Anons

Bu gün, 12:21- POLİS BELƏ OLMALIDIR. JURNALİSTİN DİLİNDƏN

Dünən, 17:14- Dörd ölkədən Azərbaycana quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Dünən, 16:47- “Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır

Dünən, 16:19- 1 178 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Dünən, 15:51- Vaksin vurulandan nə qədər sonra yoluxma riski artmağa başlayır? - AÇIQLAMA

Dünən, 15:25- Azərbaycanda diktor vəfat etdi

Dünən, 15:00- Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Dünən, 14:33- "Azəristiliktəchizat"dan "Azəriqaz"a borcla bağlı AÇIQLAMA

Dünən, 14:06- Bu il narkotikə görə 5 mindən artıq şəxs cinayət məsuliyyətinə cəlb edilib

Dünən, 13:49- 2025-ci ilədək Azərbaycanın ümumi daxili məhsulu artacaq - BVF

Dünən, 13:17- Şənbə gününün hava proqnozu açıqlanıb

Dünən, 12:54- Şahmat Federasiyasına yeni prezident seçilib

Dünən, 12:22- Hərbiçilərə sosial şəbəkələrlə bağlı qadağa QOYULUR

Dünən, 12:00- Azərbaycanda 2025-ci ildə ÜDM-in həcmi 100 mlrd. manatı keçəcək - BVF

Dünən, 11:35- Daha 43 nəfər Almaniyadan Azərbaycana göndərilib - RƏSMİ

Dünən, 11:08- Bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü olacaq

Dünən, 10:43- Azərbaycan iki erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib

Dünən, 10:16- YUNESKO süni intellekt sahəsində ilk qlobal etik standartları qəbul edib

25-11-2021, 17:19- Azərbaycan gimnastı Batut Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında finala çıxıb

25-11-2021, 16:51- Azərbaycanda 1 880 nəfər COVID-19-a yoluxub, 27 nəfər ölüb

Haqqımızda Əlaqə

Cəbrayıl Təhsil şöbəsi hələ də Validə Həsənovanın rəhbərliyi altında idarə olunur.

Tarix:19-10-2021, 21:32

Cəbrayıl Təhsil şöbəsi hələ də Validə Həsənovanın rəhbərliyi altında idarə olunur. Təhsil şöbəsinə 2019-cu ildə təyin edilən Zamiq Qurbanov hələ də Validə Həsənovanın təsiri altından çıxa bilmir. Zamiq Qurbanov Validə Həsənovanın kadrı olduğu üçün bir sözünü iki etmir. Hətta vakansiyada olan Cəbrayıl rayon məktəblərinə imtahan vermiş və imtahandan keçmiş şəxslər ilə Validə Həsənova əlaqə saxlayaraq onları seçdiyi məktəbə direktor təyin olunmasından imtina etməyi, gedəcəyi kollektivin yaxşı olmamasını əsas gətirərək məsləhət görmədiyini bildirir. Təbii ki, bu sifarişlər Zamiq Qurbanovdan gəlir. Belə məktəblərdən biri Bakı şəhərində yerləşən Cəbrayıl rayonu Sirik kənd tam orta məktəbidir. Kifayət qədər şagirdi olan bu məktəb uzun müddətdir direktorsuz fəaliyyət göstərir. Təhsil şöbəsinin müdiri Zamiq Qurbanov işini gücünü ataraq həftənin çox hissəsini bu məktəbdə keçirir. Halbuki o,Təhsil şöbəsinin inzibati binası Biləsuvar rayonu Cəbrayıl köçkünləri üçün salınmış qəsəbədə yerləşır və Bakı şəhərində rəsmi ünvanı var. Həftə ərzində 1,2 gün rayonda olur.Qalan günlərini qeyd olunan məktəbdə keçirir. Bununla da şöbə müdüri həmin məktəbi və Bakı şəhərində yerləşən digər Cəbrayıl məktəblərini nəzarətdə saxlaya bilir.Bakı şəhərində yaşayan hər hansı bir Cəbrayıl köçkünü təhsil ilə bağlı şöbə müdürünün qəbuluna düşmək istəsə belə ona Biləsuvar rayonu Cəbrayıl köçkünləri üçün salınmış qəsəbəyə gəlməsi deyilir.Bu da müraciət edən köçkünün xərc çəkərək yüzlərlə kilometr qət edib köçkün qəsəbəsinə getməsinə gətirib çıxarır.Ümumilikdə şöbə müdiri köçkünlər arasında olmaqdan xoşlanmır və günlərini yollarda keçirir.Biləsuvar rayonunda salınan Cəbrayıl məcburi köçkün qəsəbəsindən zəng edən məcburi köçkünə mən Bakıdayam,Bakıda yaşayan Cəbrayıldan olan məcburi köçkünə mən Biləsuvar rayonunda salınan Cəbrayıl məcburi köçkün qəsəbəsindəyəm deyərək günlərini yola verir.Özünü işguzar kimi göstərməyə çalışsada əslində elə deyil.İnadkarlığı,təcrübəsizliyi Zamiq Qurbanovu uçuruma aparır.Bütün qohum əqrəbəsini Cəbrayıl rayon orta məktəblərinə direktor yerləşdirərək özü üçün şəbəkə düzəldib. Hətta şöbə müdiri bu işləri maneəsiz görmək üçün Təsil şöbəsinin müdir müavinini də oyundan kənarda saxlayır və şöbənin Bakı şəhərində yerləşdiyi rəsmi ünvana belə gəlmir.
O günə qalıb ki, Zamiq Qurbanov artıq məktəbləri idarə edə bilmir. Son günlərdə Bakixanov qəsəbəsində yerləşən Cəbrayıl rayonu Cəmil Əhmədov adına şəhər orta məktəbində pul yığma mərasimini hətta Təhsil Nazirliyinin yoxlamaya gələn mütəxəssisləri şahidlik edib. Təhsil Nazirliyinin yoxlamaya gələn mütəxəssisləri məktəbin direktoru Minə Fətəliyevanın siyahı ilə pul yığan zaman hal şahidləri olublar. Bütün bu biabırçılığa baxmayaraq Minə Fətəliyeva hələ də öz işində davam edir. Zamiq Qurbanovun bundan xəbəri yoxdurmu? Yəqin ki, bu qanunsuzluqlarda şərikliyi var demək.

Mövzuya qayıdacağıq….скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...