Anons

Bu gün, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Bu gün, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Bu gün, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Bu gün, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Dünən, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Dünən, 10:08- «AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

Dünən, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

17-04-2024, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

17-04-2024, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

17-04-2024, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

17-04-2024, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

Haqqımızda Əlaqə

Elmi Bərpa Mərkəzində şübhəli satınalmalar: Məcburi köçkünlərin adlarına açılan MMC-lərlə büdcəni kimlər talayır?

Tarix:19-10-2021, 11:19

Elmi Bərpa Mərkəzində şübhəli satınalmalar: Məcburi köçkünlərin adlarına açılan MMC-lərlə büdcəni kimlər talayır? Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi 2021-ci ilin sentyabr ayının 2-də 234.606 manatlıq satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, Mərkəzin "Sərgi və tədbirlər üçün iş və xidmətlərin satın alınması" lotunüzrə sifarişçi olduğu satınalmanın məbləği 149.376 manat, qalibi "FOKS LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Kimyəvi maddələr və parçaların satın alınması" lotu üzrə satınalmanın məbləği 49.773 manat, qalibi "FORESTART" Məhdud Məsuliyyətli Cəmiyyəti, "İnşaat materiallarının satın alınması və təmir işləri" lotu üzrə satınalmanın məbləği 19.864 manat, qalibi "SİRİUS PLUS LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti və sonuncu "Dəftərxana və təsərrüfat mallarının satın alınması" lotu üzrə satınalmanın məbləği 21.593 manat, qalibi isə "GALLERY PLUS LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi 2021-ci ilin sentyabr ayının 2-də sifarişçi olduğu satınalmada qalib olan MMC-lərin dördü də eyni ildə təsis edilib. Maraqlıdır ki, bu MMC-lərin hamısının qanuni təmsilçiləri eyni bölgədəndirlər. İddialara görə Mərkəzin satınalmalarının qalibi olan bu MMC-lər hansısa "vahid mərkəz" tərəfindən idarə olunur.

"Vahid Mərkəz"dən idarə olunan MMC-lər...

Mərkəzin 149.376 manatlıq satınalmasının qalibi "FOKS LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin iyul ayının 4-də təsis edilib. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Fərhadov Oruc Mürsəl oğludur. Qlobal.az-ın əldə etdiyi məlumata görə 1978-ci il təvəllüdlü Oruc Fərhadov əslən Cəbrayıl rayonundandır.

Qurumun 49.773 manatləq satınalmasının qalibi "FORESTART" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin noyabr ayının 20-də qeydiyyata alınıb. Bu şirkətin nizamnamə kapitalı 5 manat, qanuni təmsilçis isə Aslanov Seymur Qara oğludur. Qlobal.az-ın əldə etdiyi məlumata görə 1985-ci il təvəllüdlü Seymur Aslanov da Cəbrayıl rayonundandır.

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin 19.864 manat məbləği olan satınalmasının qalibi "SİRİUS PLUS LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin iyul ayının 17-də qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı on manat, qanuni təmsilçisi isə Əsədov Seymur Zeynəddin oğludur. Əsədov Seymur Zeynəddin oğlunun da Cəbrayıl rayonundan olduğu bildirilir.

Mərkəzin sentyabr ayının 2-də sifarişçi olduğu 21.593 manat smetası olan sonuncu satınalmasının qalibi "GALLERY PLUS LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin avqust ayının 5-də qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı on manat, qanuni təmsilçisi isə Cabbarov Asif Tariyel oğludur. Qlobal.az-ın əldə etdiyi məlumata görə 1975-ci il təvəllüdlü Asif Cabbarov əslən Zəngilan rayonundandır.

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi 2021-ci ilin sentyabr ayının 2-də sifarişçi olduğu satınalmalarda qalib elan edilən bu təşkilatların heç birinin əlaqə telefonu, faktiki ünvanı, uyğunluq sertifikatları, lisenziyaları, fəaliyyət profilləri barədə məlumat yoxdur.

Bu MMC-lərin kimlərsə tərəfindən məcburi köçkünlərin adlarına rəsmiləşdirildiyi deyilir.
Xatırladaq ki, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikovadır. Z.Məlikova 2001-ci ildən indiyədək Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə rəhbərlik edir.

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi məsələyə münasibət bildirməyib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...