Anons

Dünən, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Dünən, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Dünən, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Dünən, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Dünən, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Dünən, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Dünən, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Dünən, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Dünən, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Dünən, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Dünən, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Dünən, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Dünən, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Dünən, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Dünən, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Dünən, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Dünən, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

23-04-2024, 22:33- “Azərreyl” çempion oldu

23-04-2024, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Haqqımızda Əlaqə

Əli Əliyevə "İran" ittihamı - QALMAQALLI MÜSAHİBƏ

Tarix:17-11-2021, 21:38

Əli Əliyevə "İran" ittihamı - QALMAQALLI MÜSAHİBƏ
Vətəndaş və İnkişaf Partiyasının (VİP) keçmiş sədr müavini, dünən VİP-dən istefa verdiyini bəyan edən (bəyanat müsahibəyə əlavə olunur) Əliyar Şirməmmədov Qaynarinfo-nun suallarını cavablandırıb.

- Əliyar bəy, Vətəndaş və İnkişaf Partiyasından istefanızın əsas səbəbi nədir? Doğrudur, səbəblər barədə danışmısınız. Amma danışdıqlarınız ümumi xarakter daşıyır. Bizi isə konkret səbəblər maraqlandırır.

- Mən 30 ildir ki, siyasətdəyəm. Azərbaycan Milli İstiqlal Partiyasının yaranmasında iştirak etmişəm, uzun müddət orada siyasi fəaliyyətlə məşğul olmuşam. 2005-ci ildə isə Vətəndaş və İnkişaf Partiyasının yaranmasında iştirakçı olmuşam. 16 il idi ki, bu partiyada idim. Təbii ki, birdən-birə istefa verməyim xeyli suallar yaradıb. Mən istefamın səbəbləri barədə qısaca danışmışam. İstefamın əsas səbəblərindən biri partiyadakı mühitdir. Faktiki olaraq təşkilatda diktatura hökm sürür. Eyni zamanda sədrdə mənə qarşı inamsızlığın yaranmasıdır.

- Dediniz ki, VİP yaranandan bu təşkilatdasınız. Partiyanın qurucu üzvüsünüz. Bu halda Əli Əliyevdə birdən-birə sizə qarşı niyə inanmsızlıq yaransın ki? Bəlkə hansısa əsasları var...

- Heç bir əsası yoxdur. Çünki mən bunun izahatını, əsaslandırmasını tələb etmişəm. Amma əsaslandıra bilməyib. Bilirsiniz, əslində hər şey bu ilin martından başladı. Prezident Administrasiyasından Qarabağa səfər barədə partiyaya təklif gəldi. Əli Əliyev həmin səfərə getmək istəmədi. Administrasiyanın əməkdaşı ilə söhbətində mənim getməyimi istədi. Əvvəlcə "yox” dedilər. Lakin az sonra zəng vurub mənim Ağdama səfər etməyimə razı olduqlarını bildirdilər. Beləliklə, mən həmin səfərə getdim. Əli Əliyev isə çıxışında ora gedənləri "avtobus müxalifəti” adlandırdı. Mən səfərdən qayıdandan sonra bunun izahatını istədim. Axı mən də o səfərdə iştirak etmişəm. Özü də Vətəndaş və İnkişaf Partiyasının təmsilçisi kimi. O zaman belə çıxır ki, biz də "avtobus müxalifətiyik”. Əli Əliyev əvvəlcə dedi ki, elə söz deməmişəm. Dedim axı bununla bağlı videofakt var. Sonra dedi ki, elə demək istəməmişəm. Yəni, bundan sonra aramızda soyuqluq yarandı. Daha sonra avqustun 15-də bir hadisə baş verdi...

- Hansı hadisə? Bəlkə açıqlayasınız?

- Partiyanın rayon təşkilatlarından birində müzakirələr aparılırdı. Amma bu müzakirələr dünyəvi siyasi təsisatın müzakirələri deyildi. Sanki bir dini qrupun müzakirələri idi. Mən buna etiraz etdim. Əli Əliyev isə dedi, özüm bilərəm. Dedim axı nizamnamə var. Dedi nizamnamə də mənəm. Diktatura necə olur ki? Sonra mənə dedi ki, yerimə göz dikmisən. Beləliklə, onda mənə qarşı inamsızlıq baş qaldırdı. Mən 3 ay dözdüm, düşündüm ki, münasibətlər düzələr. Amma gördüm yox, alınmır, istefa vermək qərarına gəldim.

- "Dini müzakirələr” məsələsi bir az aydın olmadı...

- Konkret olaraq partiyaya bir neçə nəfər İranmeylli adam gəlib. Onlardan biri də İranda oturur və bu adamlar məsələlərə dini aspektdən yanaşırlar. Mən də buna etiraz etdim.

- Partiyada sizi müdafiə edən oldumu?

- Əlbəttə oldu. Amma onların da necə deyərlər, ağızlarından vurdular. Onlara xəbər göndərdim ki, mənə görə özünüzü pis etməyin. Mən həmişə dövlətçiliyi hər şeydən üstün tutmuşam. Ona görə də belə bir fakta biganə qala bilməzdim.

- Əliyar bəy, Əli Əliyev çıxışlarının birində partiya daxilində müəyyən şəxsləri "iti qovan kimi” qovacağını bəyan etmişdi. Söhbət sizdən gedirdi?

- O ifadədən xəbərim var. Açığı ad çəkmədiyinə görə məni, yaxud hansısa başqa partiya yetkilisini nəzərdə tutduğunu deyə bilmərəm. Əgər etiraf etsə ki, məni nəzərdə tutub, o zaman artıqlaması ilə cavabını alar. Bu söz ağır sözdür. Bu ifadəni Prezident İlham Əliyev erməni işğalçıları haqqında işlədib. Mən isə erməni işğalçılarına qarşı vuruşanlardan biriyəm. Birinci Qarabağ müharibəsi qazisiyəm. İndi təsəvvür edin, erməni işğalçıları barəsində işlədilən həmin o məşhur ifadəni onlara qarşı döyüşən birinə aid edirsən. Bunun cavabı əlbəttə ki, kifayət qədər sərt olmalıdır. Amma Əli Əliyev ad çəkməyib. İndi bilmirəm cürəti çatmayıb, yaxud başqasını nəzərdə tutub. Hər halda özü bu məsələyə aydınlıq gətirər. Əgər məni nəzərdə tutubsa, o zaman cürəti çatarsa bunu açıq deyər və mən də cavabını verərəm.

Əli Əliyevə "İran" ittihamı - QALMAQALLI MÜSAHİBƏскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...