlı piyadalara müraciət edib

Dünən, 10:16- Töhmət verilən müəllim nazirliyin qərarından narazıdı: Xəbərim olmayıb

27-01-2022, 21:38- Zəfər Günəşiylə şəfəqlənir dan... - Bayram Məmmədov yazır

27-01-2022, 17:04- BQXK Qarabağ müharibəsində itkin düşənlərin sayını açıqlayıb

27-01-2022, 15:17- Azərbaycana dronların gətirilməsi proseduru sadələşdiriləcək

27-01-2022, 14:52- Azərbaycanda kişilərə 14 gün ödənişli atalıq məzuniyyəti veriləcək

27-01-2022, 14:26- Sabahın hava PROQNOZU

Haqqımızda Əlaqə

ÖMRÜN EKVATOR XƏTTİ- Çexiyada pedoqoji fəaliyyətlə məşğul olan Azərbaycanlı professor

Tarix:30-12-2021, 15:54

ÖMRÜN EKVATOR XƏTTİ- Çexiyada pedoqoji fəaliyyətlə məşğul olan Azərbaycanlı professor
Qərbi Azərbaycanın Göyçə mahalı hər zaman görkəmli ictimai-siyasi xadimləri, dünya şöhrətli elm korifeyləri, nurlu ağsaqqalları, din xadimləri ilə tanınıb. Bu cür dəyərli insanlar həmişə xalqa düz yol göstərib, elin-obanın dar günündə hər kəsə dayaq olublar.
Göyçə mahalının yetirməsi olan dəyərli ziyalılardan söz açarkən adı ilk çəkilənlərdən biri də Kərimov Azər Fezi oğludur (Azər Rəsul). O 29 dekabr 1951-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində el şairi Məğrur Fezinin ailəsində anadan olub.Burada qeyd etmək də yerinə düşər ki,alimin babası da dövrünün adlı-sanlı ,qəhrəman kişilərindən biri olub.Belə ki,Məşədi Qasım Hacıkərim oğlu 1915-1918-ci illərdə özünün döyüşçü dəstəsi ilə birlikdə el qəhrəmanı Laçınlı Sultan bəyin dəvəti ilə Qarabağa gəlib,ermənilərə qarşı " Əsrin Əsgəran döyüşləri" adlı döyüş bölgələrinə rəhbərlik edib.Daha sonra isə Türkiyədən gələn Ənvər Paşa,Nuru Paşa ilə görüşüb.Bir neçə il davam edən döyüşlərdə şəhid olan Sərkərdə Məşədi Qasım Hacıkərim oğlu Şuşada dəfn olunub.

Azər Kərimovun qardaşı Yasif Kərimov isə 1-ci Qarabağ müharibəsində Tərtərdə "Drambom" əməliyyatında şəhidlik zirvəsinə yüksəlib. Təhsil aldığı Bərdə rayonu Yeni Daşkənd kənd məktəbi hazırda onun adını daşıyır.

Yenidən keçmişə qayıdaraq xatırladaq ki,Azər Kərimov 1953-cü ildə 2 yaşında ikən mənfur ermənilərin təcavüzkar siyasəti nəticəsində ailəsi ilə birlikdə Azərbaycana -Bərdə rayonuna deportasiya olunub, orta təhsilini 1968-ci ildə rayonun Yeni Daşkənd məktəbində əla qiymətlərlə bitirib.

Elə həmin il Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinə qəbul olunub, 1973-cü ildə həmin ali məktəbin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib, təhsil aldığı institutda müəllim kimi qalıb işləməsi məsləhət görülüb.

Azər Kərimov hələ təhsil illərində ictimai fəal kimi tanınıb, uzun illər ərzində çalışdığı institut, Azərbaycan Respublikası, Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsinin zəmanəti ilə Respublikamızın bölgələrində, habelə Rusiyada, Çexoslavakiyada, Yuqoslaviyada, ümumiləşdirilmiş Tələbə İnşaat Dəstələrinə rəhbərlik edib.Gənc, vətənpərvər Azər Kərimovun həmin vaxt fəal iştirakı ilə əməkdar elm xadimi olan mərhum Zahid Seyyubovun rəhbərlik etdiyi Yevlax rayonunun Xaldan ümumtəhsil məktəbinin tikintisi başa çatmış,onun lahiyyəsi və rəhbərliyi ilə məktəb nəzdində milli vətənpərvərlik ideyasının bariz nümunəsi olan,Böyük Vətən Müharibəsində həlak olmuş soydaşlarmızın xatirəsini əbədiləşdirən "ƏBƏDİ MƏŞƏLLİ" xatirə kompleksi inşa olunub istifadəyə verilib.

