Anons

Bu gün, 12:21- POLİS BELƏ OLMALIDIR. JURNALİSTİN DİLİNDƏN

Dünən, 17:14- Dörd ölkədən Azərbaycana quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Dünən, 16:47- “Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır

Dünən, 16:19- 1 178 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Dünən, 15:51- Vaksin vurulandan nə qədər sonra yoluxma riski artmağa başlayır? - AÇIQLAMA

Dünən, 15:25- Azərbaycanda diktor vəfat etdi

Dünən, 15:00- Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Dünən, 14:33- "Azəristiliktəchizat"dan "Azəriqaz"a borcla bağlı AÇIQLAMA

Dünən, 14:06- Bu il narkotikə görə 5 mindən artıq şəxs cinayət məsuliyyətinə cəlb edilib

Dünən, 13:49- 2025-ci ilədək Azərbaycanın ümumi daxili məhsulu artacaq - BVF

Dünən, 13:17- Şənbə gününün hava proqnozu açıqlanıb

Dünən, 12:54- Şahmat Federasiyasına yeni prezident seçilib

Dünən, 12:22- Hərbiçilərə sosial şəbəkələrlə bağlı qadağa QOYULUR

Dünən, 12:00- Azərbaycanda 2025-ci ildə ÜDM-in həcmi 100 mlrd. manatı keçəcək - BVF

Dünən, 11:35- Daha 43 nəfər Almaniyadan Azərbaycana göndərilib - RƏSMİ

Dünən, 11:08- Bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü olacaq

Dünən, 10:43- Azərbaycan iki erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib

Dünən, 10:16- YUNESKO süni intellekt sahəsində ilk qlobal etik standartları qəbul edib

25-11-2021, 17:19- Azərbaycan gimnastı Batut Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında finala çıxıb

25-11-2021, 16:51- Azərbaycanda 1 880 nəfər COVID-19-a yoluxub, 27 nəfər ölüb

Haqqımızda Əlaqə

FHN-dəki yeyinti ilə bağlı açıqlama yayan əməkdaş ölkədən getmək məcburiyyətində qaldı

Tarix:5-11-2021, 11:05

FHN-dəki yeyinti ilə bağlı açıqlama yayan əməkdaş ölkədən getmək məcburiyyətində qaldı
Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin Dib Dərinləşdirmə İşləri İdarəsində kadr üzrə mütəxəssis vəzifəsində çalışan İlahə Mirəsgər qızı Ağalarova işlədiyi idarədə baş verən külli miqdarda yeyinti faktları, ciddi maliyyə pozuntuları ilə bağlı bu ilin avqust-sentyabr aylarında redaksiyamıza məlumat verdikdən sonra rəhbərlik tərəfindən diskriminasiyaya məruz qaldığını bildirir.

“Yeni Sabah” xəbər verir ki, bu haqda o “Hürriyyət” qəzetinə ünvanladığı müraciətdə bildirib. İlahə Ağalarovanın sözlərinə görə, çalışdığı idarədə hökm sürən neqativ hallarla bağlı ölkə başçısına müraciət etdikdən sonra ona nə məzuniyyət verilir, nə də əmək haqqı ödənilir:

"Bu barədə "Hürriyyət" qəzetində məqalə işıq üzü gördü, 3 sentyabr 2021-ci il tarixdə Hurriyyet Tv-də canlı yayıma çıxdım və Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin Dib Dərinləşdirmə İşləri İdarəsində yaşanan neqativ hallarla bağlı rəsmi sənədlərlə ölkə başçısına müraciət etdim.

Çox ümid edirdim ki, həmin müraciətdən sonra müvafiq qurumlar tərəfindən qeyd etdiyim yeyinti faktlarına, maliyyə pozuntularına ciddi şəkildə reaksiya veriləcək və məsələ araşdırıldıqdan sonra neqavit hallara yol vermiş şəxslər öz cəzasını alacaq.

