Anons

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Dünən, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünən, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Dünən, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Dünən, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Dünən, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Dünən, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Dünən, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Dünən, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Dünən, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Dünən, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

22-04-2024, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22-04-2024, 22:34- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

22-04-2024, 21:49- İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

22-04-2024, 17:31- Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

22-04-2024, 17:09- Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

Haqqımızda Əlaqə

SSRİ-də Qarabağ davasının səbəbkarı Aqanbekyan: “Heç nə bilmirəm... Xatırlamıram...Belə suallar verməyin!”

Tarix:29-09-2021, 23:45

SSRİ-də Qarabağ davasının səbəbkarı Aqanbekyan: “Heç nə bilmirəm... Xatırlamıram...Belə suallar verməyin!”
SSRİ-də Qarabağ avanturasını körükləyən akademik Abel Aqanbekyan 34 ildən sonra Azərbaycan jurnalistinin suallarına tuş gəlib.

Demokrat.az bildirir ki, A.Aqanbekyan SSRİ prezidenti Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olub. Məhz onun 1987-ci ildə Fransanın “Humanite” qəzetinə verdiyi açıqlama Qarabağ münaqişəsinin başlanması üçün bir siqnal olub.

16 noyabr 1987-ci ildə Aqanbekyan Parisdə “İnterkontinental” otelində Fransada yaşayan ermənilərlə görüş zamanı bildirib ki, Dağlıq Qarabağ Ermənistana qaytarılmalıdır. O deyib ki, bu barədə təklifi artıq SSRİ rəhbərliyi qarşısında qaldırıb və həyata keçəcəyinə ümid edir.

Onun açıqlaması fransız kommunistlərinin “Humanite” qəzetində dərc olunub. Bu qəzet isə o zaman SSRİ-də yayımlanırdı. Bundan sonra Azərbaycan Qarabağa dair ərazi iddialarından xəbər tutdu. 3 aydan sonra Ermənistanda və Dağlıq Qarabağda ermənilərin Azərbaycandan ayrılmaqla bağlı separat hərəkatı başladı.1988-1994-cü illərin qanlı Qarabağ münaqişəsi 2020-ci ildə 44 günlük müharibədə Azərbaycanın qələbəsi ilə başa çatdı.

Caliber.az saytının əməkdaşı Abel Aqanbekyanı axtarıb tapıb.

-Salam, Abel Qezeviç! Bakıdan jurnalist sizinə danışır. Bilmək istəyirdik, Azərbaycan Qarabağı qaytarandan sonra indi özünüzü necə hiss edirsiniz?

– Salam! Heç bir hissim yoxdur. Mən heç nə bilmirəm. Mən erməni məsələsi üzrə mütəxəssis deyiləm.

-Yadınıza salın, 1987-ci ilin noyabrında siz mütəxəssis kimi Parisdə bəyan etmişdiniz ki, “Qarabağ ermənilərinin Azərbaycandan çox Ermənistanla sıx əlaqələri var”…-Yox, mən heç nə xatırlamıram, heç xatırlamaq da istəmirəm. Mən ümumiyyətlə nə Ermənistan nə də sizə müsahibə vermirəm. Bununla maraqlanan siyasətçilərə zəng vurun. Mən iqtisadçıyam. Rusiya iqtisadiyyatı barədə sual verin, cavab verim.

-Yaxşı, iqtisadiyyatdan sual verək. Ermənistan bu əraziləri işğal edəndən sonra Qarabağ ermənilərin yaşayışı yaxşılaşdımı?

– Mən Ermənistan üzrə mütəxəssis deyiləm. Mən 10 il bundan əvvəl bununla məşğul olmuşam. İndi bilmirəm orada nə necədir. Son 10 ildə mən Qarabağda olmamışam. Sizə nə deyə bilərəm axı? Mənə elə suallar verirsiniz ki…Mən siyasi mövzularda heç vaxt çıxış etmirəm.-Amma bu sizə 1987-ci ildə danışmağa mane olmayıb….

-Mən sizinlə bu barədə danışmayacağam. Başa düşürəm, bu sizi maraqlandırır. Amma mənim buna heç bir aidiyyətim yoxdur. Sağ olun!

89 yaşlı Abel Aqanbekyan Rusiya Elmlər Akademiyasında işləyir.

SSRİ-də Qarabağ davasının səbəbkarı Aqanbekyan: “Heç nə bilmirəm... Xatırlamıram...Belə suallar verməyin!”
SSRİ-də Qarabağ davasının səbəbkarı Aqanbekyan: “Heç nə bilmirəm... Xatırlamıram...Belə suallar verməyin!”скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...