Anons

Bu gün, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Bu gün, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Bu gün, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Bu gün, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Bu gün, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Bu gün, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Bu gün, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Bu gün, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Bu gün, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Bu gün, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Bu gün, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Haqqımızda Əlaqə

Naxçıvan Dövlət Universiteti Aqrar sektorun yeni infrastrukturu – aqroparklar və texnopark

Tarix:23-10-2021, 14:28

Naxçıvan Dövlət Universiteti Aqrar sektorun yeni infrastrukturu – aqroparklar və texnopark
Azərbaycanda aqroparkların yaradılmasına ölkə prezidentinin 2014 cü ilin aprel ayında imzaladığı “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən başlanılıb. Artıq ölkədə aqroparkların yaradılması istiqamətində işlər həyata keçirilir. İlk aqroparkın təməli Şəmkirdə qoyulub. Şəmkir rayonu ilə yanaşı Xızı rayonu və Yalama qəsəbəsində də aqroparkın yaradılması nəzərdə tutulub. Məqsəd fermerin istehsal etdiyi məhsulu heç bir itki vermədən birbaşa istehsalçıya çatdırmağı təmin etməkdir.Aqroparklar aqrar və emaledici biznes və təhsil müəssisələrinin birgə klaster formasında fəaliyyətini nəzərdə tutur. Mütəxəsislər aqroparklar üçün də ən əlverişli bölgələr olaraq, Gəncə və Gəncəətrafı, Lənkəran, Xızı və Xaçmaz rayonlarını daha əlverişli hesab edirlər. Lakin ölkənin digər bölgələrində də aqroparkların yaradılması üçün əlverişli şərait var. Aqropark sahəsi harada yaradılarsa, o ərazidə çox ciddi şəkildə fəaliyyət göstərəcək və bu parkın əsas işi kənd təsərrüfatı məhsulunun istehsalı, qablaşdırılması, logistikası və satışından ibarət olacaq. Fermerlərin məlumatlandırılması, yeni texnologiyanın mənimsənilməsi, tətbiqi, yaradılmasını özündə əks etdirən böyük bir aqrar sahə üzrə məşğul olan qurum kimi təsəvvür etmək olar. Aqropark dedikdə kənd təsərrüfatı istehsalının qeyri–kənd təsərrüfatı fəaliyyətləri ilə bir yerdə, vahid istehsal məkanında qruplaşdırılması və yaxud həmin fəaliyyətlərin kombinasiyasıdır: yəni kənd təsərrüfatı məhsullarının istehsalı ilə emal proseslərinin, aqrotexniki və logistika, sanitar və fitosanitar, marketinq və digər xidmətlərin vahid məkanda, eyni istehsal ərazisində, elə bir tərzdə kombinasiyasıdır ki, həm xammal istehsalı, həm də emal prosesləri yüksək rentabelli olsun, ətraf mühitin qorunması, torpaq və su resurslarından səmərəli istifadə və onların mühafizəsi təmin olunsun, həm bitkiçiliyin, həm də heyvandarlığın və bunlarla yanaşı emal sənayesinin inkişafı üçün möhkəm əsaslar yaransın. Aqroparklar kənd təsərrüfatı məhsullarının intensiv istehsalı, daşınması, saxlanması və satışında mühüm rol oynayır. Çünki kənd təsərrüfatı məhsulları tez xarab olduğundan tez realizə edilməlidir. Lakin, bəzən məhsulu vaxtında satmaq mümkün olmur və o, xarab olaraq fermeri ziyana salır. Son nəticədə kənd təsərrüfatı istehsalçılarının yenidən həmin məhsuldan yetişdirməyə marağı olmur və bu da bazarda qıtlıq yaradır. Daxili istehsal tələbatı ödəməyəndə idxal məhsullarına üstünlük verilir. Bu baxımdan istehsal, emal və logistika xidmətlərini vahid ərazidə cəmləşdirən aqroparkların yaradılmasını zəruri edir. Aqroparklar müxtəlif sahəvi strukturları özündə birləşdirir. Bura kənd təsərrüfatı maşınqayırması, kimya, tikinti, bitkiçilik, heyvandarlıq, yeyinti, nəqliyyat, ticarət qurumları aiddir. Başqa sözlə, aqropark dedikdə qarşılıqlı əlaqədə olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birlikdə fəaliyyəti nəzərdə tutulur.
Aqrar sektorun yeni infrastrukturundan biri də texnoparkdır (texnopark dedikdə - kiçik və orta elmitutumlu innovasiya şirkətlərinin inkişafı üçün maksimum əlverişli mühitin formalaşdığı elmi-istehsalat kompleksi, elmi fəaliyyətin nəticələrinin məhsula çevrilməsi və bazara çıxarılması kimi başa düşülür. Texnoparklar bir və ya bir neçə universitet, həmçinin elmi-tədqiqat mərkəzləri ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədər olub, tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan şirkətlərin qurulması və inkişafına təşəbbüs göstərmək üçün qurulur. Texnoparkda fəaliyyət göstərən şirkətlərə, universitet innovativ elmi nəticələrinin transfer edilməsi və işin idarə olunması sahələrində dəstək verir. Bu proseslərdə bütün yanaşmalar təşəbbüskarlıq və müəllif hüquqlarının qorunması müstəvisində həyata keçirilir. Belə desək, texnoparklar yeni ideyaların formalaşmasından başlayaraq, onun tətbiq olunması və inkişaf etdirilməsi üçün hərtərəfli şəraitin olduğu (şirkətlərlə ortaq fəaliyyətlər və s.) innovativ fəaliyyərləri təmin edən məkandır. Başqa sözlə texnoparklar insan kapitalını sürətli inkişaf etdirən quruluşlar olub, yüksək texnologiyaları istehsal edən quruluşlardır. Bu isə universitetlərin tərkibində daha aktiv olacaqdır) modelinin yeni forması olan aqroparkların yaradılmasına başlanılıb.
