Anons

Dünən, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Dünən, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Dünən, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Dünən, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Dünən, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Dünən, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Dünən, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Dünən, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Dünən, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Dünən, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Dünən, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Dünən, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Dünən, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Dünən, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Dünən, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Dünən, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Dünən, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

23-04-2024, 22:33- “Azərreyl” çempion oldu

23-04-2024, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Haqqımızda Əlaqə

Kəlbəcərə qayıdış da tarixləşəcək

Tarix:24-11-2021, 21:27

Kəlbəcərə qayıdış da tarixləşəcək
Yaşayış məskəni kimi Kəlbəcərin yaşı çox qədimlərlə səsləşir. Bu qədimliyin nişanə¬lərinin çox böyük əksəriyyəti 1992-ci ilin 2 aprelinə - ermənilərin işğalına kimi qalırdı, işğal zamanı 88 300 nəfər ev-eşiyindən didərgin düşdü. İşğal nəticə¬sin¬də Kəlbəcərdəki tarixi-mədə¬niyyət abidələrinin dağıdılması bizə aid olanları tarixi¬miz¬dən silmək niyyəti idi. İşğalın buna gücü çatmadı.
Regionda mövcud status-kvonu saxlamaq istəyən Ermənistan danışıqlardan yayınırdı.
Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etmişdi. Qətnamədə bütün işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ra¬yon¬larından, o cümlədən Kəlbəcərdən dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin qətnamələri yerinə yetirmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi.
Havadarlarının siyasi və hərbi dəstəyindən bəhrələnən işğalçı dövlət yeni əra¬zi¬lərin işğalı niyyətiylə dövlət sərhədlərindən, işğal etdiyi ərazilərdən hücumlar, həmlələr edirdi. Azərbay¬can Ordusu bu həmlələrin, hücumların qarşısını qətiyyətlə alırdı.
2020-ci il sentyabrın 27-də Ermənistan müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərinə hücum etdi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başladı. Bu əməliyyat Vətən müharibəsi idi.
Vətən müharibəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sər¬kər¬də¬liyi ilə xalqın müharibəsi oldu. Xalqın ordu ilə həmrəyliyi, ölkə başçısının ətrafında sıx birləşməsi döyüşən ordunun döyüş əzmini, qələbə ruhunu daha da artırırdı.
Vətən müharibəsində Azərbaycan Ordusu düşmənin illərlə möhkəmləndirdiyi, təkmilləş¬dir¬diyi müdafiə sədlərini darmadağın etdi. İlk mövqe qələbələri düşmənin müqavimət əzmini qırdı, düşmənin əsgər və zabitləri, muzdluları döyüşdən yayınır, qaçırdı...
Ordumuz noyabrın 8-də Şuşanı işğaldan azad etdi. Bu qələbə Vətən müharibə¬sin¬də düşmənin məğlubiyyəti idi. Noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Er¬mə¬nistan, Kəlbəcər, Laçın və Ağdam rayonlarını döyüşsüz tərk etməli idi. Məğlub dövlət kimi. Bu sənəd işğalçı Ermənistanın təslimolma sənədi kimi tarixləşdi. No¬yab¬rın 25-i Kəlbəcərin işğaldan azad edilməsi günüdür. – Noyabrın 25-də Kəlbəcər şəhəri və 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Müzəffər sərkərdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğal¬dan azad edilmiş rayonlara hər səfəri bu rayonlarda quruculuq işlərini surətləndirir. Ölkə başçısının və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Kəlbəcər rayonuna səfəri da bu missiya ilə tarixləşdi. Burada müxtəlif, fərqli infra¬st¬ruktur layihələri həyata keçirilir. Bu ilin avqust ayının 16-sı Kəlbəcərdə quruculuq işləri ilə bağlı layihələrin yerinə yetirilməsinin tezləşdiriləcəyinə zəmanət oldu – Toğanalı – Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməli qoyuldu. Kəlbəcərdə quruculuq işləri istiqamətində həyata keçirilən tədbir¬lə¬rin şəbəkəsi genişdir. Ölkə başçısının Kəlbəcərə səfərində 110/35/10 kilovolt¬luq “Kəl¬bəcər” yarımstansiyasının açılışı da oldu, Kəlbəcər-Laçın avtomobil yolu üzə¬rində inşa olunacaq tunelin təməli qoyuldu. Burada “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarım¬stan¬si¬yasında görülən işlər davam etməkdədir.
Kəlbəcər yaxın vaxtlarda yenidən qurulacaq, kəlbəcərlilərin həsrəti bitəcək. Bu, Vətən müharibəsinin qüdrətidir. 25 noyabr tarixləşdiyi kimi, kəlbəcərlilərin Kəlbəcərə qayıdışı da tarixləşəcək...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...