Göründüyü kimi,heykəli görnüşü,insanı əməlləri zinətləndirir,deyiblər.Azər Kərimovun hələ gənclik illərindən ölkəsinə,torpağına bağlı olması onun xarakterində təzahür edib.O,harada olmasından,işləməsindən aslı olmayaraq Azərbaycanı təmsil etməyi özünə mənəvi borc bilib.Bir çox məziyyətlərinə,o cümlədən elmi,pedaqoji,ictimai fəallığına görə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun rəhbərliyi,kollektivi,elmi şurası tərəfindən Azər Kərimov Azərbaycan Kommunist Partiyasına qəbul olunması məsləhət bilinib.Əlbəttdə ki,bu halın özü o dövr üçün böyük uğur sayılırdı.

Bu gəncin uğurları bir-birini əvəz edir.Belə ki,Azər Kərimov 1979-1983-cü illərdə Moskvada aspiranturada təhsil aldıqdan sonra Ümumittifaq Elmi Tədqiqat Mexanizasiya İnstitutunun İxtisaslaşdırılmış Elmi Şurasında “Texnologiya, İqtisadiyyat və Tesgil” 05-23-08 şifri üzrə dissertasiya müdafiə edərək, elmlər namizədi adını alır. Onun elmi naliyyətləri bununla da yekunlaşmır.O Bakıda pedoqoji fəaliyyətini davam etdirir, səmərəli müəllimlik fəaliyyətinə, yerli ümumittifaq, beynəlxalq aləmdə nəşr olunan elmi məqalələrinə, metodik göstərişlərinə, tədris vəsaitlərinə görə, Ümumittifaq Ali Attestasiya Komissiyası (VAK) tərəfindən dosent elmi adına layiq görülür.

Aktiv İctimai fəallığına,geniş elmi fəaliyyətinə görə Azər Kərimov Azərbaycan Respubilkası Komsomolu Mərkəzi Komitəsinin ali mükafatına layiq görülərək "Elm-Texnika" sahəsində "LAUREAT" adı alır. O 1984-1986 -cı illər ərzində Azərbaycan Respublilkası Mərkəzi Komitəsi nəzdində Marksizm-Leninizm Universitetinin fəlsəfə fakultəsinin ideoloji kadrlar ixtisasını fərqlənmə diplomu ilə başa vurub.

Müxtəlif elmi nailiyyətlər əldə edən, çoxsaylı mükafatlara layiq görülən Azər Kərimov 1986-1988-ci illərdə Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunun nəzdində iki illik fransız dili kursunu bitirir.

O 1988-1989-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İqtisadiyyat kafedrasının aparıcı dosenti kimi Moskvaya S.Orconikidze adına İdarəetmə İnstitutuna ixtisas artırma kursuna göndərilir,orada əməkdar ixtiraçı texnika elmlər doktoru Y.D. Tominin rəhbərliyi ilə akademik S.Bunic,akademik M.Levsis,texniki elmlər doktoru,həmyerlimiz P.A.Polad-Zadənin iştirakı ilə aparılan, nəzəri-təcrübi nəticələri ümumittifaq və dünya miqyasında aparıcı elmi mənbələrdə nəşr olunan mühüm əhəmiyyətli elmi tədqiqat işlərində iştirak edir.

Azər Kərimovun elmi işinin əhəmiyyəti hələ sovetlər dönəmində xarici alimlərin marağını cəlb edib. Təsadüfi deyil ki, o 1989-1990-cı illərdə Azərbaycan SSR Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyinin təqdimatı ilə müsabiqədə ali məktəb müəllimləri arasında qalib gələrək, pedoqoji fəaliyyətini davam etdirmək üçün Çexoslavakiyaya göndərilir.

Burada deyiblər.Hər insanın öz taleyi,hər zamanın öz tarixi var.Tarixə zaman anlayışı ilə yanaşsaq tale Azər Kərimovu Azərbaycandan çox-çox uzaqlara Çexiyaya aparır.Bu alimin alın yazısıdırsa ölkəmiz üçün də bir məqsəd olur.

Beləliklə, yeni bir mərhələ başlayır.Slovakiya Ali Texniki Universitetinin rektoru, tanınmış elm xadimi Anton Blazey onun sənədlərinin qəbul olunmasına xüsusi diqqət ayırır, sonradan vaxtın başa çatmasına baxmayaraq, Azər Kərimovun daha bir neçə il işini davam etdirməsi üçün SSRİ Təhsil Nazirliyinə xahişlə müraciət edir.

Azər Kərimov 1994-cü ildə Slovakiyanın Bratislava şəhərində “Strukturca dayanıqsız olan torpaqlarda tikilən inşaat qurğularının və binaların dayanıqlılığının və səmərəliliyinin yüksəldilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edir, texnika elmləri doktoru alimlik adını alır. Altı ay sonra isə o, pedoqoji, elmi fəaliyyətinə, nəşr etdirdiyi tədris, metodik vəsaitlərə görə professor vəzifəsinə layiq görülür.