Aqroparkların əsas işi kənd təsərrüfatı məhsulunun istehsalı, qablaşdırılması, logistikası (Logistika – məhsulun, əmtəənin, servizin müştərinin tələbatını ödəmək üçün hər hansı başlanğıc nöqtədən istehlak nöqtəsinə qədər olan hərəkətinin idarə edilməsi prosesinə deyilir. Logistika anlayışına nəqliyyat, xidmət, anbar materialların komplekləşdirilməsi və hərəkət xəttinin təhlükəsizliyi haqqında informasiyalar da daxildir. Logistika əmtəənin sıradan çıxdıqda məhv edilməsi məsələləri ilə də məşğul olur. Bütün texnologiya xəttinin modelləşdirilməsi, analiz edilməsi, optimal yolunun tapılması da diqqətdə saxlanılır) və satışından ibarət olaca.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il dekabrın 14-də “NaxçıvanDövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam imzalamış, müvafiq dövlət qurumları qarşısında Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı tapşırıqlar qoyulmuşdur.İyunun 16-da Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının təməlatma mərasimi keçirilmişdir.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək demişdir ki, hazırda universitetin bakalavr üzrə 42 ixtisası, magistr üzrə 80 ixtisasdan 43-ü Texnologiyalar Parkının fəaliyyət sahəsinə daxildir. Ali Məclis Sədrinin parkın yaradılması ilə bağlı müvafiq Sərəncamı mühüm əhəmiyyətə malikdir. Çünki dünyada az sayda universitetdə texnopark vardır. Naxçıvan Dövlət Universitetində innovativ inkişafla əlaqədar olaraq gənclərin layihələrini, ideyalarını dəstəkləmək üçün İnnovasiya Mərkəzi və innovasiya laboratoriyası da yaradılmış, ixtisaslar dövlət qurumlarına hamiliyə verilmişdir. Bütün bunlar kadr potensialının inkişafı ilə yanaşı, gənclərin istedadlarının üzə çıxarılması, ideyaların reallaşması və startap təşəbbüslərinin dəstəklənməsi sahəsində mühüm addımdır.Yeni qurulacaq texnoparkda energetika, gülkarlıq, tingçilik, kənd təsərrüfatı və aqronomluq, coğrafiya, üzümçülük, meliorasiya, arıçılıq sahələri, tədris otaqları və sərgi biopark, texnopark binaları, eləcə də Nəbatət bağı fəaliyyət göstərəcəkdir. Texnopark üçün zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət yeni bina inşa olunacaqdır. Zirzəmidə texnoservis, nano araşdırmalar, biotexnologiyalar, prototip mərkəzləri, proqramlaşdırma və avtomatlaşdırma, kafe və təsərrüfat otaqları nəzərdə tutulmuşdur. Birinci mərtəbədə Şərur sənaye məhəlləsinin, Naxçıvan Məhsullarının, Microsoft şirkətinin, Naxtel 4G operatorunun, CİSCO, KOİCA, Bakunity və digər gələcək rezident şirkətlərin ofisləri yerləşəcəkdir. İkinci mərtəbədə innovasiya, layihələrin əlaqələndirilməsi, informasiya texnologiyaları xidmətləri, süni intellekt elmi-tədqiqat mərkəzləri, incəsənət, dizayn və memarlıq layihələri xidməti, elektronika və digər iş otaqları olacaqdır. Üçüncü mərtəbədə biznes inkubatoru, ideya bankı, Co-working mərkəzi, startap mərkəzləri nəzərdə tutulmuşdur. Dördüncü mərtəbədə 3 müzakirə otağı və 240 nəfərlik akt zalı yerləşəcəkdir.Biopark binasında Naxçıvan faunasına aid nümunələrin yerləşdiyi muzey, APİAİR müalicə sahəsi, arı südü, arı zəhəri analizləri laboratoriyası, arı mayalandırma, barama, dovşan, ağ siçan və zəli yetişdirmə sahələri fəaliyyət göstərəcəkdir.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Naxçıvan Dövlət Universitetinin nəzdində Texnologiyalar Parkının yaradılması zamanın tələbidir. Çünki XX əsr texnika, XXI əsr isə texnologiyalar əsridir. Təhsil də yeni texnologiyalar üzərində tədris olunmalı və gənclər müasir dövrün tələblərinə uyğun təhsil almalıdırlar. Texnopark tələbələrin dərsləri həm nəzəri, həm də praktik olaraq mənimsəmələrinə imkan verəcəkdir. Ali Məclisin Sədri Texnologiyalar Parkının təməlini atmış, tikintinin keyfiyyətlə aparılması və tələblərə uyğun qurulması barədə tapşırıqlar vermişdr.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...