Anons

Bu gün, 12:03- Nə oldu, Makron? - AKTUAL

Bu gün, 10:54- 271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:47- Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

18-04-2024, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

18-04-2024, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Haqqımızda Əlaqə

Qalib Azərbycanın müzəffər Sərkərdəsi

Tarix:13-10-2021, 12:26

Qalib Azərbycanın müzəffər Sərkərdəsi Xalqımız dövlətçiliklə bağlı olan bütün tarixi günləri böyük sədaqətlə yaşadır. 2003-cü ilin 15 oktyabrı da belə tarixi günlərdən biridir...

İyirminci əsr siyasi qarşıdurmalar əsri kimi tarixləşdi, Sovet ideologiyası “xalqlar həbs­xa­­nası” kimi. Dünyəvi siyasət sovet ideologiyasını bəzən aşa bilmirdi. Belə bir şəraitdə geniş dünyagörüşə, güclü məntiqə, möhkəım iradəyə müqayisəyəgəlməz ideoloji tə­fək­kürə malik olan kadrlar hakimiyyətə gətirilirdi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev Mərkəzi hakimiy­yə­tin diqqətini bu xüsusiyyətlərə, bu xüsusiyyətlərin vəhdətinə görə çəkmişdi. Heydər Əliyev istər DTK-da xidmət edəndə, istərsə də Azərbaycan KP MK-nın birinci katibi olanda Azər­bay­ca­nın respublika kimi, azərbaycanlıların xalq kimi inkişafına xüsusi diqqət yetirirdi. O illərdə azər­­bay­cançılıq ideologiyasını ilk dəfə sonralar xalqın ümumilli lideri olacaq böyük tarixi şəx­siy­yət formalaşdırdı.

Azərbaycanda hakimiyyət böhranı olanda, vətəndaş müharibəsi vəziyyəti yarananda xalq tə­kidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə çağırdı. Azər­bay­can dövlətçiliyi labüd iflasdan xilas edildi...

Ulu öndər Heydər Əliyev xalqın böyük əksəriyyətinin səsi ilə respublika Prezidenti se­çildi...

2003-cü il okrtyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edə­rək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzü­mü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə nami­zəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəklə­mə­yə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisa­diy­yatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli öv­lad­larını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsə­lə­lə­ri, plan­la­rı, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Xalq bu etimadı böyük sev­gi­lər­lə qarşıladı. Ulu Öndərin inamı xalqın inamı oldu...

2003-cü ilin 15 oktyabrında keçirilən seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliye­və səs verdi. Yəni seçicilərin böyük əksəriyyəti Azərbaycanın sabahlarını İlham Əliyevə etibar edir­di. İlham Əliyevə səs verən xalq əmin idi ki, bu səs Azərbaycan dövlətçiliyinə verilir, Azər­bay­canın sabahlarına verilir. Xalqın bu münasibəti həm də Ümumilli Liderə sevgisinin tə­za­hü­rü idi.

Cənab İlham Əliyev Respublikanın dünya dövlətləri sırasında daha böyük etimadlarla əhatələnməsi üçün ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliy­yat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya İdman Komp­leks­lərinin inşası gənc nəslin sağlamlığının təmin edilməsinə, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzi­nin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikil­məsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin daha yüksək sə­viy­yədə qurulmasına mühüm töhfələr verdi;

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kifayət qədər elmi təfəkkürə, dərin təhlil bacarığına, gerçəkliyi, reallığı inandırma qabiliyyətinə malik olan fenomenal rəhbərdir. Xalq ona inanır. İnanır ki, Azərbaycanı beynəlxalq miqyasda uğurla təmsil edən dövlət başçısı dünyəvi siyasətin Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmasına da nail olmaqdadır. Bütün beynəlxalq tədbirlərdə gerçək sözün qüdrəti ilə Azərbaycanın dəyişməz bəşəri mövqe­yi­ni təlqin etməyə nail olmuşdur. “Qarabağ Azərbaycandır və nida işarəsi” qətiyyəti beynlxalq miqyasda strateji mesaj oldu. Ermənistan da, Ermənistanın humayədaları da gördü və əmin ol­du ki, Azərbaycan dövlətçiliyi güclü siyasi nüfuza, güclü iqtisadiyyata, güclü orduya söy­kənir.

Davamlı inkişafın və uğurların təməlində duran siyasi peşəkarlığın nəticəsi olaraq dünya ictimaiyyəti gördü ki, Azərbaycanda neft kapitalının insan kapitalına çevirilməsi dünyəvi siyasətə bəşərilik işığı oldu. Bu işıq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin azərbaycançılıq ideologiyasına, Ulu Öndərin siyasi kursuna sədaqətin işığıdır.

Siyasi partiyalarla qurulan konstruktiv əmək­daş­lıq, iqtidar-müxalifət münasibətlərinin sağ­lam təməllər üzərində müzakirələr vasitəsilə in­ki­şaf etdirilməsi ölkədaxili siyasi mühitdə növbəti mərhələnin başlanğıcını göstərdi. Azər­baycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Prezident Administrasi­ya­sının nümayəndələri tərəfindən 2020-ci il fevral ayın­dan etibarən heç bir amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsi təmin olundu. Bu, demokratiyanın səviyyəsinin göstəriciisidir.

Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Ermənistan havadarlarının siyasi, maddi və hərbi köməyindən istifadə edərək Azərbay­ca­nın ərazisiin 20 faizini işğal etdi. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr yerinə yetirlmədi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev münaqişənin danışıqlar yolu ilə həll edilməsi istiqamətində cəhdlərinə qarşı Ermənistan yeni ərazilər zəbt et­məyə cəhd göstərir, status-kvonu saxlamağa çalışırdı. Azərbaycan Respublikasının Prezi­denti Cənab İlham Əliyev qətiyyətlə bildirdi ki, "Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan əra­zi­sin­­də ikin­ci erməni dövlətinin yaranmasına imkan verməz".

Azərbaycanda ordu quruculuğu dövlət üçün prioritet olub. Müxtəlif təyinatlı və miqyaslı təlimlər ordunun şəxsi heyətinin döyüş hazırlığını, müxtəlif istiqamətli tədbirlər onun mənəvi-psixoloji hazırlığını daha da artırırdı. Azərbaycan Ordusu neşə-neçə beynəlxalq təlimdə iştirak edib. Ordumuz buna Ali Baş Komandanın rəhbərliyi ilə ordu quruculuğunda əldə edilən uğur­la­rla, uğurların yaratdığı ehtiramla, etimadla nail olub. “Dəniz Kuboku”, “Tank biatlonu”, “TurAz Qartalı” kimi tədbirlər ordumuzun dünya dövlətləti sırasında böyük nüfuza malik oldu­ğu­nun təsdiqidir.

Azərbaycan Ordusu Vətən müharibəsindən əvvəl dünyanın ən güclü 50 ordusu sırasında idi. Bu səviyyəyə Azərbaycan dövlətçiliyi ilə Azərbaycanda ordu quruculuğu arasında yaradılmış üzvi, ayrılmaz bağlılıqla, Cənab İlham Əliyevin apardığı daxili siyasətlə, Azərbay­can Ordusunun dö­yüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möh­kəmləndiril­mə­si sahəsində ardıcıl tədbirlərlə nail olunub. Ölkə başçısının təşəbbüsü ilə yaradılmış Azər­baycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir ki, bunlar da Azərbaycanda ordu quruculuğunun istinadlarından biridir.

Ermənistanın silahlı birləşmələri 2020-ci il sentyabrın 27-də müxtəlif istiqamətlərdən həm dövlət sərhədlərimizdən, həm də işğal olunmuş ərazilərdən hücum etdi. Azərbaycan Ordu­su­n­un hissələri hücumun qarşısını qətiyyətlə aldı. İşğalçıya, işğalçılığa qarşı əks-hücum əmə­liy­yatı başladı. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Vətən mühari­bə­sinin mahiyyətini dünyanın diqqətini çəkən “Bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz is­tə­­di­yi­mi­zə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlü­yü­nü bər­pa edəcək” kəlamları ilə ifadə etdi.

Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsi azərbaycançılığın erməniliklə müharibəsi idi...

Azərbaycan Ordusu düşmənin illərlə yaratdığı, möh­kəmlətdiyi, yeniləşdirdiyi güclü mü­dafiə sistemini, sədləri qısa müddətdə darmadağın etdi. Əs­gər­lərimiz mövqe qələbələri qazanır, Böyük Qələbəyə yaxınlaşırdı. Qazanılan ilkin qələbələr təs­diq­ləyirdi ki, Azərbaycan Ordusu Ali Baş Komandanın sərkərdəliyi ilə işğalı sona çat­dı­ra­caq, torpaqlarımızı işğaldan azad edəcək.

Vətən müharibəsində xalq Cənab Prezidentin ətrafında sıx birlşdi. Bu, xalqın Pre­zi­den­ti­nə, Vətənə, dövlətə, dövlətçiliyə sevgisinin nəticəsi idi.

Zəfər qazanıldı. Torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Respublikasının Pre­zidenti Cənab İlham Əliyev xalqa müraciətində dedi: “...Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nə­ticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hü­qu­qu döyüş meydanında təmin etmişdir...”.

Ordu quruculuğu məsələlərinin dövlət siyasətinin prioriteti kimi müəyyən olunması illər sonra öz nəticəsini göstərdi və Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin həlli istiqamətində bu və ya digər beynəlxalq təşkilatda yaranan təəssüratları darmadağın etdi.

Buna Azərbaycan dövlətçiliyi ilə Azərbaycanda ordu quruculuğu arasında yaradılmış üzvi, ayrılmaz bağlılıqla, İlham Əliyevin apardığı daxili siyasətlə, Azərbaycan Ordusunun dö­yüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndiril­mə­si sahəsində ardıcıl tədbirlərlə nail olundu. Ölkə başçısının təşəbbüsü ilə yaradılmış Azər­baycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir ki, bunlar da Azərbaycanda ordu quruculuğunun istinadlarından biridir.

Vətən müharibəsindən əvvəl Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasında idi. Bəs Zəfərdən sonra?..

30 il məğlub dövlət kimi tanınan Azərbaycan Vətən müharibəsində qazanılan Zəfərlə qalib dövlət oldu.

Cənab İlham Əliyevin sərən­cam­ları ilə dövlətin və xalqın gücü ilə işğaldan azad edil­miş ərazilərdə quruculuq işlərinin vüsət alması istiqamətində gərəkli tədbirlər başlayıb. Ordu­dan tərxis edilən gənclər də bu posesdə iştirak etməyə niyyətlidi.

Böyük Qayıdış Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə azərbaycançılığın ermənilik üzərində qəti qələbəsi olacaq!


Səbinə XASAYEVA,
Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...