Onun rəhbərliyi,Çexiya Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə son illər ərzində nəşr olunan kitablar,dərs vəsaitlərinin adını qeyd etmək yerinə düşər.Onu da bildirək ki, çoxsaylı kitablar elmimiz üçün böyük töhvədir,gənc alimlər, tədqiqatçılar üçün əsl elmi mənbədir.

“Avropanın enerji təchizatında Azərbaycanın rolu” müəllif - professor İqtisad elmləri doktoru Müşviq Atakişiyev, 2014-cü il, 516 səhifə,İngilis dilində "CERM"Akademik Elmi Nəşriyyatı.Brno,Cz,EU.,

“Nəsihət deyirəm saxla yadında”, müəllif - Məqrur Fezi, 2017-ci il, 390 səhifə və s. Məğrur Fezinin nəvəsi İng. Mgr. Qasım Fezizadənin xeyriyyəçiliyi ilə Azərbaycan dilində, “CERM” Akademik Elmi Nəşriyyatı, Brno, Cz, EU.

“İqtisadi məsələlərin həllində əlverişli parametrlərin müasir riyazi üsulların tətbiqi ilə təyini”, müəlliflər - professor RNDr. İvan Meznik, professor Dr. Müşviq Atakişiyev. Dərs vəsaiti, 2019-cu il, 218 səhifə, ingilis dilində. “MENDEL” Nəşriyyatı, Brno, Cz, EU.

“Azərbaycanca-Çexcə və Çexcə-Azərbaycanca danışıq kitabçası”, müəlliflər - professor Rafiq Novruzov, Qəmbər Qəmbərov, 2019-cu il, 216 səhifə, çex, Azərbaycan dilində “CERM” akademik elmir nəşriyyatı, Brno, Cz,EU.

“İqtisadi araşdırmalara tətbiq olunan iqtisadi riyazi modellər”, müəlliflər - professor RNDr. İvan Meznik, iqtisadi elmlər doktoru, professor Müşfiq Atakişiyev, professor DrSc Azər Kərimov, 2021-ci il, 249 səhifə, Dərs vəsaiti, Çex dilində “MENDEL” Nəşriyyatı, Brno, Cz, EU.

Bununlada çəkilən hədsiz zəhmət öz bəhrəsini verir. Azər Kərimov 30 ildən artıqdır ki, Avropanın nüfuzlu dövlətlərindən olan Çexiyada 130 ildən artıq tarixə malik elm ocağı - Moraviya Ali Texniki Universitetində professor, doktor kimi pedoqoji fəaliyyətlə məşğuldur.

Qeyd edək ki,Azərbaycanı Avropada layiqincə təmsil edən Azər Kərimova son 6 ildə daha böyük etimad göstərilmiş,o Moraviya təhsili akademik senatı tərəfindən bir sıra MDB dövlətləri üzrə təhsil koordinatoru vəzifəsinə seçilmişdir.

Azər Kərimov Azərbaycan Beynəlxalq Diaspor Mərkəzinin Avropa nümayəndəliyinin rəhbəri kimi də çox geniş fəaliyyəti ilə seçilir. O, diaspor rəhbəri kimi Avropa ölkələrində, eləcə də dünya miqyasında lobbiçiliyin inkişafı, soydaşlarımızın bir məqsəd ətrafında birləşməsi üçün əlindən gələni edir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni faşizminin ifşası üçün Azər müəllim çox böyük işlər görür. Onun bir neçə xarici dildə sərbəst danışması da yüksək qiymətləndirilməlidir. Çünki beynəlxalq tədbirlərdə, ayrı-ayrı səlahiyyətli şəxslərlə görüşlərdə onların öz dilində danışmaq daha çox effekt verir.

Onun bu fəaliyyəti Ümummilli lider,mərhum prezident Heydər Əliyevin "Vətən birdir və hər bir azərbaycanlı bu vətənə xidmət etməlidir"tövsiyyəsinin əməli nəticəsi kimi qiymətləndirilməlidir.Professorun yüksək təşkilatçılığı sayəsində tez-tez Avropanın tanınmış elm adamlarının, siyasətçilərin, ictimai xadimlərin ölkəmizə səfərləri təşkil olunur ki, onlar da Azərbaycan həqiqətlərini öz gözləri ilə görürlər.Bunların sırasında prof.İvan Meznik,prof.Jurij Vanek,prof.Yuri Koleyka,dos.Frantisek Capka,Dos.phDr.Tomas Cermak,Dos.MUDr.Andol Pal və başqaları dəfələrlə ölkəmizdə işgüzar səfərlərdə olublar.

Azər Kərimovun rəhbərliyi və böyük zəhməti hesabına Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzi tərəfindən də mütəmadi olaraq, aktual problemlərə həsr olunan elmi, siyasi məqalələrin toplandığı kitablar, habelə birgə tədris vəsaitləri müxtəlif dillərə tərcümə olunur və yayılır.