Lakin müraciətimdən 3 aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ də araşdırılma olmadığından idarədə mənim vəziyyətim çox kritik hala salınıb. Mən bütün dediklərimin məsuliyyətini daşıyan ali savadlı xanımam, işimə vicdanla, dürüst yanaşan əməkdaşam. Bununla yanaşı, mən himayəsində 4 azyaşlı körpəsi olan anayam. Uşaqlar məktəbə gedərkən məzuniyyət istədim vermədilər. İndinin özündə də müəyyən çətinliklərlə qarşılaşıram. Belə ki, məzuniyyət hüququm olduğu halda, məzuniyyətlə bağlı müraciətlərimə baxılmır, çox qərəzli yanaşılır".

Noyabrın 2-də Əmək Məcəlləsinin 110, 112, 113, 117 , 131 və 133-cü maddələrinin tələbləri ilə bağlı Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin rəisi Fuad Bağırova müraciət etdiyini deyən şikayətçi konstitusion hüquqlarının tapdalandığını qeyd edib:

"Müraciətimdə Fuad Bağırovdan xahiş etdim ki, mənə 15 günlük əmək məzuniyyətinə çıxmağa icazə versinlər. Qeyd edim ki, xidməti müraciətim Dib Dərinləşdirmə İşləri İdarəsinin rəisi Fuad İsmayılzadə tərəfindən geri qaytarıldı. Yəni, əməkdaş olaraq mənim xidmət rəisinə müraciət etmək səlahiyyətim də alınıb.

Noyabrın 2-si axşam saatlarında əmək haqqlar köçüb və məndən başqa idarənin hər bir əməkdaşı əmək haqqı alıb. Onu da nəzərinizə çatdırım ki, artıq bir ildir bizdə istehsalat fəaliyyətində müəyyən çatışmazlıq, gəlir hissəsinin kəskin azalması və s. bəhanələr gətirilməklə Əmək Məcəlləsinin 169-cu maddəsi tətbiq edilərək əmək haqqlarımız 67 faizə endirilib. Buna etiraz edən 22 nəfər əməkdaş isə işdən uzaqlaşdırılıb. Mən isə işimdə nöqsan tapılmadığından, nazirliyin əmri ilə çalışdığım üçün hələ də bu qurumda işləyirəm. Aidiyyatı orqanlar ciddi maliyyə pozuntuları haqda müraciətlərimə baxmadığından bu şəxslər idarədə 67 faizi, yəni Əmək Məcəlləsinin 169-cu maddəsini ancaq mənə şamil edirlər. Çünki mən baş verən qanun pozuntularına etiraz etmişəm".

Əmək haqqı ala bilməməsi, daha doğrusu ayrı-seçkiliyə məruz qaldığı üçün əmək haqqı verilməməsi ilə bağlı Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin maliyyə şöbəsi ilə əlaqə saxladığını deyən İlahə Ağalarova bildirdi ki, əgər ona qarşı diskriminasiyaya son verilməsə, Türkiyədən sığınacaq almaq məcburiyyətində qalacaq:

"Xidmətin maliyyə şöbəsindən Gülnarə xanım bildirdi ki, yalnız işləyən gəmilər maaş alır. Bu isə doğru deyil. Digər şöbələrlə əlaqə saxladıqda məlum oldu ki, məndən başqa hamı maaş alıb. Belə çıxır ki, Dib Dərinləşdirmə İşləri İdarəsində əmək haqqı almayan yeganə əməkdaş mənəm.

Qeyd edim ki, bunu aidiyyatı qurumların səhlənkarlığının nəticəsi kimi qəbul edirəm. Əgər müvafiq qurumlar qeyd etdiyim qanun pozuntuları ilə bağlı lazımı araşdırma aparsaydılar, müraciətimə reaksiya versəydilər, onda bu gün Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin və Dib Dərinləşdirmə İşləri İdarəsinin yetkili şəxsləri tərəfindən ayrı-seçkiliyə məruz qalmazdım. Onu da deyim ki, əgər proses bu cür davam edərsə, yəni mənə qarşı diskriminasiyaya son verilməsə, onda qonşu və qardaş Türkiyədən sığınacaq almaq məcburiyyətində qalacağam".
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...