Çexiya-Azərbaycan əlaqələrinin qurulması və inkişafı yolunda "Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzi"nin müstəsna rolu var.Hər iki dövlətin elm adamlarının,siyasi dairələrin,ali məktəblərin bir- birini daha yaxından tanıması və əlaqələrin müasir tələblərə uyğun qurulması,genişləndirilməsi istiqamətində göstərilən xidmətlər hər iki ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.Məhz bu qiymətləndirmənin nəticəsidir ki,CASVAK Mərkəzi rəhbərliyinə Çexiyanın Prezidentləri prof.Vaslav Klausun,Milos Zemanın,Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına minnətdarlıq məktubları göndərilməsi xüsusi qeyd edilməlidir.Buradan göründüyü kimi həmyerlimiz,dünya şöhrətli alim Azər Kərimov Çexiya-Azərbaycan münasibətlərinin inkişafı yolunda çox böyük işlər görür.

Azər Kərimov xaricdə yaşayan tanınmış elm adamı kimi 2001-ci ilin noyabrında keçirilən Dünya Azərbaycanlılarının birinci qurultayında iştirak edib,Dünya Azərbaycanlıları Koordinasiya Şurasının üzvü seçilmiş, sonrakı qurultayların daimi iştirakçısı olub.

Azər müəllim həm də gözəl ailə başçısıdır. O, üç oğul atasıdır. Övladları da özü kimi Azərbaycan adına, Azərbaycan xalqına başucalığı gətirən dəyərli şəxslərdir. Hazırda hər üçü də ailəlidir və Çexiyada yaşayırlar.

Biz bu yazımızda professor Azər Kərimovun şərəfli ömür yoluna nəzər saldıqca, onun necə bir ləyaqətli insan, dəyərli ziyalı və böyük alim olmasının şahidi oluruq. Azər müəllimin işıqlı ömür kitabının səhifələrini vərəqlədikcə, ictimai həyatda silinməz izlər qoyan, özündən sonrakı nəsillər üçün örnək olan, öz şəxsiyyəti və amalları ilə gələcəyə çıraq tutan zəkalı, həyatının mənasını xalqa və millətə, xidmətə həsr edən əsl ziyalını görürük. Bu qədər zirvələri fəth etmək, təbii ki, uzun illər çəkilən böyük əməyin, hədsiz fədakarlığın nəticəsində mümkün olub. Məhz bunun sayəsində müdrikliyi və ziyalılığı üst-üstə düşən böyük alim, tanınmış ictimai xadim Azər Kərimovun ömür yolu hər birimiz üçün bir örnəkdir.

Biz bu yazımızda Azər Kərimovu tanımayanlara tanıtmağa çalışdıq. Tanıyanlar isə onun kim olduğunu, necə cəsarətli şəxs kimi həyata atıldığını yaxşı bilirlər.Burada da bir dahiyanə fikiri xatırlatmaq yerinə düşər:"Cəsarət göstərən,bütün çətinliklərə sinə gərən qazanar,qorxaq qəlb daima məğlubdur."

Bu gün - dekabr ayının 29-u AZƏR KƏRİMOVUN ad günüdür.70 yaşınız mübarək olsun!

Sizə Faktinfo.az saytının kollektivi adından ali mükafat olan can sağlığı,elmi,pedaqoji və ictimai fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

ÖMRÜN EKVATOR XƏTTİ- Çexiyada pedoqoji fəaliyyətlə məşğul olan Azərbaycanlı professor
ÖMRÜN EKVATOR XƏTTİ- Çexiyada pedoqoji fəaliyyətlə məşğul olan Azərbaycanlı professor
ÖMRÜN EKVATOR XƏTTİ- Çexiyada pedoqoji fəaliyyətlə məşğul olan Azərbaycanlı professor
ÖMRÜN EKVATOR XƏTTİ- Çexiyada pedoqoji fəaliyyətlə məşğul olan Azərbaycanlı professor
ÖMRÜN EKVATOR XƏTTİ- Çexiyada pedoqoji fəaliyyətlə məşğul olan Azərbaycanlı professor
ÖMRÜN EKVATOR XƏTTİ- Çexiyada pedoqoji fəaliyyətlə məşğul olan Azərbaycanlı professor
ÖMRÜN EKVATOR XƏTTİ- Çexiyada pedoqoji fəaliyyətlə məşğul olan Azərbaycanlı professor
ÖMRÜN EKVATOR XƏTTİ- Çexiyada pedoqoji fəaliyyətlə məşğul olan Azərbaycanlı professor
ÖMRÜN EKVATOR XƏTTİ- Çexiyada pedoqoji fəaliyyətlə məşğul olan Azərbaycanlı professorскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...